Heydər Əliyev Mərkəzləri

Heydər Əliyev Mərkəzləri — Azərbaycanın paytaxtı Bakı şəhərinin üç: Qaradağ, SuraxanıYasamal rayonları,[1] Gəncə, Naxçıvan, Qax, Şəmkir, Mingəçevir, Şəki, Salyan, Xaçmaz, Quba, Yardımlı, Tovuz, Astara, Qəbələ və digər rayonlarında inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzləri.[2]

Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.[3]

Yasamal rayon Heydər Əliyev Mərkəzi

[redaktə | mənbəni redaktə et]

20 dekabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış Bakı şəhəri Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin əsas məqsəd-vəzifələri xalqımızın Ümumilli lideri, Müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əlirza oğlu Əliyevin siyasi irsini, həyat və fəaliyyətini öyrənmək, araşdırmaq, gələcək nəsillərə aşılamaq, onun memarı olduğu dövlətçilik ənənələrini yaşatmaq, inkişaf etdirmək və cəmiyyətimizin bütün sahələrində tətbiq olunmasına dəstək verməkdir. Mərkəzin daxilində bir neçə bölməsi fəaliyyət göstərir. 1078,2 m² sahəsi olan Yasamal rayonu Heydər Əliyev Mərkəzi 6 mərtəbəli binada yerləşir.[4]

Mərkəzin "Heydər Əliyev Dövlətçilik İrsi və Salnamə" bölməsi Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə, irsinə həsr olunan və eləcə də dövlət quruculuğuna, müasir inkişaf istiqamətlərinə, ölkədə, regionda və beynəlxalq aləmdə aktual olan müxtəlif mövzularda mühazirələrin təşkili, dəyirmi masa, disput, elmi praktiki və nəzəri konfrans, seminarlar keçirmək, Heydər Əliyevin həyat və fəaliyyətinə aid sənədli kinofilmlər nümayiş etdirmək üçün nəzərdə tutulmuşdur. Bu zalda keçirilən tədbirlərdə 50–60 nəfər iştirak edə bilər.[4]

Yasamal rayonu Heydər Əliyev Mərkəzinin daxili görünüşü

Mərkəzin "Kitabxana və İnformasiya Texnologiyaları" bölməsi kitabxana və informasiya otağından ibarətdir. Tərtib olunmuş cədvələ əsasən kitabxanaya gələcək yeniyetmə və gənclər Heydər Əliyevin siyasi irsini, fəaliyyətini, qurduğu dövlətçilik ənənələrini, azərbaycançılıq ideyasını kitabxana fondunda olan Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab, jurnal, broşun və digər çap materiallarından öyrənərək yararlanırlar. Bundan əlavə kitabxanada dahi şəxsiyyətə həsr olunmuş yeni kitabların təqdimatı, oxucu konfransları, kitab sərgiləri, görüşlər təşkil olunur. Kitabxana fondunda ulu öndər Heydər Əliyevə həsr olunmuş çox sayda kitab, jurnal, broşur və digər çap materialları mövcuddur. Həmçinin ekspozisiyanı zənginləşdirmək məqsədilə yeni materialların toplanması işi davam etdirilir. Mərkəzdə Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən çox sayda sənədli filmlərin fondu yaradılmışdır. İnformasiya otağında internet vasitəsilə müvafiq saytlardan dahi şəxsiyyət Heydər Əliyevin siyasi irsi, həyatı və fəaliyyəti haqqında məlumatları əldə etmək və müxtəlif kitabxanalarda olan kitabların elektron variantlarından istifadə etmək üçün 8 nəfərlik kompüter masası var.[4]

Mərkəzin "Muzey" bölməsi — Heydər Əliyev irsinin öyrənilməsini təmin edən əsas bölmələrdən biri də mərkəzin IV və V mərtəbələrində yerləşən muzey bölməsi 296 m² olan ekspozisiya sahəsində müasir tələblərə cavab verən tərtibat işləri aparılmışdır. Muzey bölməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bütün ömür yolunu və fəaliyyətini əks etdirən 281 ədəd eksponat toplanmışdır. Mərkəzin V mərtəbəsi Heydər Əliyevin böyük tunc heykəlindən, Ulu Öndərin həyatı, fəaliyyəti və daxili siyasətinə həsr olunmuş 122 ədəd fotoşəkildən, 13 ədəd diplom və təltiflərdən, 7 ədəd mətnlə tərtib olunmuş şüşə lövhədən ibarətdir. Mərkəzin IV mərtəbəsi Heydər Əliyevin xarici siyasətini əks etdirən 72 ədəd fotoşəkil, 10 ədəd mətn, rəsm əsərləri və 4 ədəd tunc heykəllərlə tərtib edilmiş zaldan ibarətdir.[4]

Qaradağ rayon Heydər Əliyev Mərkəzi

[redaktə | mənbəni redaktə et]

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzi 21 yanvar 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qaradağ rayonuna səfəri zamanı açılmışdır. Burada ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği üçün hər cür şərait yaradılmışdır.[5] Heydər Əliyev Mərkəzində nümayiş olunan fotolar ümummilli liderin Qaradağ rayonuna səfərlərini, böyük sənaye obyektlərinin açılışında iştirakını əks etdirir.[6]

Lökbatanda Heydər Əliyev Mərkəzinin yaradılması müasir Azərbaycan tarixinin, Heydər Əliyev irsinin, ulu öndərin zəngin siyasi fəaliyyətinin öyrənilməsi və təbliği, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması baxımından, böyük önəm daşıyır.[6]

Mərkəzdə ümummilli liderin həyatından bəhs edən nəşrlərin toplandığı kitabxana, kiçik kafeteriya və müasir avadanlıqlarla təchiz olunmuş internet zalı fəaliyyət göstərir. Burada 50 yerlik konfrans və 220 yerlik iclas zalları var eləcə də, 3D formatında hazırlanan filmlərin nümayişi üçün avadanlıqlar mövcuddur.[6]

Suraxanı rayon Heydər Əliyev Mərkəzi

[redaktə | mənbəni redaktə et]
Suraxanı rayonu Heydər Əliyev Mərkəzi

Suraxanı rayon Heydər Əliyev Mərkəzi "Heydər Əliyev parkı"nın ən gözəl guşəsində, Suraxanı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının sağ tərəfində özünəməxsus xüsusi bir layihə ilə inşa edilmişdir. Bina 3 mərtəbəli olmaqla, ümumi sahəsi 1080 kvadrat metrdir.

Mərkəzin önündəki meydanda Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin bürüncdən hazırlanmış möhtəşəm abidəsi ucalır. Mərkəz 2009-cu il may ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılmışdır.

Mərkəzə ziyarətə gələnlər Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar.

Mərkəzin 1-ci mərtəbədə Ulu Öndərin Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillərdən ibarət stend vardır. Mərkəzdə Multimedia və Rəsm studiyaları, Elektron kitabxana fəaliyyət göstərir. Mərkəzdə həmçinin, bir çox ictimai-siyasi tədbir keçirilir.

Mərkəzin 2-ci mərtəbədəki geniş sərgi salonunda "Ulu Öndər" əsəri ilə yanaşı Ulu Öndərin həyatının müxtəlif anlarını, fəaliyyətinin əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir. 2-ci mərtəbədə həmçinin mərkəzi ziyarətə gəlmiş qonaqların, məktəblilərin, tələbələrin Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrətmək məqsədilə məşğələlər keçmələri üçün xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriya yaradılmışdır.

3-cü mərtəbədə foto slaydlarla təchiz olunmuş rəqəmsal çərçivələrdə "Heydər Əliyev Azərbaycan xalqının Ümumilli Lideridir" mövzusunda elektron sərgi nümaiş etdirilir, həmçinin müasir texnoloji avadanlıqlarla təchiz olumuş, audi, video sistemlə müşayyət olunan konfrans zalı da vardır.

Mərkəzin fəaliyyəti ilə daha geniş tanış olmaq üçün girişdə elektron informasiya köşkü quraşdırılmışdır.

Digər şəhər və rayonlar üzrə mərkəzlər

[redaktə | mənbəni redaktə et]

Naxçıvan şəhəri

[redaktə | mənbəni redaktə et]

Naxçıvan şəhəri Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 18 fevral 1999-cu il tarixli sərəncamına əsasən yaradılmış və 10 may 1999-cu ildən etibarən fəaliyyətə başlamışdır.[7] Muzeydə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər nümayiş etdirilir. Həmçinin Naxçıvan MR Ali Məclisinin sədri (1991–1993) işlədiyi dövrdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar, filmlər, albomlar öz əksini tapmışdır.[7][8][9]

Muzeyin ekspozisiya zalının mərkəzində Heydər Əliyevin "Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır" sözləri yazılmışdır.[7]

Habelə muzeydə Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır. Burada "Xalqımla həmrəyəm", "Qayıdış", "Naxçıvan yaşayır və döyüşür" bölmələri təşkil olunmuşdur. Muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4807 eksponat toplanmışdır. Həmçinin muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.[7][8][9]

Gəncə şəhəri

[redaktə | mənbəni redaktə et]

Gəncə şəhəri Heydər Əliyev Mərkəzinin tikintisinə 2012-ci ildən başlanılıb və 2014-cü il yanvarın 21-də cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.[10] Gəncə şəhəri Heydər Əliyev mərkəzinin açılışı zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev çıxış edərək bu sözləri söyləmişdir:

" Biz bu möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışına toplaşmışıq. Bu gözəl hadisə və uğurlar münasibətilə sizi və bütün gəncəliləri ürəkdən təbrik edirəm. "

2012-ci il yanvarın 21-də Gəncə şəhərindəki Heydər Əliyev parkının təməli qoyulmuşdu. Bu mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin bütün anları, bütün mərhələləri əks olunub. Eyni zamanda, istənilən beynəlxalq tədbirin keçirilməsi üçün də gözəl imkanlar vardır. Parkın ərazisi 450 hektar, uzunluğu 2 kilometrdir. Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə parkı da yer alır.

Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli, müasir materiallardan istifadə olunub. Mərkəzin əhatə etdiyi ərazidə orijinal memarlıq üslubunda fəvvarələr və müasir işıqlandırma sistemi quraşdırılıb. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Dördmərtəbəli mərkəzdə şüşədən müasir tavan quraşdırılıb. Tavanda Azərbaycanın xəritəsi əks olunub. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.[10]

Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Mərkəzdə Azərbaycanın xəritəsini əks etdirən çil-çıraq quraşdırılıb. Sahəsi 450 ha olan Gəncə Heydər Əliyev park-kompleksində yerləşən 24 metr hündürlüyü olan Heydər Əliyev Mərkəzi 4 mərtəbədən ibarətdir. Mərkəzin I mərtəbəsində Ümummilli liderin keçdiyi həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirən xatirə muzeyi yerləşir. Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993–2003-cü illərdə həyata keçirdiyi böyük işlər, Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara muzeydə geniş yer verilib. Burada ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.[10]

Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident cənab İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələrinə də geniş yer ayrılıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir.

III mərtəbəsində video-konfrans salonu və hər cür təchizatı olan konfrans zalı mövcuddur. Mərkəzin konfrans zalında şəhərin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr, beynəlxalq və əlamətdar günlərlə bağlı tədbirlər yüksək səviyyədə həyata keçirilir.[10]

Şəki şəhəri

[redaktə | mənbəni redaktə et]

Şəki şəhəri Heydər Əliyev Mərkəzi Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 10 fevral 2006-cı il tarixli "4-№ li əmrinə müvafiq olaraq inşa edilmiş Heydər Əliyev Muzeyi kimi fəaliyyətə başlamışdır. 13 aprel 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə muzeyin rəsmi açılışı olmuşdur. 01 may 2013-cü il tarixindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 24.01.2012-ci il tarixli 19 №li əmrinə əsasən muzeyin fəaliyət sahələri daha da genişləndirilərək Heydər Əliyev Mərkəzi kimi fəaliyyətini davam etdirmişdir.[11]

Şəki Heydər Əliyev Muzeyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, geniş təbliğ olunması, həyatı və fəaliyyəti ilə bağlı materialları toplayan, qoruyan, elmi cəhətdən öyrənilməsini təşkil edən, habelə hərtərəfli inkişaf etdirilməsini təmin edən mədəniyyət, elmi-tədqiqat qurumu olan dövlət müssisəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 29 oktyabr 2018-ci ildə Mərkəzin yeni tikilmiş binasının açılış mərasimi keçirilmiş və istifadəyə verilmişdir. Mərkəzin yeni binası öz müasir görünüşü, zövqlə dizayın edilmiş interyeri və çox funksiyalılığı ilə seçilir. Binanın eksteryer dizaynı şəhərə xüsusi gözəllik verir, şəhərin ümumi görünüşü ilə vəhdət təşkil edərək onu daha da müasirləşdirir. Sahəsi 3700 kvadratmetr olan Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün böyük akt zalı yaradılıb.[12]

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitutsiyasının, "Mədəniyyət haqqında", "Muzeylər haqqında", Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, nazirliyinin əmr və kollegiya qərarlarını, digər normativ aktları və Heydər Əliyev Mərkəzlərinin Əsasnaməsini rəhbər tutur.[11]

Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Yerli İcra Hakimiyyəti, yerli özünüidarəetmə orqanları, yaradıcılıq ittifaqları, elmi-tədqiqat, təhsil, mədəniyyət müəssisələri, habelə qeyri hökumət təşkilatları ilə qarşılıqlı əlaqəli fəaliyyət göstərir.[11]

Mərkəzdə, həmçinin Şəki şəhərinin 2017-ci ildən UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinin üzvü olmasına dair xüsusi guşə yaradılıb, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun maketi quraşdırılıb. Burada yaradılan Etika Akademiyasının fəaliyyəti də xüsusi maraq doğurur.[12]

Yardımlı rayonu

[redaktə | mənbəni redaktə et]

4 sentyabr 2013-cü ildə açılışında cənab Prezident İlham Əliyevin də iştirak etdiyi Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən çoxlu fotoşəkil, kitab və jurnallar, video-disklər toplanmışdır. Mərkəzdə Heydər Əliyev Muzeyi, intellektual oyun otaqları, linqafon kabineti, rəsm, foto, kompyüter studiyaları, xalq sənətkarlıq və ədəbiyyat dərnəkləri, konfrans zalı, tədris otağı, "3D kinozalı", "virtual sinif" fəaliyyət göstərir. Hazırda Heydər Əliyev Mərkəzində bu avadanlıqlardan istifadə olunması üçün müasir və savadlı gənclərdən ibarət kollektiv formalaşdırılmışdır. Heydər Əliyev mərkəzinə hər ay 2000 nəfərdən çox insan ziyarət edir. Mərkəzdə "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" və "Gənc Heydərçilər" dərnəkləri fəaliyyət göstərir.[13]

Şəmkir rayonu

[redaktə | mənbəni redaktə et]

Şəmkir rayonu Heydər Əliyev Mərkəzinin yerləşdiyi parkın ümumi sahəsi 14 hektardır. Ərazidə müasir tipli 7 fəvvarə, uzunluğu 742 metr olan açıq su kanalları və onların üzərində tunel tipli 10 keçid-körpü yaradılmışdır. Burada, həmçinin süni göl inşa edilmişdir. Parkda həmçinin 20 minədək müxtəlif növ dekorativ ağaclar, güllər əkilmiş, yaşıllıq salınmışdır. Parkın ərazisi əhalinin istirahətinin səmərəli təşkili üçün yüksək səviyyədə hazırlanmışdır.[14]

Mərkəzin inşasına 2012-ci ilin mayında başlanılmışdır. Qeyri-adi, müasir orijinal layihə əsasında inşa olunan Mərkəzin binası dördmərtəbəlidir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin abidəsi qoyulmuşdur. Mərkəzdə quraşdırılan monitorlarda 6 dildə Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən videoçarxlar, eləcə də dahi rəhbərin həyata keçirdiyi irimiqyaslı layihələr haqqında məlumatlar nümayiş etdirilir.

Mərkəzdə qalereya, 3D kinozalı, kitabxana, bar, tərcümə otağı və mühazirə zalı fəaliyyət göstərir. Kitabxanada ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında kitablar, elektron vəsaitlər yer almışdır. Mərkəzə gələnlər elektron kitabxananın virtual otağının xidmətlərindən də istifadə edirlər. Mərkəzin ikinci mərtəbəsində Ulu Öndərin müxtəlif illərdə rəhbər vəzifələrdə çalışdığı zaman kabinetlərini sərgiləyən muzey fəaliyyət göstərir. Burada ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş eksponatlar da nümayiş etdirilir. Mərkəzdə, həmçinin Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar sərgilənir. Burada böyük akt zalı da vardır.[14]

Tovuz rayonundakı öz görkəmi ilə şəhərin mərkəzinə xüsusi gözəllik verən Heydər Əliyev Mərkəzi 2007-ci ilin sonlarından böyük bir əmək qüvvəsi yüksək memarlıq üslubu ilə muzeyin tikintisinə başlanıldı və 2008-ci ilin sentyabr ayında istifadəyə verildi. Tovuz rayonu Heydər Əliyev Mərkəzinin açılışı 24 sentyabr 2008-ci ildə olmuşdur.

Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə ümummilli liderin həyatının çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər və eksponantlar, o cümlədən müxtəlif illərdə Tovuz rayonuna tarixi səfərlərinə dair fotolar nümayiş olunur.[15]

Ümumi sahəsi 560 m² olan Mərkəz iki mərtəbədən ibarətdir ki, birinci mərtəbə 540 m², ikinci mərtəbə 462 kv.m-dir.

Mərkəzin birinci mərtəbəsində Ulu Öndərin qranitdən yonulmuş büst kompleksi, Heydər Əliyevin müstəqilliyimiz, dövlətçiliyimiz haqqında söylədiyi kəlamlardan ibarət lövhələr və ümummilli liderimizin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən qısa materialdan ibarət lövhə yerləşir.

Mərkəzin ikinci mərtəbəsi ekspozisiya zalı, kiçik konfrans zalı və kitabxanadan ibarətdir. Kitabxanada Heydər Əliyevə və bu siyasi kursun davamçısı İlham Əliyevə həsr olunan 370 adda 694 kitab, jurnallar və müxtəlif nəşrlər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə latın qrafikası ilə yenidən nəşr olunan 300 nüsxə kitab vardır. Tovuz rayon Heydər Əliyev Mərkəzində 978 eksponant (sənədlərin surəti, fotostendlər, disk və 330 adda 575 kitab və s.) saxlanılır. Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə mərkəzdə komputer, dil kursları təşkil olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin daha dərindən təbliğ etmək məqsədilə mərkəzin zalında ulu öndərlə bağlı dərslər keçirilir, filmlər nümayiş olunur. Mərkəzdə ulu öndərin irsini, həyat və fəaliyyətini özündə əks etdirən 10 disk vardır. Mərkəzdə ümummilli liderin xarici ölkələrə və ölkəmizin regionlarında keçiridiyi görüşü əks etdirən 13 fotostend yaradılmışdır.[15]

Qax rayon Heydər Əliyev Mərkəzin inşasına 2011-ci ilin noyabrında başlanmışdır. Yerli inşaat materiallarının istifadə edildiyi tikinti işləri rayonun daxili imkanları hesabına həyata keçirilmişdir. Foyedə Ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsi və məlumat-informasiya köşkü vardır. Ümumi sahəsi 670 kvadratmetr olan dörd hissəyə bölünən əsas zal, 600 nəfərin iştirakı ilə konfrans keçirməyə imkan verir. Zalın yan divarları səkkizguşəli ornamentli şüşələrlə örtülmüş, xüsusi ekranlar və tablolarla Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fraqmentlərlə işıqlandırılmışdır. Zalın bir hissəsi 8 qatlı xüsusi elektron pərdə ilə kəsilərək kinozala çevrilmişdir. Burada Azərbaycanın müasir tarixini, iqtisadi və sosial inkişafını əks etdirən filmlər nümayiş olunur.

Mərkəzdə xoreoqrafiya, milli və bal rəqsləri, sənət dərnəkləri ilə yanaşı ingilis, yapon və rus dilləri sinifləri də fəaliyyət göstərir. Mərkəzdə internet kafe, elektron kitabxana, virtual otaqlar da yüksək standartlara cavab verir.

Qax rayonu Heydər Əliyev Mərkəzi

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirir.[16]

Mərkəzdə, həmçinin Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra orqanları rəhbərləri və nazirlərin yerlərdə vətəndaşların qəbulu ilə bağlı görüşlər, əlamətdar və tarixi günlərə həsr olunmuş tədbirlər, respublika səviyyəli seminar- treninqlər və maarifləndirici tədbirlərin keçirilməsi təmin olunur.

Qax rayon İcra Hakimiyyəti tərəfindən sifariş edilmiş Heydər Əliyev Mərkəzinin layihəsi fiziki şəxs Nadir Qasımova aiddir. İç dizayn işləri "Erginoğlu və Calıshlar" şirkəti (Türkiyə), əsas dəhliz və sərgi zalının dizaynı ZED Consulting (İspaniya) şirkəti, podratçı təşkilat "Əfqan" firmasına məxsusdur. Layihə, dizayn, tikinti və təqdimetmə üzrə koordinasiya edən şirkət Advisorscodur.[17]

Xaçmaz rayon Heydər Əliyev Mərkəzi Nəriman Nərimanov küçəsi 72 A-da, Heydər Əliyev parkının yaxınlığında yerləşir. Burada ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi müxtəlif dövrləri əhatə edən foto-şəkillər, sənədlərin surətləri, həmçinin ailəsi ilə bərabər həyatının müxtəlif dövrlərini əhatə edən şəkillər nümayiş olunur.

Mərkəz 2005-ci ildə muzey kimi fəaliyyət göstərib, 2010-cu ildə isə mərkəz əsaslı şəkildə yenidən qurulub. Onun yeni binası 2015-ci ildə inşa olunmaqla fəaliyyəti 8 sentyabr 2016-cı ildə başlamışdır.[18]

Mərkəzin yeni binası müasir və qədim şərq memarlığı üslubunda inşa olunaraq iki mərtəbədən və bir neçə şöbədən ibarətdir. Birinci mərtəbədə sərgi zalı, xalçaçılıq dərnəyi, 300 nəfərlik kino-konsert zalı var. İkinci mərtəbədə isə bir sənət studiyası, fotostudiya, elektron kitabxana, rəqs və intellektual oyunlar dərnəyi mövcuddur.[19]

Hal-hazırda mərkəzin tərkibində olan muzeyin fondunda ümummilli lider Heydər Əliyevin büstü, 94 foto-şəkil, 25 sənəd, 775 eksponat saxlanılır ki, bunlardan 120-si ekspozisiya sərgi salonunda nümayiş etdirilir. Mərkəzdə muzey eksponatlarının zənginləşdirilməsi məqsədilə "Tədqiqat" qrupu fəaliyyət göstərir.[20]

Xaçmaz rayonunda mərkəzin baş binasından başqa, daha iki filialı da fəaliyyət göstərir. Belə ki, 140 kv m 2 sahəsi olan Xudat şəhər Heydər Əliyev muzeyi 2006-cı ilin may ayının 10 — da, 120 kv m² sahəsi olan Yalama kənd Heydər Əliyev muzeyi 2008-ci ilin may ayının 10 — da yaradılaraq istifadəyə verilmişdir.[21]

Mingəçevir şəhəri

[redaktə | mənbəni redaktə et]

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin açılışı ölkə rəhbəri Cənab Prezidentimiz İlham Əliyevin Mingəçevir şəhərinə 16 aprel 2013-cü il tarixli səfəri zamanı baş tutmuşdur. Üç mərtəbədən ibarət mərkəzin yaradılmasında məqsəd Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsidir.[22] Muzeydə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə əks etdirən fotolar, tarixi sənədlər, kitablar nümaiş olunur. Ümummilli Liderin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotoları maraqla qarşılanır. Bu fotolarda Ulu Öndərin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyinin müxtəlif dövrləri əks olunub. Bundan başqa, Mərkəzdə Ümummilli Liderlə bağlı disklər, sənədlər və digər maraqlı eksponatlar sərgilənir. Heydər Əliyevin uğurlu həyat yolunu əks etdirən ekspozisiya zalı Maddi-məhsul mühafizəsində 503 əşya var: 192 ədəd şəkil, 48 ədəd sənəd 261 ədəd kitab, 22 sənəd, 93 ədəd şəkil var, bunlardan 32 ədədi 1-ci mərtəbədə, 61-i 2-ci mərtəbədə, bunlardan 26-ı Cənab Prezidentimiz İlham Əliyevin Mingəçevirə səfərləri ilə bağlıdır.[3]

Mərkəzdə kurslar və dərnəklər fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin də əsas tədbirləri məhz Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil olunur.

Azərbaycan Televiziyasında 13 yanvar 2017-ci il tarixində Mərkəzin fəaliyyəti barədə süjet hazırlanmşdır.

2018-ci ildə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin ziyarətçilərinin sayı 13092 nəfər olmuşdur (9066 – ekskursiya gələnlər, 4026 — fərdi gələn). Mərkəzin təşkil etdiyi bütün tədbirlər haqqında sosial şəbəkələrdə və yerli "Mingəçevir" qəzetində məlumat verilir.[3]

Mərkəzin 1-ci mərtəbəsində Heydər Əliyev Muzeyi, 570 nəfərlik Akt zalı və s. yardımçı otaqlar yerləşir.

Mərkəzin 2-ci mərtəbəsində Kitabxana, Konfrans zalı, Virtual sinif otaqları, Rəsm dərnəyi fəaliyyət göstərir. 3-cü mərtəbədə isə Rəqs Studiyası və Yaradıcılıq Studiyası və İnternet kafe yerləşir.[3]

Ulu Öndər Heydər Əliyev əbədiyyətə qovuşduqdan sonra Respublikamızda ilkinlərdən biri olaraq 25 iyul 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevinAzərbaycan Respublikasının I vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Qubada rayon Heydər Əliyev Muzeyi (Mərkəzi) fəaliyyətə başlamışdır. Muzeyin rəy kitabında Prezident cənab İlham Əliyev aşağıdakı ürək sözlərini qeyd etmişdir:[23]

" Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış oldum. Xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti burada nümayiş etdirilən şəkillərdə əks olunur. Heydər Əliyev müxtəlif dövrlərdə Qubada dəfələrlə olmuş və çoxsaylı görüşlər keçirmişdir. O, Azərbaycanın qədim şəhəri olan Qubaya və qubalılara həmişə böyük diqqət göstərirdi. Heydər Əliyevin siyasəti bu gündə yaşayır və əbədi yaşayacaqdır. "

Muzeyin Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik və azərbaycançılıq irsinin öyrədilməsi sahəsindəki fəaliyyəti və qubalıların, xüsusilə gənclərin Ulu Öndərin irsinə artan marağı nəzərə alınaraq 2011-ci ildə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında möhtəşəm və yaraşıqlı Heydər Əliyev Mərkəzi istifadəyə verilmişdir. Mərkəzin qarşısında xalq rəssamı, akademik Ömər Eldarovun müəllifi olduğu Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılmışdır.[23]

Milli memarlıq elementlərindən istifadə olunmaqla müasir tikinti texnologiyalarına uyğun inşa olunan dördmərtəbəli muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey fəaliyyət göstərir. Burada Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yaradılmışdır. Ümummilli Liderin irsinin gənc nəsillərə çatdırılması üçün mərkəzdə virtual tədris sinifləri, üç konfrans zalı, kompüter mərkəzi, kitabxana vardır. Bundan əlavə, mərkəzdə xarici dillər mərkəzi, 3D kinozalı, ədəbiyyat dərnəyi, kulinariya məktəbi, heykəltəraşlıq, xalça və rəsm studiyaları, fotostudiya da yerləşir. Mərkəzdə yeməkxana, mətbəx, milli rəqs studiyası da yaradılmışdır.[24]

23 sentyabr 2011-ci ildə Quba Heydər Əliyev Mərkəzi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamışdır. Prezident İlham Əliyev Mərkəzin açılışında söylədiyi "Ölkəmizdə son illər ərzində tikilən Heydər Əliyev mərkəzlərinin bəlkə də ən yaraşıqlısı, möhtəşəmi və funksional baxımdan ən gözəli Quba mərkəzidir. Bu mərkəz həm şəhərə əlavə yaraşıq verir, eyni zamanda, burada müxtəlif tədbirlərin keçirilməsi üçün bütün şərait vardır" sözləri isə fəaliyyət proqramımız olmuşdur.[23]

Qəbələ rayonu

[redaktə | mənbəni redaktə et]

Qəbələ rayon Heydər Əliyev mərkəzinin ümumi ərazisi 0,50 hektar, tikinti altında olan sahə 812m²-dir. Mərkəzdə 1 brifinq zalı, 6 inzibati otaq və yardımçı otaqları mövcuddur. Bunlar tarixi sənədlər, Ulu Öndərin həyat fəaliyyəti haqqında kitablar və fotoşəkillərdən ibarətdir. Heydər Əliyev Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02.03.2007-ci il tarixdə Qəbələ rayonuna səfəri zamanı rəsmi açılışı olmuşdur.[25]

Mərkəz Ulu Öndər Heydər Əliyevin həyatını və zəngin irsini öyrənmək məqsədilə yaradımışdır. Qəbələ rayon Heydər Əliyev Mərkəzinin 335m² sahəsi olan ekspozisiya zalı 14 bölməyə ayrılmışdır. Ekspozisiya 14 bölmədən- Heydər Əliyevin uşaqlıq və gənclik illəri (1923–1944), Dövlət Təhlükəsizlik Orqanlarında işlədiyi dövr(1944–1969), Azərbaycan Respublikası KP MK-nin I katibi işlədiyi dövr (1969–1982), SSRİ Nazirlər Soveti sədrinin I müavini işlədiyi vaxt(1982–1987), Heydər Əliyevin Naxşıvana qayıdışı(1990–1993), Azərbaycan 2-ci dəfə qayıdışı(1993–2003), Qəbələyə səfərləri (1978-ci il-2002-ci il), Heydər Əliyevin apardığı xarici siyasət, Neft strateiyası, Heydər Əliyev və mədəniyyət, Güc Nazirlikləri ilə birgə işi, Heydər Əliyevin təhsilə və səhiyyəyə qayğısı, Heydər Əliyev və idman, ailə görüntülərindən ibarətdir. Həmin bölmələrdə Ulu öndərin həyatının müxtəlif anlarını əks etdirən 340-dan artıq eksponat cəmlənmişdir. Bunlar tarixi sənədlər, ulu öndərin irsini öyrənən kitablar və fotoşəkillərdən ibarətdir. Ümumilikdə mərkəzdə 700-dən artıq eksponat vardır. 2007-ci ildən Heydər Əliyev Muzeyi kimi açılıb, 2012-ci ildən mərkəz kimi fəaliyyətini davam etdirir. Heydər Əliyev Mərkəzi bir mərtəbədən ibarətdir.[26]

Astara rayon Azərbaycan küçəsində yerləşən orijinal memarlıq üslubunda tikilən Heydər Əliyev Mərkəzinin inşasına 2011-ci ildə başlanmış, həmin ilin aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astara səfəri zamanı açılışı olmuşdur. Prezident Mərkəzin "Fəxri qonaqlar" kitabına ürək sözlərini yazmışdır.

Mərkəz 2008-ci ilin iyulundan 2012-ci ilin fevralına qədər H. Əliyev muzeyi kimi fəaliyyət göstərmişdir. Muzeylərin fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq Heydər Əliyev muzeyi 2012-ci ilin fevralından Mərkəz adlandırılır. Mərkəzin sahəsi 792 kv m -dir.

İkimərtəbəli binanın girişində Ulu Öndərin büstü qoyulmuşdur. Mərkəzin birinci mərtəbəsində Ümummilli Liderin mənalı həyatını və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin və məlumatların yer aldığı tablolar, monitor vardır. Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə həsr olunan bölmələrdə Ulu Öndərin uşaqlıq və gənclik dövrlərini, 1969–1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işləri, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı quruculuq işlərini əks etdirən 76 fotoşəkil, 35 sənəd toplanmışdır. Qiymətli eksponatlar arasında Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi müxtəlif illərdə geniş ictimaiyyətin nümayəndələri əmək adamları ilə görüşlərini eks etdirən fotolar nümayiş olunur. Mərkəzdə Ulu Öndərin Astaraya səfərləri zamanı görüşlərinə aid fotolar ayrıca guşədə yer alaraq mərkəzin ekspozisiyasını bəzəyir.[27]

Heydər Əliyev mərkəzinin ikinci mərtəbəsində şahmat, təsviri sənət, dekorativ tətbiqi sənət studiyaları və elektron kitabxana fəaliyyət göstərir. Elektron kitabxanın fondunda 3500 kitab toplanmışdır. Burada 25 kompüter vasitəsilə oxucular Milli Kitabxananın elektron resursunda olan 11 min 416 elektron kiatbdan istifadə edə bilirlər. Elektron kataloqda isə 149 min 983 kitabın biblioqrafik göstərcisi üzrə axtarış aparmaq mümkündür. Burada həmçinin Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən latın qrafikalı əlifba ilə nəşr olunmuş 500-dək kitabın elektron versiyasından istifadə etmək mümkündür. Kitabxanada " Avropa kitabxanaları" elektron kataloqdan 48 ölkənin toplu kataloqu vasitəsilə axtarış aparmaq mümkündür. Milli kitabxananın saytı vasitəsilə 21 xarici ölkə kitabxanaları ilə əlaqələr mövcüddur. Dekorativ tətbiqi sənət studiyasında təşkil olumuş kurslarda miniatür xalçalar toxunur və rayonda keçirilən sərgilərdə nümayiş olunur. Bu studiyada gün ərzində 20–30 gənc bu qədim sənətə yiyələnmək üçün kurs keçirlər. Mərkəzdə fəaliyyət göstərən bu studiya Astarada xalçaçılıq sənətinin inkişafına xidmət edir. Şahmat studiyasında uşaqlar həm şahmat, həm də dama ilə məşğul olurlar. Burada məşğələlərlə yanaşı ulu öndərin ad günü, Azərbaycan xalqının milli qurtuluş günü və sair bayramlar münasibətilə yarışlar, turnirlər keçirilir.[27]

Gənclərin rəssamlıq ilə məşğul olmaları üçün mərkəzdə təsviri sənət studiyası da fəaliyyət göstərir. Gün ərzində 15–20 gənc təsviri sənətlə məşğul olur. Onların əl işləri, rəsm əsərləri mərkəzdə və rayonda keçirilən sərgi və tədbirlərdə nümayiş olunur. Heydər Əliyev Mərkəzi muzey kimi rəsmi fəaliyyətə başladığı gündən bu günə kimi mütəmadi olaraq rayon və kənd məktəblərinin, Pedaqoji Kollecin, Uşaq bağçalarının, İdarə və müəssisə təşkilatlarının cədvəl üzrə muzeyə ekspozisiyasını təşkil edir.

2008–2012-ci il dövr ərzində mərkəzə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Millət vəkili publisist Elmira Axundova, Milli məclisin deputatları Hadı Rəcəbli, Aslan Cəfərov, xalq artistləri Canəli Əkbərov, Səkinə İsmayılova və başqaları qonaq olmuş, mərkəzin " Fəxri qonaqlar" kitabına öz ürək sözlərini yazmışlar.[27]

  1. "AZƏRBAYCAN RESBUPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ BAKI ŞƏHƏR MƏDƏNİYYƏT VƏ TURİZM İDARƏSİ HEYDƏR ƏLİYEV MƏRKƏZLƏRİ" (az.). Archived from the original on 2021-12-17. İstifadə tarixi: 12 oktyabr 2022.
  2. "Heydər Əliyev Mərkəzləri və Parkları" (az.). https://azerbaijan360.az/. Archived from the original on 2022-10-14. İstifadə tarixi: 12 oktyabr 2022.
  3. 1 2 3 4 "Göyçay Rayon Heydər Əliyev Mərkəzi" (az.). ttps://kataloq.gomap.az. Archived from the original on 2023-01-25.
  4. 1 2 3 4 (az.). yasamalheydereliyev.merkezi.az https://web.archive.org/web/20200718115847/http://yasamalheydereliyev.merkezi.az/about/ (#bare_url_missing_title). Archived from the original on 2020-07-18. İstifadə tarixi: 12 oktyabr 2022.
  5. "Qaradağ rayon Heydər Əliyev Mərkəzi" (az.). https://kataloq.gomap.az. Archived from the original on 2022-11-02.
  6. 1 2 3 "Heydər Əliyev Mərkəzi" (az.). http://qaradagheydereliyev.merkezi.az/. Archived from the original on 2022-10-13. İstifadə tarixi: 12 oktyabr 2022.
  7. 1 2 3 4 "Heydər Əliyev Muzeyi" (Azərbaycan). dmfa.nakhchivan.az. 6-7-2011 tarixində arxivləşdirilib.
  8. 1 2 Sübhi Kəngərli. "Naxçıvanda Heydər Əliyev muzeyi" (Azərbaycan). www.anl.az. 8-9-2018 tarixində arxivləşdirilib.
  9. 1 2 "Naxçıvanda Heydər Əliyev muzeyi" (Azərbaycan). www.anl.az. 8-9-2018 tarixində arxivləşdirilib.
  10. 1 2 3 4 "Gəncə Şəhər Heydər Əliyev Mərkəzi" (az.). https://kataloq.gomap.az/. Archived from the original on 2022-11-02.
  11. 1 2 3 "Şəki Rayon Heydər Əliyev Mərkəzi" (az.). https://kataloq.gomap.az. Archived from the original on 2023-02-21.
  12. 1 2 "Şəkidə Heydər Əliyev Mərkəzinin açılışı olub" (az.). https://azertag.az. 21.02.2023 tarixində arxivləşdirilib.
  13. "Heydər Əliyev Mərkəzi" (az.). http://www.yardimli-ih.gov.az. Archived from the original on 2022-10-19. İstifadə tarixi: 15 oktyabr 2022.
  14. 1 2 "Heydər Əliyev Mərkəzi" (az.). https://az.trend.az. 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2022.
  15. 1 2 "Tovuz Rayon Heydər Əliyev Mərkəzi" (az.). https://kataloq.gomap.az. Archived from the original on 2022-11-29. İstifadə tarixi: 28 noyabr 2022.
  16. "Qaxda Heydər Əliyev Mərkəzinin açılışı olub" (az.). https://az.trend.az. 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2022.
  17. "Qax Rayon Heydər Əliyev Mərkəzi" (az.). https://kataloq.gomap.az. 2022-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2022.
  18. "Xaçmazın Heydər Əliyev Mərkəzi" (az.). https://shimal.news. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2022.
  19. Xalq qəzeti.- Xaçmaz: müstəqillik illərinin uğurları.-13 oktyabr 2016
  20. Nizami Xudiyev. Xaçmaz: görüşlər, düşüncələr. Bakı-2014
  21. "Xaçmazın Heydər Əliyev Mərkəzi" (az.). https://kataloq.gomap.az. Archived from the original on 2022-11-29. İstifadə tarixi: 28 noyabr 2022.
  22. "Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi" (az.). ttps://kataloq.gomap.az. Archived from the original on 2023-01-24.
  23. 1 2 3 "Quba Rayon Heydər Əliyev Mərkəzi" (az.). https://kataloq.gomap.az. Archived from the original on 2023-01-26.
  24. "İlham Əliyev Qubada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir" (az.). https://president.az. Archived from the original on 2023-01-27.
  25. "Heydər Əliyev Mərkəzi" (az.). http://qebele-ih.gov.az. Archived from the original on 2023-02-20. İstifadə tarixi: 20 fev 2023.
  26. "Qəbələ Rayon Heydər Əliyev Mərkəzi" (az.). https://kataloq.gomap.az. Archived from the original on 2023-02-20. İstifadə tarixi: 20 fev 2023.
  27. 1 2 3 "ASTARA HEYDƏR ƏLİYEV MƏRKƏZİ HAQQINDA MƏLUMAT" (az.). http://heydaraliyevmerkezi.astara-ih.gov.az. 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.01.2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]