Hibrid müharibəsi (ing. hybrid warfare) - təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara dəstək verən müharibə növüdür.[1] Eyni zamanda, bu müharibə növündə hərbi əməliyyatlar ümumiyyətlə aparılmaya bilər və rəsmi nöqteyi-nəzərdən sülh dövründə hibrid müharibəsi davam edə bilər.[2]
Təcavüzkar bu hərəkətlərin strateji əlaqələndirilməsini həyata keçirir, eyni zamanda münaqişədə iştirakını inkar etmə ehtimalını saxlayır. XX əsrin sonu - XXI əsrin əvvəllərindəki hibrid müharibələrinin klassik nümunəsi kimi Əfqanıstandakı müharibələr (SSRİ-nin Əfqanıstan müharibəsinin başlanğıc dövründəki hərəkətləri (1979-1989), həmçinin ABŞ, Pakistan, Çin və digər dövlətlərin mücahidlərə dəstək verməsi və Talibana qarşı silahlı mübarizə zamanı etdiyi hərəkətlər) göstərilir.[1] Hibrid müharibəsindən əvvəl asimmetrik müharibə ola bilər. Üsyançıların döyüş bacarıqları böyüdükcə asimmetrik müharibə hibrid müharibəyə çevrilə bilər. Belə ki, N. Popesku hesab edir ki, 2000-ci ildə "Hizbullah"ın İsrail ordusuna qarşı hərəkətləri artıq hibrid müharibəsinin bir variantı idi.
Hibrid müharibənin müntəzəm ("simmetrik") döyüş əməliyyatlarını asimmetrik müharibələrin elementləri ilə birləşdirən müharibə kimi başqa bir tərifi də var. Məsələn, C.Mak Kuin[3] hibrid müharibəni "simmetrik və asimmetrik müharibələrin birləşməsi" olaraq izah edir. Belə izah ilə problem göz qabağındadır: Mak Kuin bu təriflə "bütün müharibələrin potensial hibrid olduğunu" etiraf etməyə məcburdur.
F.Hoffman[4] daha dəqiq izah verir: hibrid müharibələrdə asimmetrik komponent şərti döyüşlərdən fərqli olaraq döyüş bölgəsində həlledici əməliyyat əhəmiyyəti daşıyır, burada asimmetrik oyunçuların (məsələn, partizanların) rolu təhlükəsizliyi qorumaq üçün düşmən qüvvələrini yönləndirməkdir. Gələcəkdə bu izahlar arasında qarışıqlığın qarşısını almaq üçün Hoffman, asimmetrik komponentin məqsədinin düşmən qüvvələrini əsas müharibə teatrından uzaqlaşdırmaq və komanda və nəzarətdə çətinliklər yaratmaq üçün müharibələrə "kombinə edilmiş (birləşmiş) müharibə"[5] ifadəsini istifadə etməyi təklif edir. P.Mansur belə bir bölgünü dəstəkləmir.[6]
Hibrid müharibənin xarakteri təcavüzkarın uzun müddət düşmənə qarşı strateji səbrini sınamaqla uzun müddət düşmənçilik hərəkətləri etməyə imkan verir - ümumiyyətlə vaxt hibrid müharibə metodlarından istifadə edərək tərəfin xeyrinə oynayır. Bu təsir, xüsusilə düşmən ərazidə hibrid müharibəsində iştirak edən nizamlı bir ordunun vəziyyətində hiss olunur. Ərəbistanlı Laurens ərəb üsyanı ilə əlaqədar olaraq qeyd edirdi ki: "Yalnız müharibə kifayət qədər davam etsə, sonda qələbəyə çatmaq mümkündür."[7]
Hibrid müharibələri qədim dövrlərdən bəri məlum idi, baxmayaraq ki, o dövrdə texnologiyalar təmamən fərqli idi: məsələn, Popesku qədim zamanlarda quyuların zəhərlənməsi kimi hibrid müharibəsi üsullarına istinad edir. O, cümlədən şəhər müdafiəçilərinə rüşvət verdilər ki, qalanın qapılarını açsınlar.[1]
Daha bir maraqlı tarixi nümunə isə Mənsur[6] tərəfindən göstərilir. Belə ki, eramızdan əvvəl V əsrdə Peloponnes müharibəsində spartalıların zəif nöqtəsi qiyamların qarşısını almaq üçün Lakoniya və Messeniyada əhəmiyyətli hərbi qüvvələrin saxlanılmasını tələb edən kölə-ilotlar idi. İlotların Pilosa qaçışı və qiyam qorxusu spartalıları danışıqlara getməyə məcbur etmişdi.
Myurey və Mənsur tərəfindən redaktə olunan kollektiv müəlliflərdən ibarət kitabda antik dövrdən XX əsrin ikinci yarısına qədər hibrid müharibələrinin doqquz nümunəsini təhlil edirlər:
1. Romalıların Alman torpaqlarını istila etməsi.
2. Doqquz illik müharibə (1594-1603-cü illərdə ingilislərin İrlandiyada üsyanı yatırması).
3. Amerika inqilabı.
4. Pireney müharibələri.
5. ABŞ-da vətəndaş müharibəsi.
6. Fransa–Prussiya müharibəsi.
7. Böyük oyun.
8. Çin-yapon müharibəsi (1937—1945).