Seysmoqraf — seysmik dalğaların bütün tiplərinin ölçülməsi üçün istifadə olunan xüsusi cihaz.
Adətən seysmoqraf yaylı bərkitmə üsulu ilə bərkidilmiş yükə malikdir və zəlzələ vaxtı hərəkətsiz qalır. Ancaq cihazın qalan hissəsi (dayaq, korpus) hərəkətə gəlir və yük nisbətən yerini dəyişir. Bir sıra seysmoqraflar horizontal hərəkətlərə həssasdır, qalanları isə — vertikal hərəkətlərə həsasdır. Dalğalar hərəkət edən kağız lentində titrəyən qələmlə qeyd edilir. Elektron seysmoqraflar (kağız lentsiz) mövcuddur. Onun gücü Rixter şkalası ilə seysmoqraf adlanan cihazla ölçülür.Onlar əsasən seysmik qurşaq adlanan ərazilərdə olur.
"Can-Hen seysmoqrafı" eramızın 132-ci ilində çinli Can-Hen tərəfindən düzəldilmişdir. Bu seysmoskop üzərinə bir-birindən eyni məsafədə olan 8 əjdaha fiquru yapışdırılmış bürünc qabdan və hər əjdahanın qarşısında onlardan bir qədər aşağıda qoyulmuş 8 qurbağa fiqurundan ibarətdir. Qabın içərisində tarazlığı sabit olmayan (astatik rəqqas) və əjdahalarla əlaqədar linglərə söykənən metal mil qoyulmuşdur. Zəlzələ zamanı metal mil linglərdən birinin üstünə düşür. Həmin ling əlaqədar olduğu əjdahanın ağzını açır və orada olan metal kürə əjdahanın qarşısındakı qurbağanın ağzına düşür[1].