Hepatit D

Hepatit DViruslu hepatit D (delta, δ), (ing. Hepatitis delta virus, HDV) — hepatit delta virusunun yaratdığı xəstəlik.

Hepatit D
XBT-10 B17.0, B18.0
XBT-10-KM B17.0
XBT-9 070.31
XBT-9-KM 070.52[1]
DiseasesDB 5792
MedlinePlus 000216
eMedicine article/178038 
MeSH D003699
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hepatit delta virusu ilkin olaraq ağır Hepatit B infeksiyası olan xəstələrdə müşahidə olunur. Hepatit D ilə yoluxma həm hepatit B (koinfeksiya) ilə birlikdə həm də xroniki hepatit B ilə üst-üstə düşə bilər. Hər iki halda xəstələrdə xəstəliyin əlamətləri tək hepatit B olan xəstələrə nisbətən daha qabarıq şəkildə özünü göstərir. Həm hepatit B, həm də hepatit D-yə yoluxmuş xəstələrdə kəskin infeksiya, qaraciyər sirrozunun sürətli inkişafı nəticəsində son mərhələdə qaraciyər xəstəliyinə tutulma ehtimalı daha yüksək olur və xroniki infeksiya halında, hepatoselüler karsinom ehtimalı artır.

Hepatit delta virusu insanheyvan patogenləri arasında bir sıra ümumi xüsusiyyətlərə malikdir, həm bitki viroidləri, həm də bitki viroidə bənzər satellit RNT-ləri ilə. Bu kiçik RNT tərkibli yoluxucu agent satellik virusdur, çünki o, hüceyrələrdə çoxalması və infeksiyanı inkişaf etdirməsi üçün hüceyrələrin hepatit B virusu ilə yoluxmasını tələb edir (genomunu paketləmək üçün hepatit B zərf zülallarından (S antigenləri) istifadə edir).[2][3] Delta hepatit virusunun hüceyrə transkriptini tutan primitiv viroid kimi RNT-dən inkişaf etdiyinə dair fərziyyə var. Qanla ötürülən bu patogen qaraciyərdə çoxalır və tez-tez həm primatlarda, həm də primat olmayan məməlilərdə kəskin hepatitə səbəb olur.[3]

Epidemiologiyası

[redaktə | mənbəni redaktə et]

Delta hepatit virusu cinsi yolla, qan və onun törəmələri vasitəsilə ötürülür. Hepatit delta virus infeksiyasının inkişafının iki əsas modeli var. Ko-infeksiya orqanizm eyni vaxtda həm hepatit B, həm də delta hepatiti ilə yoluxduqda baş verir. Superinfeksiya - orqanizmdə biribci xroniki hepatit B, sonra hepatit delta virusuna yoluxduqdan sonra olur. Belə superinfeksiyalar şiddətli olur və çox vaxt xroniki olur.[4]

Delta hepatit virusu üçün ilk testlər qanda delta antigeninə qarşı antikorların aşkarlanmasına əsaslanırdı, lakin sonradan delta antigeninin özü üçün də testlər yaradıldı. Hal-hazırda daha təsirli RNT testləri hazırlanmışdır, lakin onlar gündəlik praktikada istifadə edilmir.[5] Hepatit D diaqnozu qoymaq üçün qaraciyər biopsiyası tələb olunmasa da, adətən qaraciyərin zədələnmə dərəcəsini müəyyən etmək və müalicəni təyin etmək üçün aparılır.

Hepatit delta virusu yalnız hepatit B virusunun iştirakı ilə aşkar edilsə də, hepatit B virusuna yoluxduqda, hepatit D virusuna həmişə rast gəlinmir. Həm Hepatit B həm də Hepatit D-dən əziyyət çəkən xəstələrin nisbəti müxtəlif populyasiyalarda 1%-dan 10%-ə qədər dəyişir. Belə xəstələrin ən yüksək faizi keçmiş SSRİ-nin cənubunda, Aralıq dəniziAfrikadadır.

Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə hepatit delta virusuna nadir hallarda rast gəlinir. Eyni zamanda iki virusa yoluxmuş insanların faizi eyni əhali daxilində əhalinin müəyyən qrupları arasında xüsusilə yüksək ola bilər, məsələn, steril olmayan iynələrdən istifadə edən narkomanlar arasında bu, 70%-dən çox ola bilər. Həmçinin laxtalanma faktoru konsentratları qəbul edən insanlar risk altındadır.[5] Hepatit delta virusa dünyada 20 milyon insan yoluxa bilər.

Son illərdə hepatit D virusunun yayılması əhəmiyyətli dərəcədə azalıb. Bu, qismən xüsusi risk altında olan xəstələrdə, xüsusən venadaxili iynələrdən istifadə edən narkotik istifadəçilərinin həyat tərzinin dəyişməsi, həmçinin qan nümunələrinin diqqətlə yoxlanılması ilə bağlıdır. Bundan əlavə, hepatit D-dən də qoruyan universal hepatit B peyvəndinin tətbiqi həm hepatit D virusunun daşıyıcılarının, həm də xəstəliyin kəskin formasından əziyyət çəkən insanların sayını azaldıb.[5]

Klinik xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Hepatit B virusunun replikasiyası özlüyündə sitopatik deyil. Qaraciyərin zədələnməsi xəstəliyin daşıcının immun sisteminin bu infeksiyalara reaksiyası nəticəsində baş verir. Eyni şey hepatit delta virusuna da aiddir. Bununla belə, hepatit delta virusunun təkrarlanmasının da sitopatik olduğu eksperimental vəziyyətlər var.[5]

Hepatit D-nin simptomları hepatit B-nin simptomları ilə eynidir, lakin daha şiddətlidir. Bundan əlavə, hepatit D zamanı qaraciyər sirrozunun inkişaf riski daha yüksəkdir. Xəstəliyin gedişi delta hepatit virusunun genotipindən asılı ola bilər: genotip 1 virusunun törətdiyi infeksiya 2 və 4-cü genotip viruslarının törətdiyindən daha ağır gedişatla xarakterizə olunur. Bundan əlavə, hepatit delta virusunun zülalları qaraciyər hüceyrələrinin proteomunda dəyişikliklərə səbəb ola bilər ki, bu da onların bədxassəli transformasiyasına kömək edir; beləliklə, hepatit D hepatosellüler karsinomanın əsasını təşkil edə bilər.

Amazon hövzəsinə bənzər bəzi ərazilərdə hepatit delta virusundan fulminant hepatitin inkişaf riski çox yüksəkdir. Bəzi hallarda ölüm bir həftədən az müddətdə baş verir.[5]

Təbii köməkçi virus olan hepatit B virusuna qarşı immunizasiya avtomatik olaraq hepatit D-dən qorunma təmin edir. Bununla belə, immunizasiya olunmamış şəxslər, eləcə də xroniki hepatit B olan xəstələr üçün risk yüksək olaraq qalır.[5]

Hal-hazırda, hepatit delta virusuna qarşı xüsusi olaraq terapiya yoxdur. Göstərilmişdir ki, 20% hallarda yüksək dozada interferon-α istifadəsi müsbət nəticə verir, lakin interferon dayandırıldıqda infeksiya yenidən inkişaf edir, buna görə də interferon sağalmaya səbəb olmur. İnterferon terapiyası hepatit B virusuna da təsir göstərir.[5]

Hepatit B əks transkriptaz inhibitorlarına əsaslanan antivirus müalicələr hepatit delta virusuna qarşı sınaqdan keçirilmişdir. Güman edilirdi ki, bu, hepatit delta virusunun çoxalmasının qarşısını alacaq, lakin bu baş vermədi.[5]

Preparat bulevirtid (bulevirtide) yetkin xəstələrdə xroniki hepatit B-nin bir delta agenti (xroniki hepatit D) ilə müalicəsi üçün nəzərdə tutulmuşdur. 2020-ci ilin iyul ayının sonunda bulevirtidin istehsalına Avropa İttifaqı tərəfindən şərti marketinq icazəsi verilmişdir. Dərman "Gepkludeks" (Hepcludex) markası altında satılır. Onun üzərində işləyən Almaniyanın MYR Pharmaceuticals şirkəti xroniki viruslu hepatit deltaya qarşı mübarizədə bulevirtidin effektivliyini sübut etmək üçün yeni klinik məlumatlar mövcud olduqda təqdim etməlidir.

Tədqiqat tarixi

[redaktə | mənbəni redaktə et]

Hepatit delta virusu haqqında ilk məlumatlar 1977-ci ilin ortalarında ortaya çıxmışdır. Hepatit B virusuna yoluxmuş və ağır qaraciyər çatışmazlığından əziyyət çəkən xəstələrdə əsas antigen kimi təsvir edilmişdir. Bu antigen əvvəlcə hepatit B antigeni kimi təsvir edilmiş və delta antigeni adlandırılmışdır. Şimpanzelər üzərində aparılan təcrübələr göstərdi ki, delta antigeni əslində hepatit B virusunun çoxalmasını tələb edən patogenin qurucu elementi idi. 1980-ci ilə qədər hepatit delta virusu yoluxucu agent hesab edilmirdi. Lakin tezliklə hepatit delta virusu üçün effektiv testlər hazırlanmış və epidemioloji məlumatların toplanması açılmışdır (bu, İtaliyanın cənubunda başlamışdır).[5] Hepatit delta virusunun genomu 1986-cı ildə klonlanmış və ardıcıllıqla müəyyən edilmişdir.[6] 1993-cü ildə virus Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitə tərəfindən qeydə alınmış və monotipik "Deltavirus" cinsinə aid olunmuşdur.[7]

  • Nicholas H. Acheson. Fundamentals of Molecular Virology (2nd edition.). WILEY (John Wiley & Sons, Inc.). 2011. 379—383. ISBN 978-0-470-90059-8.
  • Desk Encyclopedia of Human and Medical Virology. Elsevier Ltd. Editors-in-chief Brian W. J. Mahy, Marc H. V. van Regenmortel. 2010. ISBN 978-0-12-375147-8.
  1. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  2. Human and Medical Virology, 2010. səh. 122
  3. 1 2 Acheson, 2011. səh. 383
  4. Human and Medical Virology, 2010. səh. 123
  5. 1 2 3 4 5 6 7 8 9 Human and Medical Virology, 2010. səh. 124
  6. Fauquet C.M., Mayo M.A., Maniloff J., Desselberger U., Ball L.A. Deltavirus // Eight Report of the International Committee on Taxonomy of Viruses. London. 2005. 735—738.
  7. New taxa ratified in 1993. Arxivləşdirilib 2015-12-22 at the Wayback Machine — 1993. — [1993.02V] — p. 3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]