Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. (mart 2024) |
Heydər Əliyev Muzeyi — Gəncə şəhərində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən muzey .[1][2][3]
Heydər Əliyev Muzeyi | |
---|---|
Əsası qoyulub | 2014 |
Açılış tarixi | 2014-cü il 21 yanvar |
Mövzu | bioqrafik |
Ölkə | Azərbaycan |
Yerləşir | Gəncə |
Ünvan | Nizami Gəncəvi, 535, Gəncə, AZ2024 |
Muzeyə yetişmək | Gəncə |
Telefon | (+994 222) 64-01-49 |
40°40′58″ şm. e. 46°21′38″ ş. u. | |
heydaraliyev-centers.az/… |
Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.[4]
Azərbaycanda Heydər Əliyev muzeylərinin təşəbbüskarı və yaradıcılarından biri Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova olmuşdur.[4]
Heydər Əliyev muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini, onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını nəzərə alaraq, habelə yerlərdən daxil olan çoxsaylı müraciətlərə əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Heydər Əliyev Muzeyləri mərkəz adlandırılmışdır.[5]
Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin I mərtəbəsində Ümumilli liderin həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən xatirə muzeyi yerləşir. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri əks olunmuşdur. Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993–2003-cü illərdə həyata keçirdiyi layihələr, o cümlədən ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara muzeydə geniş yer verilib. Burada ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir. Ümumilikdə muzeydə Ulu Öndərin həyat və fəaliyyətinin bütün mərhələləri əks olunub.