Heydərbəy[2], (1940–cı ildən) Sverdlov[3] (erm. Սվերդլով) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həmçinin Aydarbeq və ya Haydarbeq kimi qeyd edilir.[4] 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Sverdlov bələdiyyəsi"ni (erm. Սվերդլով համայնքի) təşkil edir.[5][6] 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 1.033 nəfərdir.[7]
Heydərbəy | |
---|---|
41°06′ şm. e. 44°24′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.500 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Heydərbəy — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 4 nəfər, 1886-cı ildə 16 nəfər, 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s.78-79, 148-149). XX əsrin əvəllərində, 1906-cı ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Toponim şəxs adı (Heydərbəy) əsasında əmələ gəlmişdir. Yəni kənd Heydər bəy tərəfindən salındığı üçün Heydərbəy kəndi adlandırılmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.VI.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sverdlov qoyulmuşdur.
Just N of Stepanavan, a road angles NE toward Bovadzor (170 v., formerly Maksim Gorki), Urut (819 v.)and Sverdlov (693 v., till 1940 Haydarbek, renamed for the Bolshevik leader).