Heydər Əliyev və klassik irs (monoqrafiya)

Heydər Əliyev və klassik irsƏlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimlinin monoqrafiyası.[1]

Heydər Əliyev və klassik irs
“Heydər Əliyev və klassik irs” kitabının üz qabığı
“Heydər Əliyev və klassik irs” kitabının üz qabığı
Müəllif Teymur Kərimli
Orijinalın dili Azərbaycan dili
Ölkələr Azərbaycan Azərbaycan
Nəşriyyat Elm və təhsil
Nəşr 2023
Cild 300 (I cild),
Tiraj 300
ISBN 9789952568202

Ümumi məlumat və məzmunu[redaktə | mənbəni redaktə et]

AMEA-nın Rəyasət Heyəti və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının müvafiq qərarları ilə akademik Teymur Kərimlinin çapdan çıxıb. Yeni nəşrin elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, redaktoru Əlyazmalar İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.[2]

Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli monoqrafiyada Ulu Öndər Heydər Əliyevin Azərbaycan klassik irsinə sevgi və qayğısından, bu irsin öyrənilməsi, tədqiqi və təbliği istiqamətindəki unudulmaz fəaliyyətindən bəhs edib. Kitabda Heydər Əliyevin müxtəlif səviyyəli dövlət tədbirlərindəki çıxışlarından, ziyalılarla görüşlərində səslənən nitqlərindən, imzaladığı mühüm fərman və sərəncamlarından nümunələr gətirilərək onun klassik mədəni irsimizin böyük hamisi olduğu diqqətə çatdırılıb. Həmçinin monoqrafiyada Ulu Öndərin Azərbaycan yazılı abidələrinə, xüsusilə əlyazma irsimizə qayğısı, onun Respublika Əlyazmalar Fondunun xüsusi elmi-tədqiqat institutu statusu almasında və müəssisənin maddi-texniki bazasının yüksəldilməsindəki rolu və başqa xidmətləri vurğulanıb.

Yüksək paleoqrafik keyfiyyətdə nəşr olunan kitabda böyük tarixi şəxsiyyət, dünyaşöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin həm sovet, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dönəmdə Əlyazmalar İnstitutuna gəlişini və “Kitabi-Dədə Qorqud” dastanının Drezden nüsxəsinin faksimilesini hədiyyə etməsini əks etdirən nadir fotolar, akademik Teymur Kərimlinin Ulu Öndərin anadan olmasının 98-ci ildönümünə həsr etdiyi “Heydər doğulub” başlıqlı qəzəli də yer alıb.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. “Heydər Əliyev və klassik irs” monoqrafiyası çapdan çıxıb
  2. "AMEA Rəyasət Heyəti və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının müvafiq qərarları ilə akademik Teymur Kərimlinin "Heydər Əliyev və klassik irs" adlı monoqrafiyası çapdan çıxıb". 2023-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-02.
  3. ""Heydər Əliyev və klassik irs" monoqrafiyası nəşr olunub". 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-02.