Mian Məhəmməd Nəvaz Şərif (pənc. میاں محمد نواز شریف, 25 dekabr 1949[1][2][…], Lahor, Pakistan dominionu) 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının Baş naziri olmuş pakistanlı biznes maqnatı və siyasi xadim. O, buna qədər iki dəfə (1990–93 və 1997–99-cu illərdə) bu vəzifəni icra etmiş, 1985-ci ildən 1990-cı ilə qədər isə Pəncab əyalətinin baş naziri olmuşdur. Pakistan tarixində ən uzun müddət baş nazir vəzifəsində xidmət etmiş şəxsdir.[3]
Nəvaz Şərif | |
---|---|
نواز شریف | |
Pakistan İslam Respublikasının 12-ci 14-cü 20-ci Baş naziri | |
6 noyabr 1990 – 18 iyul 1993 | |
Prezident | Qulam İshaq Xan |
Əvvəlki | Qulam Mustafa Jatoi |
Sonrakı | Moenəddin Əhməd Qureyşi |
17 fevral 1997 – 12 oktyabr 1999 | |
Prezident | Faruk Leqhari Vasim Səccad Rafiq Tarar |
Əvvəlki | Malik Merac Xalid |
Sonrakı | Pərviz Müşərrəf |
6 noyabr 1990 – 18 iyul 1993 | |
Prezident | Asif Əli Zərdari Məmnun Hüseyn |
Əvvəlki | Mir Xəzər Xan Xoso |
Sonrakı | Şahid Xaqan Abbasi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lahor, Pakistan |
Milliyyəti | Pakistan |
Partiya | Pakistan Müsəlman Liqası |
Təhsili | Pəncab Universiteti |
Fəaliyyəti | Pakistan Baş naziri, sahibkar, vəkil |
Atası | Məhəmməd Şərif |
Həyat yoldaşı | Gülsüm Nəvaz Şərif |
Uşağı | 4 |
Dini | İslam |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Nəvaz Şərif Lahor şəhərində Şərif ailəsində anadan olmuşdur. Atası "İttifaq" və "Şərif Group" şirkətlərinin sahibi olan Məhəmməd Şərif ölkədə məşhur biznesmen olmuşdur. Pakistan Seçki Komissiyasının verdiyi məlumata əsasən Nəvaz Şərifin şəxsi gəliri 15 milyon ABŞ dolları həcmindədir. Şərif Lahorda yerləşən Dövlət Kollecində və Pəncab Universitetində təhsil aldıqdan sonra 1970-ci illərin sonlarında siyasətə daxil olmuşdur. O, 1981-ci ildə Ziya ül Həqq tərəfindən Pəncab əyalətinin Maliyyə naziri vəzifəsinə təyin olunmuşdur. 1985-ci ildə mühafizəkarlar koalisiyası tərəfindən dəstəklənmiş və Pəncab əyalətinin baş naziri vəzifəsinə təyin olunmuşdur.
Şərif ilk baş nazirliyi dövründə o dövrkü prezident Qulam İshaq Xan tərəfindən korrupsiyada şübhəli bilinərək vəzifədən azad edilmişdir.[4][5] Lakin, Pakistan Ali Məhkəməsi onun günahsız olması barədə qərar qəbul etmişdir. O, hakimiyyətdə olduğu ikinci dövr ərzində 1998-ci ildə general Cahangir Karamatı ordu komandiri vəzifəsindən azad etmiş və onu Pərviz Müşərrəflə əvəz etmişdir.[6] Buna baxmayaraq, Kargil müharibəsi onun Müşərrəflə əlaqələrinin pisləşməsinə səbəb oldu. 12 oktyabr 1999-cu ildə Müşərrəfin başçılığı altında baş vermiş dövlət çevrilişinin ardınca o, Səudiyyə Ərəbistanına sürgün olunmuşdur.
2013-cü ildə baş tutmuş seçkilər nəticəsində ölkədə koalisiya hökuməti təşkil olunmuşdur. Nəticədə, Şərif Parlament tərəfindən baş nazir vəzifəsinə təyin olunmuşdur.[7][8] Onun verdiyi tapşırıqlardan sonra ordu 2015-ci ildə ölkə ərazisində yerləşən ekstremist qruplaşmalara qarşı mübarizəsini kəskinləşdirmişdir.[9][10] Şərifin üçüncü baş nazirliyi dövründə Çinlə qarşılıqlı investisiya qoyuluşları və BVF-dən alınan kreditlər sayəsində ölkədə makroiqtisadi sabitlik yaranmışdır.[11][12] Lakin, həmin dövrdə dövlət borcu 35%-ə qədər qalxmış və bu da onun nüfuzunun azalmasına səbəb olmuşdur.[13][14]
28 iyul 2017-ci ildə Pakistan Ali Məhkəməsi korrupsiya ittihamlarının istintaqı çərçivəsində Baş Nazir Nəvaz Şərifi vəzifəsindən uzaqlaşdırmışdır.[15]