Hiroko Kimura

Çikaqe Oqi (扇 千景, Oqi Çikaqe?, 10 may 1933, Kobe9 mart 2023[2], Tokio[2]) və ya əsl adı ilə Hiroko Kimura (木村 寛子, Kimura Hiroko?) – Yaponiya aktrisası və siyasətçisi. Yaponiya parlamentinin Müşavirlər Palatasının ilk qadın sədri olmuşdur.[3]

Çikaqe Oqi
yap. 扇 千景[1]
30 iyul 2004 – 28 iyul 2007
MonarxAkihito
ƏvvəlkiHiroyuki Kurata
SonrakıSatsuki Eda
6 yanvar 2001 – 22 sentyabr 2003
Baş nazirYoşiro Mori
Cuniçiro Koyzumi
Əvvəlkivəzifə yaradıldı
SonrakıNobuteru İşihara
Şəxsi məlumatlar
Doğum adı 林 寛子
Doğum tarixi 10 may 1933(1933-05-10)
Doğum yeri
Vəfat tarixi 9 mart 2023(2023-03-09)[2] (90 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
  • Takarazuka Musiqi Məktəbi[d]
Fəaliyyəti aktrisa, siyasətçi
Həyat yoldaşı
  • IV Sakata Tocuro[d]

Təltifləri "Pavlovniya çiçəkləri" ordeninin Böyük kordonu "Doğan günəş" ordeninin Böyük kordonu "Brilyant ulduz" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

1933-cü ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Kobe liseyini bitirdikdən sonra sənətçi olmağa qərar vermişdir.[4] Aktrisalıq karyerasına "Takarazuka Revue" adlı qadın musiqi truppasında başlamış, 1954–1957-ci illərdə burada çıxış etmişdir.[5]

Oqi aktrisa kimi "Günəşli günlər və buludlu günlər" kimi filmlərdə baş qadın personajları canlandırmışdır. Daha sonra Toho Entertainment şirkətinə qoşulmuşdur.[4] O, bir çox teatr tamaşasında, filmdə və teleserialda rol almış, televiziya verilişlərinin aparıcısı olmuşdur.[3] Fuji TV kanalında yayımlanmış "Sən axşam saat 3-də" tabloid verilişinin aparıcılığını etmişdir.[4]

1977-ci ildə Liberal Demokrat Partiyasının üzvü kimi Yaponiya parlamentinin Müşavirlər Palatasına seçilmişdir. 1994-cü ildə Yeni Cəbhə Partiyasına qoşulmuşdur. Liberal Partiyasının üzvü olduqdan sonra 2000-ci ildə yaradılmış Yeni Mühafizəkar Partiyasına daxil olmuşdur.[3] 2000-ci ilin iyulunda Tikinti naziri seçilərək bu vəzifəyə təyin olunan ilk qadın olmuşdur. 2001-ci ildə aparılmış nazirlik islahatlarından sonra Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm naziri seçilmişdir.[3]

2003-cü ildə Liberal Demokrat Partiyasına qayıtmış və növbəti il Müşavirlər Palatasının sədri seçilmişdir. Beləliklə, bu vəzifəyə seçilmiş ilk qadın olmuşdur. O, ümumilikdə 5 dəfə Müşavirlər Palatasına seçilmişdir. 2007-ci ildə ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirərək siyasi karyerasını bitirmişdir. 2007-ci ildə "Qərar vaxtı" alı memuarını nəşr etdirmişdir.[4] 2010-cu ildə "Pavlovniya çiçəkləri" ordeninin Böyük kordonu ilə təltif olunmuş ilk qadın olmuşdur.[3]

9 mart 2023-cü ildə Tokioda yerləşən bir xəstəxanada qida borusu xərçəngi səbəbilə ölmüşdür.[3]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Oqi 1958-ci ildə kabuki sənətçisi IV Sakata Tocuro ilə evlənmişdir. Cütlüyün oğlu Tomotaro Hayaşi də kabuki aktyorudur.[4]

  1. 扇千景氏が死去 女性初の参院議長、89歳 (yap.). 日本経済新聞社, 2010.
  2. 1 2 3 4 扇千景さん死去 89歳、食道胃接合部がん 初代国交相、04年には女性初の参院議長に.
  3. 1 2 3 4 5 6 "Chikage Ogi, Japan's first female Upper House head, dies at 89". The Japan Times (ingiliscə). 13 mart 2023. 14 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2023.
  4. 1 2 3 4 5 "Obituary: Chikage Oogi: An Unsurpassed Feat of Political Firsts". Japan Forward (ingiliscə). 24 mart 2023. 1 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2023.
  5. "Japan's 1st female upper house chief Chikage Ogi dies at 89". Kyodo News (ingiliscə). 14 mart 2023. 2023-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]