Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Hepatozoon sp. (lat. Hepatozoon sp. )- Apicomplexa Levine tipinə aid olan növ.
Hepatozoon sp. | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Hepatozoon sp. Nüvə dairəvidir, bədənin enli tərəfinə yaxın yerləşir, qırmızı və ya çəhrayı rəngə boyanır. Bədənin uzunluğu 27,0–29,5 (orta 28,1±1,8 mkm), eni bədənin enli hissəsində - 2,2–2,9 (orta 2,6 ± 0,4 mkm), nüvənin uzunluğu 5,0–6,0 (orta 5,5±0,6 mkm), eni - 2,3–2,9 (orta 2,6±0,5 mkm). Sitoplazma aşıq bənövşəyi rənglənir. Yoluxmuş eritrosit boyandıqda solğun mavi olur və yumru formadadır, bir az hipertrofikdir, nüvə kənara çəkilmişdir. Trofozoitlər ovaldır, sitoplazma zəif çəhrayı rənglənir. Bədənin uzunluğu 11,0–12,5 (orta 11,5±0,7 mkm), eni 3,5–4,0 (orta 3,6 ± 0,3 mkm).
İnkişaf dövriyəsi böyüyən (trofozoit) və yetkin (qamontlar) olmaqla baş verir. Qan yaxmalarında həm eritrositin daxilində, həm də plazmada tapılmışdır. Onlar adətən kapsula ilə örtülü olur, bir tərəf enli, diqər tərəf nazılmış olur. Eritrositin içərisində olanda nazik tərəf əyilmiş olur.
Hepatozoon sp. Kür çayı, Araz çayı, Qanıxçay, Qarayazı gölü, Çınqıl karxanası, Ağgöl, Naxalıqçala gölü, Şəmkir, Aşıqbayramlı, Yekəxana su anbarları, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır.
Amfibi, tısbağa, ilan və balıqların eritrositlərində parazitlik edir. İnkişaf iki sahibin dəyişilməsi ilə gedir. Çoxsaylı və iri merozoitlərin əmələ gəlməsi əsas sahibin daxili orqanlarının eritrositlərində baş verir. Kiçik ölçülü və az saylı merozoitlərin əmələ qəlməsi ilə gedən şizoqoniya (mikro və makroqametlər) həmin sahibin periferik qanında baş verir. Qametoqoniya xortumlu zəlilərin bağırsağında baş verir, parazit buraya sorulmuş qanla düşür. Sporozoitlərdə makroqametlərin qamçısı olmur, oosistalarda 8 sporozoit əmələ gəlir. Sporozoitlər oosistanı| tərk edir, bağırsağı deşərək zəlinin lakunar sisteminə daxil olur, oradan xortumcuğa və qansoran zamanı onurğalı sahibin qanına düşür. Sahib: göl qurbağasıdır.