David Vinkbuns, David Vinkbons, Vinkbons, Vinkbums (nid. David Vinckboons və ya Vinkebums; 13 avqust 1576[1] – 1629[2][3], Amsterdam, Hollandiya qraflığı[4]) — Holland qızıl dövrün rəssamı və qravüraçısı. Cənubi Hollandiyadan olan böyük bir sənətçi ailəsinin ən böyük üzvü.
David Vinkbuns | |
---|---|
nid. David Vinckboons və ya Vinkebums | |
Doğum tarixi | 13 avqust 1576[1] |
Vəfat tarixi | 1629[2][3] |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, boyakar[d], incəsənət xadimi, miniatürçü[d], işləmə ustası |
Janrlar | Janr rəssamlığı, peysaj |
Vikianbarda əlaqəli mediafayllar |
David Vinkbuns Antverpen əyalətində Flamandın Meheln şəhərindən gəlmiş akvarel rəssamı Filip Vinkbuns Elderin oğlu idi. Təxminən 1580-ci ildə ailə Antverpenə, sonra isə 1585-ci ildə İspaniyanın şəhəri işğal etməsindən sonra Middelburqa köçdü. 1602-ci ildə David Vinkbuns notariusun qızı Agnet van Lun ilə evlənib və ondan ən azı on övladı olub. Onlardan biri kartoqraf Yohanes Vinkbuns, digərləri isə memarlar Filips və Yustus Vinkbunsdur.
David Vinkbuns Hollandiyanın ən məhsuldar və populyar rəssam və qravüraçılarından biri olub. Böyük Piter Breygeldən təsirlənərək, o, Hans Bol və Roelant Saverey ilə birlikdə şimali Hollandiyada məişət janrı rəssamlığının inkişafında mühüm rol oynayıblar.
Vinkbuns "kənd bayramlarının səhnələrini çox vaxt satirik və ya fəlsəfi çalarlar ilə, qroteskləri, fantastik personajları olan, öz əsərində flamand və holland üslublarının xüsusiyyətlərini özündə birləşdirən mənzərələr çəkirdi".[5] O, həmçinin Tobias və Mələk (1619) kimi incil səhnələrini çəkirdi. Onun mənzərələri Gillis van Koninkslo ilə əlaqələrini göstərir.[6]
David Vinkbunsun ən yaxşı əsərləri:
Sankt-Peterburq Ermitajında bu rəssamın beş əsəri var: "Meşə", "Məsihin Genisaret gölündəki duası", "Meşədə ovçular", "Həvari Filipin vəftiz etdiyi mənzərə", "Ova getmə".
Onun tələbələri arasında Klas Yanson Visher, Gillies Klas de Hondekoeter və ehtimal ki, Esays van de Velde olub. O ciddi şəkildə Hendrik Averkampın yaradıcılığına təsir edib.[7]