Hida (şəhər)

Hida (飛騨市, Hida-shi?)Yaponiyanın Gifu prefekturasının şimalında yerləşən şəhər. Şəhər adının qədim Hida vilayətindən almışdır. Hida şəhəri Hida vilayətinin mərkəzi idi.

Hida
yap.
Bayraq
Bayraq
36°14′18″ şm. e. 137°11′10″ ş. u.HGYO
Ölkə  Yaponiya
Region [[Çubu regionu]]
Prefektura [[Gifu prefekturası]]
Mer Hisanori İno
Tarixi və coğrafiyası
Əsası qoyulub 1 fevral 2004
Sahəsi 792,31 km²
Saat qurşağı UTC+9
Əhalisi
Əhalisi 24 774 nəfər (2015)
Sıxlığı 31 nəf./km²
Milli tərkibi yaponlar
Rəsmi dili yapon dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 509-4292
Digər
city.hida.gifu.jp  (yap.)
Xəritəni göstər/gizlə
Hida xəritədə
Hida
Hida
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin kandzi yazılışı 飛驒 şəklindədir və amma şəhər adının yazılışında qədim 騨 simvolundan istifadə olunur. 驒 simvolu rəsmi siyahıda göstərilmədiyindən, şəhərdən xaricdə 騨 simvolundan istifadə olunur.

2015-ci ilin məlumatına görə şəhərin əhalisi 24.774 nəfərdir,[1] hər km² ərazidə 31 nəfər yaşayır. Şəhərin sahəsi 792,31 km²-dir.

Hida-Furukava stansiyası.

Müasir Hida şəhəri 1 fevral 2004-cü ildə Furukava və Kamioka şəhərlərinin, Kavai və Miyaqava qəsəbələrinin (hamısı keçmiş Yosiki qəzasının tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaradılmışdır.

Hida şəhəri Hida yaylasının şimalında yerləşir. Şəhər coğrafi nəzərdən iki bölgəyə ayrılır: şərq və qərb. Şərq hissədə Takahara çayı, qərb hissədə Miya çayı axır (hər iki çay Dzinju çay sisteminə daxildirlər). Dağlıq region hər iki hissəni bir-birindən ayırır və əhali çay vadilərində məskunlaşmışdır.

Şəhərin sərhədləri meşə ilə örtülüb. Burada hündürlüyü 305 metrdən yüksək olan dağ zirvələri yerləşir. Dağlar əsasən Hida dağları sisteminə aiddirlər.

Şəhər iqtisadiyyatı ənənəvi yapon malları olan sake və yapon şamı istehsalı üzərində qurulmuşdur. Furukava bölgəsi öz bacarığına görə daha çox tanınır. Kamioka bölgəsi sake istehsalında daha irəlidədir.

Şəhərdə Furukava festivalı keçirilir. Bu festival Gifu prefekturasında keçirilən ən məşhur festivaldır və hər ilin aprelində baş tutur.

Hida şəhərinin Gifu prefekturasında yerləşməsi

Central Japan Railway Company Hida şəhərində Takayama xəttinə bağlı olan 7 stansiyaya nəzarət edir. Şəhərin əsas stansiyası Hida-Furukava stansiyasıdır. Digər 6 stansiyası Hida-Furukava stansiyasının şimalı boyunca uzanır: Suqisaki, Hida-Hoso, Tsuqonava, Sakakami, Utsubo və Suqihara stansiyaları.

Şəhərdən keçən əsas sürətli avtomagistral Tokai-Hokuriku sürətli avtomagistralıdır. Bu avtomagistal Naqoya və Gifu ilə Toyama şəhərlərini əlaqələndirir. Şəhərdən 4 milli avtomagistal keçir: 41, 360, 471 və 472.

Qonşu coğrafi obyektlər

[redaktə | mənbəni redaktə et]
  1. "岐阜県の人口・世帯数人口動態統計調査結果". Gifu prefectural website (Japanese). Gifu Prefecture. October 10, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 11, 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]