Hendrik Averkamp (27 yanvar 1585[1][2], Amsterdam, Hollandiya qraflığı – 15 may 1634[1][2]) — əsasən yağlıboya qış mənzərəsi rəsm əsərləri və suluboya eskizləri ilə tanınmış holland rəssamı.
Hendrik Averkamp | |
---|---|
Doğum tarixi | 27 yanvar 1585[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 15 may 1634[1][2] (49 yaşında) |
Fəaliyyəti | rəssam, vizual incəsənət rəssamı |
Vikianbarda əlaqəli mediafayllar |
Hendrik Averkamp 27 yanvar 1585-ci ildə Amsterdamda, Nieuwe Kerkə (Yeni kilsə) yaxın yerdə anadan oldu, amma Oude Kerkdə (Qədim kilsə) xaş suyuna salındı. Ailəsi növbəti il Kampen şəhərinə yerləşdi. Atası bu şəhərdə əczaçı idi. Ana tərəfi elm adamları idi. Qardaşlarından biri həkim, biri isə həkim oldu. Avekamp lal idi və buna görə onu "Kampen lalı" adlandırırdılar.
Averkamp Amsterdamda çox əhatəli "manerist" stildə tarixi hadisələrin rəsmlərini, portretlərini və eskizləri hazırlayan danimarka əsilli rəssam Pieter İsaksın (1569–1625) yanında işlədi, amm onun stilini əsərlərinə tədbiq etmədi. Holland rəsssam David Vinkbunsun (1576–1632) da yanında işləmişdir.
XVII əsrlərdə portret çəkmələ məşhurlaşan holland rəssamların ilklərindən biri Hendrik Averkamp idi. Averkamp xüsusilə Hollandiyanın qış mənzərələrini təsvir edərək böyük şöhrət qazanmışdır. Averkampın əsərləri rəngli və həyat doludur. Təbiətlə müxtəlif hərəkət edən insan təsvirləri ustalıqla çəkilmişdir. Əsərlərinin çoxunda donmuş su kanallarının və göllərinin üzərində əylənən insanlar əks olunmuşdu. Averkamp yağlıboya ilə işlədiyi əsərlərdən başqa suluboya işlədiyi eskizləri ilə tanınmışdır. Bu eskizlərin çoxu divara asılmaq üçün hazırlanmışdır
Averkamp 15 may 1634-cü ildə Kampen şəhərində vəfat etmişdir. Məzarı Kampendəki Sent Nikolaaskerk kilsəsinin qəbiristanlığındadır.