Hiroşima Sülh Memorialı (yap. 広島平和記念碑 - Hiroşima heiva kinenhi) və ya daha çox Atomik Bomb Dome (Atom bombası Gümbəzi) və ya Genbaku Domu (Atom bombası Günbəzi - yap. 原爆ドーム) adı ilə tanınır — Yaponiyada tarixi abidə. Eyni adlı parkın bir hissəsi olan Hiroşima Sülh Memorialı 1996-cı ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Lakin bu proses də siyasi müdaxilələrdən yan keçməyib. Çin və ABŞ hökumətinin etirazlarına baxmayaraq, 1996-cı ilin dekabrında Genbaku Günbəzi ümumdünya mədəni və təbii irsin müdafiəsi Konvensiyasına əsasən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Tarixi binanın həmin siyahıya daxil edilməsi bəşəriyyət tarixində ilk dəfə insanların yaşadığı ərazilərdə nüvə silahının istiafdə edilməsi nəticəsində atom bombasının dağıdıcı təsirindən "sağ çıxması" və daha vacibi tikilinin sülhün rəmzi kimi təqdim olunması ilə əsaslandırılıb.
Hiroşima Sülh Memorialı | |
---|---|
yap. 広島平和記念碑 | |
34°23′44″ şm. e. 132°27′13″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Yerləşir | Hiroşima |
Tikilmə tarixi | 1915 |
Hündürlüyü | 25 m |
Sahəsi |
|
Vəziyyəti | fəaliyyət göstərir |
Kriteriya | vi |
İstinad nöm. | 775 |
Dövlət | Yaponiya |
Region | Asiya-Sakit okeanı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Binanın qalıqları 6 avqust 1945-ci ildə Hiroşimaya atılan atom bombasının təsiri nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə saxlanılıb. Bütövlükdə, atom bombasının təsiri nəticəsində Yaponiyada 70 mindən çox insan yerindəcə həlak olub daha 70 min nəfər isə radiasiyanın müxtəlif dərəcəli, ölümcül təsirlərinə məruz qalıblar.
O qədər də qeyri-adi tarixçəsi olmayan tikili hazırda yaponlar üçün unudulmaz və bir o qədər də yaxın keçmişin, daha da önəmlisi isə, dəhşətli və faciəli günün tarixinə çevrilib. Tarixi tikili çexiyalı memar Jan Letzel tərəfindən layihələşdirilib. Tikintisi 1915-ci ilin aprelində tamamlanan bina ilkin olaraq Hiroşima prefekturasının Ticarət Sərgisi adlandırılıb. Aprel ayında tikinti işlərinin tamamlanmasına baxmayaraq, həmin ilin avqust ayında ictimaiyyət üçün açıq elan edilib. 1921-ci ildə tikilinin adı dəyişdirilərək Hiroşima prefekturası Məhsullarının Sərgi Zalı, 1933-cü ildə isə, Hiroşima prefekturasında Sənayenin Təşviqi üçün Bina adlandırılıb.
Bina o vaxt üçün Hiroşimada ən böyük bizness rayonu hesab edilən ərazidə - Aioi körpüsü yaxılığında yerləşdiyindən əsasən, incəsənət və təhsil sərgilərinin təşkili üçün istifadə olunurdu. Müharibənin başlanması ilə binada müxtəlif inzibati ofislərin yerləşdirilməsinə başlanıldı.
Honşyu adasının cənubunda yerləşən Hiroşima şəhəri müharibə dövründə Yaponiyanın ikinci ordusunun qərargahının yerləşdiyi strateji obyekt olduğundan bu məntəqə ABŞ hökuməti tərəfindən atom bombasının istifadəsi üçün ilk hədəf seçilmişdi. Yerli vaxtla 08:15:17, 6 avqust 1945-ci ildə Yaponiyaya atılan ilk atom bombası "T" şəkilli Aioi körpüsü üçün nəzərdə tutulmuşdu. Atılan nüvə silahı elə havada ikən Günbəzin yaxınlığındakı Şima xəstəxanası üzərində partlayır. Bina hissə-hissə partlayış dalğalarının zərbəsinin təsirindən məhv olub və yanğın nəticəsində dağılıb. Partlayış vaxtında binada olan bütün insanlar elə həmin anda yerindəcə həlak olublar. Məhz Genbaku Domu partlayan atom bombasının episentrinə horizontal şəkildə 160 metrlik məsafədə yerləşən və partlayışdan sonra salamat qalan yeganə tikili olub.
Hadisədən bir qədər sonra atom bombasının təsiri nəticəsində şəhərin xarabalıqları ilə birlikdə Günbəzin də dağıntılarının aradan qaldırılması planlaşdırılırdı. Lakin binanın çox hissəsi sağlam idi və dağıntıların tez bir zamanda aradan qaldırılması planının vaxtında yerinə yetirilməsinə imkan vermirdi. Bundan başqa, Günbəz mübahisə predmetinə çevrilməyə başlayır. Yerli əhalinin bir hissəsi onun dağıntılarının uçurulmasını tələb etsə də, digəriləri bunun tam əksini - Günbəzin Amerika hərbi hava qüvvələrinin Yaponiyaya vurduğu zərərin unudulmaması üçün tarixi abidə kimi qalması və dünyada sülhün rəmzinə çevrilməsini istəyirdilər. Nəticədə, Hiroşimada yenidənqurma işlərinə başlandıqda binanın skeleti saxlanılır.
Hazırda atom bombası partlayışı ilə əlaqədar dünyanın ən məşhur eksponatına çevrilən Günbəz Dünya müharibəsindən sonra gələcəkdə ola biləcək dağılma ehtimalından qaçınmaq üçün möhkəmləndirilib. Belə ki, Günbəzin aşınması prosesi müharibədən sonra da davam edirdi. Yalnız 1966-cı ildə Hiroşima Şəhər Şurasının qərarı ilə tikilinin həmişəlik saxlanmasına qərar verilir.
Xalq tərəfindən seçilən Hiroşimanın birinci meri Şinzo Hamai (1905-1968) Günbəzin saxlanılması və möhkəmləndirilməsi üçün daxili və beybəlxalq vasitələrin axtarılmasına başlayır. Hətta Tokioya səfərlərinin birində Şinzo Hamai paytaxtın küçələrində bilavasitə vəsaitin yığılmasına çalışır. Tikilinin saxlanılması üçün görülən işlər 1967-ci ildə başa çatdırılır.[1][2] Günbəz üzərində 1989-cu ilin oktyabrı və 1990-cı ilin martı arasında arxivlərin saxlanılması və aşınmanın stabilləşdirilməsi məqsədilə 2, o qədər də böyük olmayan, layihə reallaşdırılır. İndi Genbaku Domu 6 avqust 1945-ci ildə bombardmandan sonra necə görünürdüsə o vəziyyətdədir. Yəni binanın qalıqları və dağıntılarda edilən struktur dəyişikləri minimal səviyyədə olub.
Hazırda binanın yerləşdiyi Hiroşima Sülh Memorialı Parkı 1950-ci ildən 1964-ci ilədək yaradılıb. Parkın formalaşmasının ardından 1966-cı ildə Hiroşima şəhər Şurası Genbaku Domu`n daimi saxlanmasına dair qətnamə qəbul edib. Bununla da, Günbəz parkın əsas fiquru olaraq qalmaqdadır.
Tarixi binanın qalıqları bu gün daha çox Genbaku Domu adı ilə məşhurdur. Genbaku Günbəzinin yanında Ota çayının digər sahilində Dünya Sülh memorial parkı yerləşir. Bu, adada yerləşən park praktiki olaraq partlayışın episentri hesab olunur. Parkda Memorial Muzey, bir neçə abidə, ənənəvi zəng və kenotaf (atom borbardmanı zamanı həlak olanların xatirəsinə kollektiv qəbir) yerləşir. Hər il avqustun 6-da bura ziyarətçilərlə dolub-daşır.