Himeci qəsri(yapon 姫路城 Himecicö) — Yaponiyanın ən qədimdən qalmış qəsrlərindən biri. 1993 ildə Yuneskonun Dünya İrsi siyahısına salınıb. Qəsr kompleksinə ümumiyətlə, əksəriyəti ağacdan olan 83 bina daxildir. Qəsrin dayandığı təpənin ətəyində eyni adlı şəhər yerləşir. Qəsr 1333 - 1346 illərdə tikilib, 1580 və 1612- illərdə genişləndirilib.
Himeci qəsri | |
---|---|
yap. 姫路城 | |
34°50′22″ şm. e. 134°41′37″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Yerləşir | Himeci, Hyoqo prefekturası |
Sifarişçi |
|
Tikilmə tarixi | |
Sahəsi |
|
Rəsmi sayt | himejicastle.jp |
Rəsmi adı: Himeji-jo | |
Tipi | Mədəni |
Kriteriya | i,iv |
Təyin edilib | 1993 |
İstinad nöm. | 661 |
Dövlət | Yaponiya |
Region | Asiya-Sakit okean |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yapon qəsrinin vacib xüsusiyətlərini topoqrafiya müəyyən edir. Üç əsas yapon qəsri tipi var: yama –ciro – dağın üstündə, hira-ciro düzənlikdə, hirayama –ciro düzənliyin ortasında təpədə tikilir.
Yaponiyanın qərbindəki Himeci qəsri üçüncü tipə aiddir. Adətən qəsrin ərazisində ən yüksək yerdə əsas qüllə –tensükaku- tikilirdi. Qüllə qəsr üzərində yüksəlirdi və rəqibin yerdəyişməsini müşahidə etmək üçün əlverişli noqtə idi. Əsas qüllənin ətrafındakı meydança qəsrin ən vacib yeri idi və honmaru (əsas hasar)adlanırdı. Başqa, ninomaru və sannomaru kimi sahələr, çox vaxt spiralvari əsas hasarın ətrafında yerləşirdi. Himeci qəsrində əsas hasar siyasi qərarların qəbul olunduğu yer idi. Mülkədarın və onun ailə üzvlərinin və qohumlarının otaqları ninomaru, sannomaru və nisinomaru(müvafiq olaraq ikinci, üçüncü və qərb hasarlarında), o vaxtdan qəsrin bölünmə prinsipi dəyişmədi.
İstənilən qəsrin ən vacib funksiyası müdafiədir. Himeci qəsri xəndəklər sistemi ilə əhatələnmişdi. Daş özüllü divarlar və xəndəyin torpaqdan divarları müdafiə sitemini möhkəmləndirirdilər. Həm də onlardan bəziləri hasarların və keçidlərin arasında yerləşirdi ki düşmənin içəri daxil olmasını olduqca çətinləşdirirdi. Divarların daş özüllərinin maraqlı özəlliyi onların profili idi. Onlar, yuxarı hissəsində çölə burularaq kəskin yoxuşa qalxırdılar. Bu oqi –no-kobay(yığılan enişin burulğanı) adlandırılan buruğlara görə, onların üzərinə dırmaşmaq olduqca çətinləşirdi, bu həm də yapon qəsrlərinə əlavə gözəllik verirdi. Bir çox qəsrin xəndəkləri su ilə doldurulurdu, həm də, əgər topoqrafiya imkan versəydi, çay suyundan yararlanırdılar. Əgər işğalçılar xəndəyi dəf edə bilsəydilər, onlar gərək həm də əsas (ote-mon) və başqa darvazalardan keçəydilər.
Oradan əsas hasara gedən yeganə yol hasarlanmış sahələrdən ibarət labirintdən, çox sayda darvaza və çox şaxəli dalanları olan keçidlərdən keçirdi. Əsas qülləyə tərəf hərəkət edərək, gərək dolanbaclardan keçəsən, bu isə, hətta siz qülləyə yaxınlaşsaz belə yanlış istiqamətdə hərəkət təəsuratı yaradır. Qala divarlarında olan ambrazuralardan (sama) atəş açan döyüşçülər düşməni geri ata bilərdi. Ya-dzama- oxatanlar üçün hündür düzbucaqlı ensiz dəliklər idi, teppo-dzama isə -yumru yaxud kvadrat formada idi və muşketlərdən atəş açmaq üçün əlverişli idi. Əsas və müfafizə qüllələrini, divarın aşağı özülündən irəli çıxan hissəsindən, uzun ensiz dəlik (isi-otosi)vasitəsi ilə daş atmaq olardı.
Belə qəsrlər, təxminən Yaponiya 270 il çəkəcək sülh dövrünə qədəm qoyanda 17 əsrin əvvəlində yarandılar. Müharibə bitəndən sonra qəsrlər müdafiə və hakimiyyəti saxlamaq üçün yox, daha çox samuray ruhunu və feodal əzəmətini təcəssüm etdirməyə başladılar. Himeci qəsri, Yaponiyada qorunan bütün qəsrlərdən ən böyüyü və deyilənlərə görə ən gözəlidir. Onun divarlarını çöl tərəfdən ağ suvaq örtür və bu hətta damındakı saxsı kirəmitlərı də daha möhkəm edir. Bütün bunlara görə qəsri bəzən Ağ vağ adlandırırlar. Yaponiyada bu qəsr milli sərvət sayılır.