Henri Morgentau

MORGENTAU Henri(ing. Henry Morgenthau, 26 aprel 1856–25 noyabr 1946) – ABŞ diplomatı. Birinci dünya müharibəsi (1914–18) dövründə Osmanlı dövlətində Amerika səfıri.

Henri Morgentau
Henri Morgentau
Doğum tarixi
Doğum yeri Mangeym, Almaniya
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Nyu-York, ABŞ
Vəfat səbəbi insult
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti sahibkar, diplomat, vəkil
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Paris Sülh Konfransında (1919–20) ABŞ nümayəndə heyətinin üzvü olmuşdur. Kofransın gedişində, Azərbaycan istiqlalının birinci ildönümü günündə (1919 il mayın 28-i) Əlimərdan bəy Topçubaşovla görüşmüşdür. Görüşdə həmin günün ikinci yarısında ABŞ prezidenti Tomas Vudro Vilsonla keçiriləcək danışıqlarda müzakirə ediləcək məsələlər müəyyənləşdirilmişdir. Morgentau Azərbaycanın zəngin təbii ehtiyatlarını və sənaye potensialını nəzərə alaraq, ölkənin iqtisadiyyatına Amerika kapitalının cəlb edilməsini və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə maliyyə yardımı göstərilməsini mümkün hesab etmişdir. 1919 ildə Yaxın şərqdə Amerika yardımı komitəsinin sədr müavini olmuşdur.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • The Ambassador Morgenthau’s Story (1918)
  • The Secrets of the Bosphorus (1918)
  • The Morgenthau Report (October 3, 1919)
  • I was sent to Athens (1929)

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920-ci illər)., B., 1993;
  • Qasımlı M., Avropa və Amerika ölkələrinin müasir tarixi, 2 hissədə, h.l (1918–1945-ci illər), B., 2003;
  • Архив полковника Зайза. 1,4, Б., 1944.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]