Henri Ford

Henri Ford (ing. Henry Ford; 30 iyul 1863[1][2][…], Sprinqvells qəsəbəsi[d], Miçiqan[4]7 aprel 1947[3][1][…], Dirborn[d], Miçiqan[3]) — avtomobil istehsalçısı, "Ford Motor Company" şirkətinin qurucusu.

Henri Ford
ing. Henry Ford
Doğum tarixi 30 iyul 1863(1863-07-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 7 aprel 1947(1947-04-07)[3][1][…] (84 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d]
Dəfn yeri
Həyat yoldaşı
  • Klara Briant Ford[d] (1888–)
Uşağı
Atası Vilyam Ford[d]
Anası Meri Litoqot Ohern[d][6]
Fəaliyyəti sahibkar, ixtiraçı, yazıçı, siyasətçi, yarış avtomobili pilotu[d], jurnalist, sənayeçi, biznes maqnatı
Fəaliyyət illəri 1891–1945
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Henri Ford 30 iyul 1863-cü ildə ABŞ-nin Miçiqan ştatının Vayn-Kantri şəhərinin Sprinqfild qəsəbəsində dünyaya gəlmişdir. O, müvəfəqiyyətli fermer təsərrüfatının sahibkarları olan Uilyam və Mari Fordların altı uşağının böyüyü idi. Henrinin uşaqlığı ailəsinə kömək etdiyi və adi kənd məktəbində təhsil aldığı həmin ailə fermasında keçmişdir.

Henrinin hələ gənc yaşlarında göstərdiyi texnikaya böyük maraq ona dünyanın ən məşhur sənaye sahibkarlarından biri olmağa imkan vermişdir. Ford, özünün ilk daxili yanma mühərrikini evinin mətbəxində hazırlamışdı. Tezliklə o, həmin mühərriki 4 velosiped təkərli ramaya qoymaq qərarına gəlir. Beləliklə, 1896-cı ildə kvadrodövriyyə ilk Ford avtomobilinə çevrilən nəqliyyat vasitəsi meydana gəlir.

1899-cu ildə Edison İlluminating şirkətindən ayrılan Henri Ford öz şəxsi Detroit Automobile şirkətini qurur. Bir ildən sonra müəssisənin iflasa uğramasına baxmayaraq, Ford bir neçə yarış avtomobili yığmağa müvəffəq olmuşdu. Ford özü həmin yarışlarda iştirak edir və nəhayət 1901-ci ilin oktyabrında ABŞ çempionu Aleksandr Uintona qalib gəlməyi bacarır.

Henri "Ford Motor" şirkətini 1903-cü ildə yaradır. Şirkət müəssisənin 25,5% səhmlərinin sahibi və vitse-prezident, eləcə də baş mühəndisi vəzifəsini tutan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilir. Avtomobil zavodu adı altında Detroyt ştatı Mek Avenyuda keçmiş furqon fabriki yenidən təchiz edilir. Fordun birbaşa rəhbərliyi altında iki-üç işçidən ibarət briqadalar digər müəssisələrin sifarişi əsasında hazırlanan ehtiyat hissələrindən avtomobil hazırlayırlar. Şirkətin ilk avtomobili 23 iyul 1903-cü ildə satılır. 1906-cı ildə Henri Ford şirkətin prezidenti olur və əsas sahibkarına çevrilir.

1919-cu ildə Henri Ford və onun oğlu Edsel Brayant Ford müəssisənin səhmlərini digər səhmdarlardan 105 568 858 ABŞ dollarına alaraq, şirkətin vahid sahibkarlarına çevrilirlər. Elə həmin il Edsel şirkətin prezidenti postuna varis olur. 1943-cü ildə oğlunun qəfil ölümündən sonra Henri Ford yenidən şirkətin başına keçir.

1945-ci ilin sentyabrında Henri Ford səlahiyyətlərini böyük nəvəsi II Henri Forda verir. 1946-cı ilin mayında böyük Henri Ford avtosənayedə göstərdiyi xidmətlərinə görə fəxri mükafata layiq görülür. Həmin ilin sonunda isə Amerika Neft İnstitutu cəmiyyət qarşısındakı xidmətlərinə görə onu qızıl medalla təltif edir.

Henri Ford 7 aprel 1947-ci ildə Dibronda öz evində 83 yaşında vəfat etmişdir.

Henri Ford Adolf Hitlerin "Mənim mübarizəm" əsərində adı çəkilən yeganə amerikalıdır. Adolf Hitler onun böyük heyranı olduğunu da qeyd etmişdir.[7]

  1. 1 2 3 4 Henry Ford // Nationalencyklopedin (швед.). 1999.
  2. 1 2 Lundy D. R. Henry Ford // The Peerage (ing.).
  3. 1 2 3 4 Форд Генри // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Carnegie Hall linked open data (ing.). 2017.
  5. Find a Grave (ing.). 1996.
  6. Lundy D. R. The Peerage (ing.).
  7. "The dark legacy of Henry Ford's anti-Semitism (COMMENTARY)". Washington Post. İstifadə tarixi: 12 yanvar 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]