Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[1][2][…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Fernando Kortes Monroy Pisarro Altamirano Fernando Cortés Monroy Pizarro Altamirano | |
---|---|
isp. Hernán Cortés y Pizarro | |
Doğum tarixi | |
Doğum yeri | Medelin, Badahos |
Vəfat tarixi | |
Vəfat yeri | Kastilyeha de la Kuesta, Sevilya |
Vəfat səbəbi | dizenteriya, plevrit |
Dəfn yeri | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], qubernator, konkistador |
Fəaliyyət illəri | 1504-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |