Hindistan–Pakistan münasibətləri

Hindistan–Pakistan münasibətləriHindistan RespublikasıPakistan İslam Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər.

Hindistan–Pakistan münasibətləri
Pakistan və Hindistan
 Pakistan  Hindistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İki dövlət arasındakı münasibətlər bir neçə tarixi və siyasi hadisələrə görə çox gərgin olmuşdur. Hər iki ölkə 1947-ci ilə qədər Britaniya Hindistanının tərkibində olmuşdur. Elə həmin il dövlətlərin müstəqillik əldə etməsindən sonra tərəflər arasında Kəşmir münaqişəsi başlamışdır. Əhalisinin əksər hissəsi müsəlmanlardan ibarət olan Şimali Hindistan və Pakistanı linqva franka (PəncabHind dilləri) və Böyük Moğol İmperiyası dövründən miras qalmış oxşar mədəniyyətlər birləşdirirdi.

1947-ci ildə Britaniya Hindistanı parçalandıqdan sonra həmin ərazidə iki suveren dövlət olan Hindistan dominionu və Pakistan dominionunun əsası qoyuldu. Bu parçalanma 12.5 milyon insanın daimi yaşayış yerini dəyişməsi ilə nəticələndi. Müstəqillik əldə etdikdən qısa müddət sonra həm Hindistan, həm də Pakistan tərəfi özünü dünyəvi dövlət elan etdi. Sonradan Pakistanda İslam dini dövlət dini elan olunsa da, konstitusiya bütün dinlərə sitayiş edən insanlara azadlığı təmin edirdi.[1]

Müstəqillik qazandıqdan sonra Hindistan və Pakistan arasında üç genişmiqyaslı müharibə, bir elan olunmamış müharibə və bir çox sərhəd toqquşmaları baş vermişdir. 1971-ci ildə baş vermiş Üçüncü Hindistan-Pakistan müharibəsiBanqladeş istiqlal müharibəsi istisna olmaqla qalan bütün münaqişələrin mərkəzində isə Kəşmir məsələsi dayanırdı.

Müharibələrə baxmayaraq, iki dövlət arasındakı münasibətlərin normallaşdırılması məqsədilə bir neçə görüş baş tutmuşdur. Bu cür görüşlərə Şimla, Aqra və Lahor sammitləri daxildir. 1980-ci illərin əvvəllərindən etibarən Siaçen münaqişəsinin başlanması, 1989-cu ildə Kəşmir bölgəsinə edilmiş hücumlar, 1998-ci ildə hər iki tərəfin həyata keçirdiyi nüvə sınaqları və 1999-cu ildə baş vermiş Kargil müharibəsi münasibətləri daha da pisləşdirdi.[2] 2001-ci ildə Hindistan Parlamentinə baş tutmuş hücum aktı iki dövləti nüvə müharibəsinin eşiyinə gətirdi.

2016-cı ilin sentyabrında Hindistanın nəzarəti altında olan Kəşmir bölgəsinin Uri şəhərində yerləşən hərbi bazaya edilən hücum nəticəsində 19 nəfər Hindistan hərbçisi həlak olmuşdur. Hindistan tərəfi bu hücumun Pakistanın dəstəklədiyi silahlı birləşmələr tərəfindən həyata keçirildiyini birtərəfli olaraq bəyan etsə də, Pakistan hökuməti bu ittihamı qəbul etməmişdir. 2016-cı ilin dekabr ayına olan məlumata əsasən təmas xəttindəki gərginlik davam edirdi.[3][4]

2010-cu illərin əvvəllərində hər iki dövlətdə yeni hökumətin seçilməsi ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə şərait yaratmışdır.[5] 2015-ci ilin noyabrında Hindistanın Baş Naziri Narendra Modi və Pakistanın Baş Naziri Nəvaz Şərif ikitərəfli əlaqələrin bərpa olunması barədə razılığa gəlmişdir.[6]

  1. http://www.censusindia.gov.in/Census_Data_2001/India_at_glance/religion.aspx Arxivləşdirilib 2017-11-23 at the Wayback Machine Census of Indian: Religious Composition
  2. "Pakistan acknowledges surviving Mumbai gunman is a Pakistani". latimes. 2009-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-27.
  3. Ankit Panda, "Gurdaspur, Pathankot, and Now Uri: What Are India's Options?", The Diplomat, 19 sentyabr 2016, 2018-11-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 27 noyabr 2017
  4. Geeta Anand, Hari Kumar, "Militants Attack Indian Army Base in Nagrota, Inflaming Tensions With Pakistan", The New York Times, 29 noyabr 2016, 2016-12-01 tarixində arxivləşdirilib, İstifadə tarixi: 27 noyabr 2017
  5. "Non-discriminatory market access: Pakistan, India all but sign trade normalisation deal". The Express Tribune. 15 mart 2014. 2018-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-27.
  6. Suhasini Haidar. "3 minutes that changed India-Pak ties". The Hindu. 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]