Heydər Əliyev. Müstəqillik yollarında — Ulu Öndər Heydər Əliyevin nitq və çıxışlarını əhatə edən, siyasi tariximiz üçün çox mühüm əhəmiyyət kəsb edən çoxcildli əsər.[1]
Heydər Əliyev. Müstəqillik yollarında | |
---|---|
| |
Janr | siyasi-publisistik |
Orijinalın dili | Azərbaycan dili |
Ölkələr | Azərbaycan |
Rəssam | Zaur Əliyev |
Tərtibat |
Akif Muradverdiyev Nazim İbrahimov Tariyel Ağayev |
Nəşriyyat | "Azərbaycan" nəşriyyatı |
Nəşr | 1996 |
Cild | 2 |
Səhifə |
979 (I cild) 1051 (II cild) |
Tiraj | 3157 |
Əsas qəhrəmanı Azərbaycan xalqı, əsas mövzusu isə siyasi tarix olan bu kitabla XX əsrin görkəmli siyasi xadimi Heydər Əliyev Azərbaycan xalqına bəxş etdiyi dövlət quruculuğunu bəxş etmişdir.
Bu çoxcildlik kitaba daxil olan çıxışlar və nitqlər xalqın Heydər Əliyevə və Heydər Əliyevin xalqa inamının daxili qaynaqlarını aşkar edir. Ulu Öndərin çıxışlarının əsas mövzuları: insan, vətəndaş, xalq və ölkə idi. Azərbaycan dövlətçiliyinin memarı olan Heydər Əliyev bu kitabla inşa etdiyi dövlətin başlıca quruculuq prinsiplərini və arxitekturasının əsaslarını açıqlayır. Kitab eyni zamanda Ulu Öndərin fitri natiqlik istedadını çox aydın nümayiş etdirir.[1]
"Müstəqillik yollarında" əsəri Azərbaycanın müstəqilliyi naminə öz həyatını qurban verənlərə ithaf olunan bir kitab kimi onların işıqlı xatrəsinə ünvanlanmışdır. Çoxcildliyin birinci cildində toplanmış nitq və çıxışları şərti olaraq beş qrupa ayırmaq olar:
Birinci qrup — Azərbaycanın daxili siyasəti ilə bağlı olan çıxış və nitqlərdir. Bu qrupdakı çıxış və məruzələr Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar siyasi vəziyyət, Azərbaycanda dövlət çevrilişi cəhdləri və onların qarşısının alınması yolları, hərbi quruculuq məsələləri geniş təhlil olunur.[1]
İkinci qrup — rəsmi dövlət bayramları ilə bağlı çıxış və nitqlərdən ibarətdir. Ümumiyyətlə bu qrupa daxil olan çıxış və məruzləri XX əsr Azərbaycan tarixinin mükəmməl konsepsiyası adlandırmaq olar.
Üçüncü qrup — görkəmli elm və mədəniyyət xadimlərinin yubileyləri, dini mərasimlər və müxtəlif səpkili mədəni tədbirlərdəki çıxış və nitqləri əhatə edir.
Dördüncü qrup — dövlət quruculuğu ilə bağlı olan çıxış və nitqlərdən ibarətdir. Buraya ilk növbədə Heydər Əliyevin bugünkü həyatımızın müxtəlif sahələrinə həsr olunmuş müşavirələrdə islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatına keçidin təmin olunması, müasir idarəetmə sisteminin tətbiq edilməsi ilə bağlı söylədiyi nitq və çıxışlar daxildir.
Beşinci qrup — xarici səfərlər zamanı edilən çıxış və nitqləri əhatə edir. Bu çıxış və nitqlərdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Azərbaycanı dünyaya tanıtmaq, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artırmaq bu nitq və çıxışların əsas qayəsini təçkil edir.[1]
Kitabın ikinci cildində Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu ilə yanaşı, iqtisadi inkişaf, Azərbaycanın xarici siyasətinin tərkib hissəsi olan Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş torpaqların geri qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, elm və mədədniyyət işçilərinə göstərilən diqqət və qayğı, 1995-ci ildə digər ölkə əhəmiyyətli bir çox məsəslələrlə bağlı keçirdiyi görüşlərdə söylədiyi nitq v çıxışlarına geniş yer verilərək, önə çıxarılmışdır.[1]
1995-ci ildə suveren Azərbaycan dövlətinin tarixində iki böyük, əlamətdar hadisə baş vermişdir. Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuş və ilk parlament seçkiləri keçirilmişdir. Konstitusiya komissiyasının işinə başçılıq edən Heydər Əliyev əslində dövlətin əsas qanununun müəllifi olmuşdur.
Türk aləmi üçün əlamətdar hadisələrdən olan görkəmli qazax mütəfəkkiri və maarifçisi Abay Kunanbayevin anadan olmasının 150 illiyinə həsr olunmuş yubiley tədbirlərində və qırğız xalqının "Manas" dastanının 1000 illik yubileyi ilə bağlı mərasimlərdə iştirak edən Ulu Öndərin Azərbaycanın türk dünyasının daha da möhkəmlənməsi və çiçəklənməsi naminə durmadan çalışacağı, eyni kökdən qidalanan mədəniyyətlərimizin ümumtürk dəyərləri əsasında inkişaf etməsi ilə bağlı söylədiyi geniş nitqi kitabda xüsusi ilə işıqlandırılmışdır.[1]