Hibbonlar (lat. Hylobatidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin quruburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Hibbonlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Qranddəstə: Mirdəstə: Dəstə: Yarımdəstə: İnfradəstə: Parvdəstə: Fəsiləüstü: Fəsilə: Hibbonlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ön ətrafları qeyri-adi dərəcədə uzun olub açılmış halda 2 metrədəkdir. Quyruğu və ovurd kisələri yoxdur. Oturaq döyənəkləri kiçikdir. İki cinsi: 6 növdən ibarət əsl hibbonlar (hylobates) və daha iri 1 növü olan (symphalangus syndactylus) siamanqlar, yaxud pəncəsinin 2-ci və 3-cü barmaqları dəri pərdə ilə bitişmiş bitişikbarmaqlılar (symphalangus) var. Bədəninin uzunluğu 40-64 sm, çəkisi 4-12,5 kq olur. Cinsi dimorfizm zəifdir. Tükü sıxdır; rəngi boz, yaxud sarımtıl-qonurdan qaraya qədər dəyişə bilir. Vətəni Cənubi Çin, Hind-Çin, Sumatra, Yava, Kalimantan adalarıdır. Boğazlıq dövrü 210-235 gündür. Cinsi yetkinliyə 5-10 yaşında çatır. 30-35 il yaşayır.[3]