Heydər Kamal oğlu Piriyev (17 sentyabr 1959 və ya 1 sentyabr 1959, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı,[1] Milli Müdafiə Universitetinin sabiq[2] rektoru, Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni laureatı (2020).
Heydər Piriyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 sentyabr 1959 (65 yaş) və ya 1 sentyabr 1959 (65 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1980-ci ildən |
Rütbəsi |
General-leytenant |
Döyüşlər |
Qarabağ müharibəsi İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Heydər Kamal oğlu Piriyev 1 sentyabr 1959-cu ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub. 1974–1976-cı illərdə Bakı şəhərində 1 №-li fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil almışdır.
1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olmuşdur.
Ailəlidir, 1 oğlu var.
1976–1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb.
1980–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib.
1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev tərəfindən 2003-cü ildə ona general-mayor rütbəsi verilmişdir.[3]
2002–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət etmişdir.
2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir.[4]
2022-ci ilin iyun ayında o, Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.[5]
2024-cü il 12 yanvar vəzifəsindən azad edilmişdir.[6]
1992–1994-cü illərdə Birinci Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur.
SSRİ
Azərbaycan Respublikası
Qırğızıstan Respublikası