Henrix Fridrix fon Dits

Henrix Fridrix fon Dits (alm. Heinrich Friedrich von Diez‎, 1751-1817) — Almaniya diplomatı, şərqşünası.

Henrix Fridrix fon Dits
alm. Heinrich Friedrich von Diez
Doğum tarixi 2 sentyabr 1751(1751-09-02)[1][2][…]
Vəfat tarixi 7 aprel 1817(1817-04-07)[1][2][…] (66 yaşında)
Vəfat yeri
Üzvlüyü
  • Prussiya Elmlər Akademiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Henrix Fridrix fon Dits sentyabrın 2-si 1751-ci il¬də Almaniyanın Bernburq şəhərində tacir ailəsində anadan olmuşdur. O, 1769-cu ildə hüquqi təhsil almaq üçün Halle Universitetinə daxil olmuşdur. Akademik təhsilini bitirdikdən sonra 11 il Maqdeburqda əyalət hökumətinin sərəncamında işləmiş və burada xüsusi qabiliyyətinə görə referentlikdən dəftərxana müdirliyinə qədər yüksəlmişdir. Bacarıqlı hüquqşünas kimi xidməti vəzifəsini yerinə yetirməklə yanaşı Dits vaxt və macal tapanda onun üçün sevimli elm sahəsi olan fəlsəfə və dilşünaslıq üzrə biliyini daha da artırmışdır.

Gəncliyində Şərqə səyahət etmək arzusunda olan Ditsin Şərq dillərinə böyük sevgisi olmuşdur.Buna görə də o, daha çox Şərq dillərini öyrənməyə çalışmışdır.

Zaman keçdikcə bu böyük şəxsiyyət öz vətənindəki mühitdən sıxılmış və daha böyük fəaliyyət sahəsinə yüksəl¬məyə can atmışdır. Elə ki 1784-cü ildə Prusiyanın Türkiyədəki səfirliyində iş yeri boşalır, Dits bu vəzifəni tutmaq üçün yarışa qatılır və Böyük Fridrix (Prusiya kralı 11 Fridrix) tərəfindən soyuqqanlı xarakteri və bəzi üstünlüyünə görə bir neçə namizəd arasından o yerə seçilir. İşə başlamazdan əvvəl Dits xüsusi maraqla türklərin tari-xini, milli adət-ənənələrini, dilini həvəslə öyrənmiş, onların ruhuna daha yaxın olmaq üçün ilk başlanğıcdan türk dilində da-nışmışdır. Burada Dits daha çox türkiyənin tanınmış elm adam-ları ilə dostluq münasibəti qurmuş, kitablardan aldığı bilgi ilə yanaşı onların məlumatlaından da faydalanmışdır. Türk xalqına olan məhəbbəti onu tezliklə türklərin sevimlisinə çevirmişdir. Bununla yanaşı, Türkiyədə onun işi o qədər də asan de-yildi, çünki Osmanlı Sultanının ürəyincə işləmək üçün ona böyük müdriklik, dərin elmi bilik və diplomatik keyfiyyətlər lazım olurdu. Ditsin xüsusi istedadı və bacarığı öz işinin öh¬də-sindən gəlməkdə ona çox kömək edirdi.Sərbəst vaxtının az olmasına baxmayaraq, bu böyük alim 6 il Türkiyədə yaşadığı müddətdə türk, ərəb və fars dillərini mükəmməl öyrənir. Onun bu fədakarlığı və iradəsi gələcəkdə ən yaxşı tərcüməçi kimi yetişməkdə əsas zəmin olur. Türklərə olan səmimi məhəbbəti onu rühən və görünüşcə xeyli dəyişir, belə ki burada Dits şərqlilər kimi geyinir, onların həyat tərzini mənimsəyir.Hətta o, Almaniyaya qayıtdıqdan son-ra da otağının birini Şərq üslubunda hazırlatdırır, köməkçisini və xidmətçisini də türklərdən seçir. Bu müddətdə Dits şəxsi vəsaiti hesabına çox nadir və qiymətli əlyazmaları, çap olunmuş kitablar toplanmağa baş¬la¬yır. Beləliklə, Dits kitabxanasını müqayisə olunmaz dərəcədə zənginləşdirir. Kral Fridrixin davamçısı 11 Fridrix Vilhelm 1786-cı ildə Ditsin Türkiyədəki fəaliyyətini dəyərləndirir və onu Konsta-nipolda Prusiyanın vəkil edilmiş naziri, fövqəladə böyük elçisi təyin edir. Bir müddət keçdikdən sonra Türkiyə ilə Rusiya arasında qarşıdurma baş verir, bu vəziyyət Ditsin vəzifəsini xüsusilə əhəmiyyətli edir və o, çətin tapşırıq qarşısında qalır. Dits 1988-ci ildə Berlindın almış olduğu təlimata baxmayaraq türklərə olan məhəbbəti sayəsində öz səlahiyyət imkanlarını aşaraq Türkiyə ilə ittifaq sazişi imzalayır ki, bu da Prusiya sarayında böyük təşvişə səbəb olur. Saziş ratifikasiya olunmamışdan əvvəl, 1790-cı ildə, Dits vəzifəsindən geri çağırılır və təqaüdə göndərilir (1, 187-188). Konstantinopoldan (İstanbuldan) ayrılmağını Dits özü belə təsvir edir: “Vidalaşarkən qəbulumda olan nazirlər göz yaşı içərisində idilər.İki gündür ki, gəmim ağlayaraq mənimlə vidalaşmağa gələn türklərlə dolub-boşalır.” (1, 200)2 Yazılarından məlum olur ki, Dits özü də bu ayrılıqdan çox kədərlənir. Vətəninə qayıtdıqdan sonra da o, öz dostları ilə əlaqəsini kəsmir.Araşdırmalar göstərir ki, Dits türkcə daha yaxşı danışmaq üçün Almaniyada fasiləsiz olaraq təhsilini davam etdirir. Geniş dünyagörüşü, dərin elmi biliyi sayəsində tanınmış ziyalıların çoxusu Ditsin ziyarətinə gəlirdi.Onun qonaqları içərisində Berlinin ən görkəmli alimlərindən Fridrix Auqust Volf, Aleksandr fon Humbold və eləcə də elmə, incəsənətə böyük dəyər verən, sonralar isə kral olmuş şahzadə 1V Vilhelm də olmuşdur. Əvvəllər (1773-75-ci illər) 3 dərin məzmunlu fəlsəfi əsə¬rin müəllifi olan Dits diplomatik fəaliyyəti dövründə yaradı¬cılıqla məşğul ola bilməmişdir.Təqaüdə çıxdıqdan sonra isə yenidən elmi fəaliyyətə qayıtmışdır.Lakin bu dəfə o, rühüna və istəyinə uyğun olaraq yazıçılığa və şərqşünaslığa meyl etmişdir. O, kitablarının xarici görkəminə o qədər də əhəmiyyət ver¬mirdi, onun üçün əsərlərinin elmi dəyəri və zəngin məzmunu əsas şərt idi. Şərq haqqında mükəmməl məlumatı, orada uzun illər qaldığı müddətdə topladığı nadir əlyazmalarla zənginləş¬miş kitabxanası onu yaradıcılığa həvəsləndirirdi. Ditsin elmi fəaliyyətinin ikinci mərhələsində nəşr etdir¬diyi əsərləri istisnasız olaraq Şərq ölkələri haqqında dəyərli məlumatlar kimi nəzərdən keçirilməlidir.Bu mərhələdə o, işini bir türk şairinin əsərinin tərcüməsi ilə davam etdirir (1811) və elə həmin ildə “Qabusnamə”ni alman dilinə tərcümə edib nəşr etdirir (3) . Bu kitabla tanış olan dahi alman şairi Göte əsərin məz-mununa və Ditsin tərcümə sənətkarlığına heyran qalır. O, bu əsəri əsil hikmət xəzinəsi hesab edir və özünün Şərq-Qərb” divanında ondan istifadə edir.Bu əsər Götenin Şərqə marağını daha da artırmışdır, hətta dostlarına da onu oxumağı tövsiyə etmişdir.Bu barədə Göte yazır: ”Bu kitabdan öyrəndiklərimi görə özümü bu böyük şəxsiyyətə borclu sayıram. Minnət¬dar-lığımı bildirmək üçün bir nəfər vasitəsilə ona səmimi salam¬larımı göndərdim. Əvəzində bu böyük kişi 1814-cü ildə alman dilinə tərcümə edib çap etdirdiyi Şeyx Məhəmməd Laləzarini şeirlər kitabını mənə göndərdi.” (4, 96) Beləliklə, bu vaxtdan etibarən bu iki böyük şəxsiyyət ara-sında məktublaşma başlayır. Hətta Götenin xahişinə görə Dits ona “Molla Nəsrəddinin lətifələri”ni də alman dilinə tərcümə edib verir. Dits vəfat edənə qədər onlar məktub vasitəsilə əlaqələrini davam etdirirlər. Ditsin yaradıcılığını maraqla izləyən Qöte 1811-1815-ci illərdə çapdan çıxan “Denkvürdiqkeiten von Asien...” (Asiya abidələri...) kitabının 1 və 11 hissələrini oxuduqdan sonra Şərq ədəbiyyatının möcüzəsinə heyran qalır.O, Ditsə yazdığı mək¬tub-da kitab haqqındakı təəssüratını belə ifadə edir:”Bu möh¬təşəm əsər mənim və dostlarımın uzun qış gecələrini qısaltdı. Biz onu əvvəldən axıra kimi oxuduq, sonra isə yenidən hissə-hissə təkrarladıq.Bu kitabdan öyrəndiklərimizin bizim üçün misli-bərabəri yoxdur... Sizin əsərlərininzin dəyərli xüsusiyyət¬ləri, etibarlılığı və dəqiqliyi mənim Şərqə dair biliyimin əsasını qoydu.” (4, 96) Ditsin “Qabusnamə” və “Asiya abidələri...” kitablarından yaradıcılığında faydalanan Göte bu bilgisinə görə özünü Ditsə borclu sayaraq minnətdarlığını belə ifadə etmişdir:

      Nicht nur als Kabus hast du mich belehrt
      Als Oquz auch mir Veisheit zugekehrt (6, 292).
Tərcüməsi:
      Sən mənə yalnız Qabusnamə ilə öyüd vermədin
      Həm də Oğuz kimi məni müdrikliyə yönəltdin.

Ditsi görkəmli şəxsiyyət, alim, istedadlı tərcüməçi kimi qiymətləndirən Göte onu özünün Şərqə aid məsləhətçisi hesab etmiş, onun yaradıcılığına qısqanclıqla yanaşan tədqiqatçılar da daxil olmaqla tanınmış 9 nəfər şərqşünasın içərisindən Ditsi birinci yerə çıxartmışdır.

  1. Diez
  2. Hammer
  3. Ludolf və s. (7, 99)

Nəzərə alsaq ki, Hammer həmişə Ditsin paxıllığını çək¬miş və onlar arasındakı münasibət düşmənçilik həddinə çatmış, bir çox məqalələrin və kitabların mövzusu olmuşdur, Hamme¬rin sağlığında Göte kimi bir nəhəng şəxsiyyətin sıralanmada onun adını Ditsdən sonra yazmasının Hammer üçün nə demək olduğunu izah etməyə etiyac qalmır. Dits öz kitabları haqqında kataloquna yazdığı müqəd-dimədə deyir: “Etiraf etməliyəm ki, mən ancaq yeganə bir elm tanıyıram və öyrənirəm.Bu da böyük Allahın elmidir. İnsan¬ların, dünyanın, bütün hadisələrin bilgisi bu ilahi elmin içərisindədir. Mənim nəzərimdə ilahiyyat, tarix, siyasət, fəlsəfə, dilçilik və elm sayılan bütün başqa sahələr bütünlükdə Allahın elminə aiddir: topladığım kitablar da bu cəhətdən mənim nəzə¬rimdə dediyim fikirlərlə əlaqəlidir, bu mənim kataloqumdan da aydın görünür... Bunu demək kifayətdir ki, onnların içərisində mənasız və məzmunsuz bircə kitaba da rast gəlmək mümkün deyil.” (8, 292) Bu mülahizələr Ditsin təfəkkür tərzini, elmə olan ciddi münasibətini və şəxsi görüşlərini kifayət qədər açır.Kitablarının təsnifatından da görünür ki, Dits həmişə öz əqidəsinə sadiq qalmışdır. Xalqımızın zəngin həyat təcrübəsinin, dünyagörüşünün və yaradıcılıq qüdrətinin məhsulu olan “Atalar sözlər”ni Dits çox yüksək qiymətləndirmişdir, onu bizim milli şəhadətna¬məmiz hesab etmişdir.Bu barədə Dits “Asiya abidələri...” kitabının I hissəsində yazır: ”Başqa xalqlar öz müdrik əsərlərini qoruyub saxladıqları halda tatarlar (Dits bizi tatar türkləri adlandırır-F.D.) yeganə xalqdır ki, qiymətli əlyazmalarını cırıb atmışlar... Yaxşı ki, heç olmasa bu əlyazma tatarların kitab yağılarının əlindən canını salamat qurtarmışdır.” (9, 200) Burada çox təəssüflə qeyd etmək istəyirik ki, bu böyük alim bizim qiymətli əlyazmalarımızın müxtəlif üsullarla Qərbə daşınmasından xəbərsizdir.Belə ki, əlimizdə olan yazılı məlu-mata görə hələ 1802-ci ildə hakimiyyətdə olan Hersoq Ernst Şərqə səyahət edən U.Y. Zeetsenə tapşırıq vermişdir ki, oradan qədim əşyaları və qiymətli əlyazmaları saray üçün pul ilə alıb gətirsin.Nəticədə Zeetsen Almaniyaya aparmaq üçün 17 dəvə yükü qədər qədim əlyazmalar və qiymətli əşyalar toplayıb göndərmişdir. Elə Dits özü də Türkiyədə işlədiyi zaman müm-kün qədər daha çox qiymətli və nadir əlyazmaları alaraq öz kitabxanasını zənginləşdirmişdir.Beləliklə bizim, o cümlədən Şərq xalqlarının yaradıcılıq məhsulu olan on minlərlə əlyaz-maları, qiymətli sənət əsərləri Qərbə daşınmışdır.Dits özü də “Asiya abidələri...” kitabının 1 hissəsinə yazdığı “Ön söz”də deyir:”...Avropanın bütün kitabxanalarında, o cümlədən özəl kitabxanalarda Şərqə aid böyük miqdarda əlyazmalarının istifa-dəsiz saxlanmasının nə faydası var?” Buradan aydın olur ki, Ditsin dediyi kimi tatarlar əlyaz-malarını cırıb atmamış, əksinə, onlar müxtəlif üsullarla talan edilib Avropa ölkələrinə aparılmışdır. Təqdirəlayiq haldır ki, elmə, Şərq xalqlarının yaradı-cılığına böyük qiymət verən Dits başqalarından fərqli olaraq özündə olan əlyazmalarının ən yaxşılarını seçərək təxminən 6 cilddən ibarət külliyyat hazırlamağı planlaşdırmışdır. Təəssüf ki, vaxtsız ölüm ona bu işi axıra çatdırmağa imkan vermir.Belə SEÇMƏLƏR-dən yalnız iki cildlik çapdan çıxmışdır.(“Asiya abidələri... 1 və 11 hissələr). Dits ailə qurmamışdır. Bu böyük şəxsiyyət, nüfuzlu alim bütün həyatını və maddi vəsaitini təmənnasız olaraq elmə qur-ban vermişdir. Ditsin məhsuldar elmi fəaliyyəti vaxtında yük¬sək qiymətləndirilmiş və o, 1814-cü ildə Prusiya Elmlər Aka-demiyasına fəxri üzv seçilmışdir. Bu fədakar şəxsiyyət 1814-cü ildə Layden Universitet kitabxanasından tapılmış təmiz türk dilində İncilin tərcüməsi üzərində işləyərkən ağır və uzun sürən xəstəlikdən sonra dün-yasını dəyişmişdir. İşini başa çatdırmaq üçün möcüzə nəticə-sində ölməyəcəyinə ümid edən bu böyük alim 1817-ci il aprelin 7-də vəfat etmişdir. Vəsiyyətnaməsinə əsasən 17000 nəşr olunmuş kitabları, içərisində 403-ü Şərqə aid olan 835 əlyazmasını, elmin bütün sahələrinə aid 1000-dən artıq tədqiqat işlərini, öz pulu ilə çap etdirdiyi əsərlərini, özünün və III Sultan Səlimin yüksək sənətkarlıqla işlənmiş portretlərini Berlin Kral kitabxanasına (indiki Dövlət kitabxanası-F.D.) vermişdir və göstərmişdir ki, hər iki portret xatirə olaraq ona aid ola fondun divarından asılsın.Ditsin portreti fonddan asılsa da, naməlum səbəbdən III Sultan Səlimin portreti itirilmişdir (10). (Bizim fikirimizcə bu hadisə almanların Türkiyəyə olan qısqançlığının təzahürüdür. Belə ki onlar Berlin Dövlət Kitabxanasında Osmanlı Sultanının portretini görmək istəməmişlər) Dits uzun müddət maraqla topladığı Osmanlı sülaləsinin bütün dövrlərinə aid qiymətli xırda pul kolleksiyasını isə Krallığa bağışlamışdır.34700 Taler maddi vəsaitini də Berlin kilsəsi nəzdindəki Yoxsullara Yardım fonduna vermişdir.Mirasını bölərkən qulluqçularına da müəy¬yən miqdarda pay ayırmışdır.

  • Flora MUSTAFAYEVA, Avropada Azərbaycan folklorunun böyük tədqiqatçisi və tərcüməçisi,
  • 1. Curt Balcke. H.F.von Diez und sein Vermachtnis. Berlin, 1928, s. 187-188
  • 2. Franz Babinger. Ein orientalischer Berater Goethes. Berlin, 1913, s. 92
  • 3. H.F.von Diez. Das Buch des Kabus. Berlin, 1811
  • 4. Franz Babinger. Ein orientalischer Berater Goethes. Berlin, 1913, s. 96
  • 5. Yenə orada, səh. 99
  • 6. Mommsen Katharina. Goethe und Diez. Berlin, 1995, s. 292
  • 7. Yenə orada, s. 297
  • 8. Curt Balcke. h.F. von Diez und sein vermachtnis. Berlin, 1928, s. 200
  • 9. H.F. von Diez. Denkwurdigkeiten von Asien, I teil, 1811, s. 161
  • 10.Curt Balcke. H.F. von Diez und sein vermachtnis. Berlin, 1928, s. 194
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Heinrich Friedrich von Diez // Brockhauz Ensiklopediyası (alm.).
  3. Deutsche Nationalbibliothek Record #118678469 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]