Hiyoşi məbədi (日吉大社, Hiyoşi-tayşa?) – Yaponiyanın Şiqa prefekturasının Otsu şəhərində yerləşən şintoist məbədi. İkinci dünya müharibəsindən əvvəl Hie məbədi (日枝大社, Hie-tayşa?) kimi tanınırdı.
Şintoizm | |
Hiyoşi məbədi (日吉大社?) | |
---|---|
Din | |
Həsr olunub | Oyamakui, Onamuçi |
Festivalları | 12–15 aprel |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Prefektura | Şiqa prefekturası |
Şəhər | Otsu |
Memarlıq | |
İnşa tarixi | e.ə. 61 |
Üslubu | hiyoşi-zukuri və şotay-zukuri |
|
|
Saytı | |
hiyoshitaisha.jp | |
Şintoizm terminologiyası |
Məbəd iki hissədən ibarətdir: Şərq məbədi və Qərb məbədi. Bu iki məbəd Yaponiyanın milli xəzinəsi statusuna malikdir.
Şərq məbədi e.ə. 61-ci ildə qurulmuşdur.[1] İmperator Tenci 668-ci ildə paytaxtı Otsu şəhərinə köçürdükdən sonra imperator ailəsinin və Yamato sarayının qoruyucusu hesab olunan Omiva məbədinin kamisi Onamuçi üçün Qərb məbədini tikdirmişdir.[1]
Buddizmin Tenday sektasının qurucusu Sayço 788-ci ildə Hiey dağında Enryaku məbədini qurduqdan sonra Hiyoşi məbədi bu məbədin qoruyucusu hesab olunmağa və tez-tez onunla assosiasiya edilməyə başlamışdır.[1] Hiyoşi məbədinin bir çox davamçı məbədi tikilmişdir və onların arasında 21 böyük məbəd "Sannonun 21 məbədi" adı ilə tanınmışdır.[1]
XIII–XVI əsrlərdə Hiyoşi məbədi güclü məbəd kimi tanınmış və məbədin akolitləri Hiey dağının döyüşçü-keşişləri ilə birlikdə siyasi cəhətdən güclü olan qrup formalaşdırmışdırlar.[1] Məbəd XVI əsrdə Toyotomi Hideyoşi tərəfindən yenidən inşa edilmişdir.[1]
Hiyoşi məbədi Yaponiya yerləşən 3800-dən çox Hie Sanno məbədinin mərkəzi məbədi hesab olunur.[2] Məbəd iki hissədən ibarətdir: Şərq məbədi (東西本宮, Hiqaşi-honqu?) Hiey dağının ilahı hesab olunan kami Oyamakuiyə, Qərb məbədi (西本宮, Nişi-honqu?) isə Nara prefekturasındakı Miva dağının ilahı hesab olunan Onamuçiyə həsr edilmişdir.[2] Şərq və Qərb məbədləri hiyoşi-zukuri və şotay-zukuri adlı unikal memarlıq üslublarına görə tanınır.[2] Bu iki məbəd Yaponiyanın milli xəzinəsi statusuna malikdir.[2]
Məbədin illik festivalı 12–15 aprel tarixlərində baş tutur.[2]