Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. (mart 2024) |
Heydər Əliyev Muzeyi — Göyçay rayonunda Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən muzey .[3][1]
Heydər Əliyev Muzeyi | |
---|---|
Əsası qoyulub | 2005[1] |
Açılış tarixi | 2007[2] |
Mövzu | bioqrafik |
Ölkə | Azərbaycan |
Yerləşir | Göyçay rayonu |
Ünvan | Heydər Əliyev, 102, Göyçay, AZ2300 |
Kolleksiyası | 518[3] |
Muzeyə yetişmək | Göyçay |
Telefon | Tel.: (+994 2027) 4-09-11, (+994 2027) 4-62-23 |
40°39′11″ şm. e. 47°44′26″ ş. u. |
Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.[3]
Azərbaycanda Heydər Əliyev muzeylərinin təşəbbüskarı və yaradıcılarından biri Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova olmuşdur.[2]
Heydər Əliyev muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini, onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını nəzərə alaraq, habelə yerlərdən daxil olan çoxsaylı müraciətlərə əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Heydər Əliyev Muzeyləri mərkəz adlandırılmışdır.[4]
Göyçay rayon Heydər Əliyev Muzeyi 2007-ci ildən fəaliyyətə başlamışdır. Heydər Əliyev Muzeyi Mədəniyyət və Turizm Nazirinin 24.01.2012-ci il tarixli 19 nömrəli əmrinə əsasən Heydər Əliyev Mərkəzi adlandırılmışdır. Göyçay rayon Heydər Əliyev Mərkəzi 2009-cu ildə tikilib, 2010-cu il fevralın 12-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olmuşdur. Mərkəz iki mərtəbədən ibarət olaraq 3200 m²-lik sahəni əhatə edir. Mərkəzin həyətyanı sahəsi isə 1,5 ha-dır. Mərkəzdə 310 nəfərlik iclas zalı, 1 konfrans zalı,12 inzibati otaq və yardımçı otaqlar mövcuddur. Mərkəzdə 518 eksponat cəmlənmişdir. Bunlardan 302-si fotoşəkil, 182-si kitab, 32-si sənəd, 2-si isə heykəltaraşlıq nümunəsidir. Mərkəzdə rəsm, tarix, ədəbiyyat, xarici dil öyrənmə, şahmat dərnəkləri, kitabxana fəaliyyət göstərir. Həmçinin multi-media, virtual siniflər mövcuddur. Mərkəzin ekspozisiya sahəsi 300 m2-i əhatə edir. Burada Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 215 ədəd eksponat sərgilənir.[3]
Heydər Əliyev mərkəzinin qarşısında isə uzunluğu 40 m, hündürlüyü 6 m olan şəlalə-fəvvarə kompleksi yaradılmışdır.[2]
Muzey-kompleks rayonun daxili imkanları hesabına tikilib. "Göyçay Təmir-Tikinti" MMC tərəfindən milli arxitektura üslubunda inşa edilmişdir.[1]