Henri Tomas de la Beş

Henri de la Beş

Henri Tomas de la Beş[1][2] (ing. Henry Thomas De la Beche; 10 fevral 1796, London13 aprel 1855) — müasir geoloji tədqiqat metodlarının pioneri, Böyük Britaniya geologiya xidmətinin banisi, Devon qraflığında geniş geoloji və paleontoloji tədqiqatlar aparmış ingilis geoloqu və paleontoloqu.

Tərcümeyi-halı

[redaktə | mənbəni redaktə et]

Henri Tomas de la Beş Londonda anadan olmuşdur.[3]. Henri hələ uşaq olarkən Böyük Britaniya ordusunun zabiti, Yamaykada qullara və tərpənməz əmlaka sahib olan atası vəfat etmişdir. O, uşaqlıq illərini geologiyaya meyl göstərdiyi Laym-Recisdə keçirmişdir. 14 yaşında daxil olduğu Marlou hərbi kollecini 21 yaşında bitirən Henri hərbi xidmətini davam etdirməmiş, bunun əvəzində London Geologiya Cəmiyyətinə daxil olmuşdur. Tezliklə o, London Geologiya Cəmiyyətinin ən fəal üzvlərindən biri olmuş və 1848-1849-cu illərdə bu cəmiyyətin prezidenti olmuşdur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Henri Tomas de la Beş bütün həyatı boyu təkcə İngiltərədə deyil, həmçinin, Fransadaİsveçrədə geoloji tədqiqatlar üçün əhəmiyyət kəsb edən bütün ərazilərə səyahət etmişdir. İngiltərəyə qayıdan alim Devonda və Kornuolledə geoloji tədqiqatlat aparmışdır. İngiltərədə geoloji və paleontoloji tədqiqatlarla məşğul olan digər alimlərlə əməkdaşlıq edən Henri Tomas de la Beş İngiltərənin geoloji xəritəsini yaratmaq və ölkə ərazisində aşkar edilmiş müxtəlif daşlaşmış bitki və canlı orqanizm qalıqlarından ibarət kolleksiya təşkil etmək qərarına gəldi.

Hökumət onun təklifinə müsbət yanaşdı və 1835-ci ildə Böyük Britaniya geologiya xidmətinin əsası qoyuldu. Toplanmış nümunələr Londona gətirildi və burada xüsusi muzeyin əsası qoyuldu. Henri Tomas de la Beş bir çox kitab və məqalələrin müəllifi, tarixəqədərki dövrlərdə yaşamış və nəsli kəsilmiş bir çox canlı orqanizm qalıqlarının ilk tədqiqatçısı olmaqla yanaşı, yüksək rəssamlıq qabiliyyətinə də malik idi və ilk dəfə olaraq o, tarixəqədərki həyatin bədii təsvirlərini yaratmışdır. 1819-cu ildə London Geologiya Cəmiyyətinin üzvü olan alimə 1848-ci ildə cəngavər titulu verilmiş, 1855-ci ildə o, Vollaston medalı ilə təltif olunmuşdur.

  1. "Sir Henry Thomas De la Beche and the founding of the British Geological Survey". British Geological Survey. 23 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 December 2014.
  2. http://www.museumwales.ac.uk/rhagor/article/delabeche/%7Cpublisher=Amgueddfa Cymru (National Museum Wales)|accessdate=24 December 2014}}
  3. Henry Thomas De la Beche and the founding of the British Geological Survey". British Geological Survey. Retrieved 24 December 2014. ^ Jump up to: a b "The De la Beche archive at Amgueddfa Cymru". Amgueddfa Cymru (National Museum Wales). Retrieved 24 December 2014
  • Tom Sharpe: The Papers of H.T.De La Beche (1796—1855) in the National Museum of Wales (Geological S.). ISBN 0720004543

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]