Helena adası (ing. Helena Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).
Helena adası | |
---|---|
ing. Helena Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 326 km² |
Uzunluğu |
|
Eni | 13 km |
Hündür nöqtəsi | 220 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
76°39′00″ şm. e. 101°04′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
Akvatoriya | |
|
Helena böyük Baterst adasının sahillərində yerləşən çoxsaylı adalardan biridir. Ada Baterst adasından 7 kilometr şimalda, Mey və Yanq körfəzlərin əmələ gətirdiyi yarımada ilə üzbəüz yerləşir. Kiçik Seymur adası adanın qərb sahilində yerləşir.
Adanın sahəsi 326 km², sahil xəttinin uzunluğu 98 km-dir[1]. Ada düzbucaq formalıdır, uzunluğu 39 km, eni 11 km-dir. Adanın cənub sahili sıldırım, şimal sahili daha düzdür. Hündürlük sahil zolağına qədər zərif şəkildə enir. Adanın çox hissəsini dəniz səviyyəsindən təxminən 220 metr hündürlükdə olan düz təpələr tutur[2].