Heyli Arzuməhvedən Smit-Fişer (ing. Hayley Dream-Smasher Smith-Fischer) — Amerikan ata! televiziya serialında Sten və Fransin Smitin qızı. Serialın yaradıcısı Set Makfarleynin bacısı Reyçel Makfarleyn tərəfindən səsləndirilib.
Heyli Dream-Smasher (Arzuməhvedən) Smit-Fişer | |
---|---|
Hayley Dream-Smasher Smith-Fischer | |
Yaradan | Set Makfarleyn |
Əsər | Amerikan ata! |
Canlandıran | Reyçel Makfarleyn |
Məlumat | |
Cinsi | Qadın |
Doğum tarixi | 8 avqust 1987 (37 yaş) |
Yaşı | 18-19 |
Boyu | boyu Fransindən alçaqdır |
Milliyyəti | amerikalı |
Dini inancı | Ateist |
Siyasi baxışı | Ultra-liberal |
Peşəsi | university student[d] |
Heyli bütün serialarda başının alın nahiyyəsində çəhrayi güllərlə bəzədilmiş yaşıl rəngli hippi bandajı gəzdirir (hayrat bandajı). Onun orta uzunluqda qara saçları var, boynunda isə "Pasifik" işarəsi olan zənciri, göbəyində isə qızıl üzük formasında pirsinqi var. Geyiminə gəldikdə isə, o çox vaxt boz rəngli kofta və tünd mavi cins geyinir və şalvarın üstündən ağ rəngli kəmər taxır. Ayaqlarında həmişə qəhvəyi sandal ayaqqabılar olur.
Heyli — müasir amerikan gənclərinin tipik nümayəndəsidir. O özündən başqa hər kəsə çox tələbkardır. O özündən başqa digərlərinin şəxsi fikirlərini və yanaşmalarını qəbul etmir. O özünü artıq böyümüş, bütün hüquqlara malik bir insan kimi görür. Atası Steni və qardaşı Stivi sevməyən Heyli hiddətli ultra-liberaldır.[1] "Stan Knows Best" epizodunda, yürüş və mitinqlərdə iştirak etmək məqsədilə Heyli "Yaşıllar Partiyasına" üzv olur və öz saçlarını yaşıl rəngə boyayır. Amma düzü, həmin axşam Sten xüsusi əməliyyat keçirir, mitinq üzvlərini qovur, Heylinin isə saçlarını qırxır, lakin bu Heylini dayandırmır. Heyli həmişə kimsəsiz və evsizlərə yardım etməyə çalışır, o həmçinin 1968-ci ilin Silah üzrə nəzarət qanununu dəstəkləyir və marixuana çəkir.[2] Təəssürat yaranır ki, Heyli nəinki feminist düşüncəlidir, o Amerikada qadının rolu mövzusunda bir ekspertdir. O səylə "qadın hüququ" problemini kütlələrə çatdırmağa gücünü sərf edir. Ancaq bunlar onun atasının düşüncələrinin tam əksidir və elə buna görə də onlar arasında tez-tez dava yaranır. Uşaqlıqda Heyli vaxtının çoxunu atası ilə keçirərdi; onlar birgə gitarada çalır və havaya çərpələng buraxardılar. Sten onu noxud yeməyə məcbur edirdi və bunu Bill Klintonun cinsi təcavüzündən xilas etmək üçün etdiyini anladırdı. Heyli hələ də öz valideynləri ilə birgə yaşayır və yerli "Groff" bələdiyyə kollecində təhsil alır.[1] As a college student, Hayley also minors in women's history[3] O ailə üzvlərinə kinlə yanaşır, xüsusən də öz kiçik qardaşına.
Bir dəfə Frensin və Sten bir illik Praqaya gedirlər (Frensin orada özünün köhnə arzusunu yerinə yetirmək — yəni Corc Klunini məhv etmək üçün). Heyli bu vaxt evdə güclü xəstələnir (deyəsən xərçənginin bir formasına), bu da kimyəvi terapiya ilə müalicə tələb edirdi. Bacısın xəstəliyindən istifadə edərək, Stiv və Rocer tərbiyə məqsədilə götürdükləri uşaqları özlərinə güclə tabe etdilər. Heyli özünə və tanrıya and içdi ki, əgər o sağalsa, o Rocerin və qardaşının planlarını alt-üst edəcək. Sonradan o doğrudan da sağalır və öz gisasını alır.
"Roger Codger" epizodunda Heyli kainat haqqında ateist fikirləri qəbul edir. O tanrının olmadığını bildirir. Lakin əvvəlki epizodlarda, Fransin ateist olacağını bildirərkən, Heyli onu bu addımdan daşındırmağa çalışırdı. Buna görə də, Heylinin tamamilə ateist olub-olmadığı məlum deyil.
Oliver Notun qızılları haqqda serialda məlum olur ki, əslində Heylinin ikinci adı Oblaminqodur. Çünki öz həyata gəlməsi ilə atasına Oliver Notun qızıllarını axtarmaqda mane olmuşdu.