Hokkey

Hokkey[1] yaxud xokkey[a] (ing. hockey) — buz, tartan, plastik, taxta və ya ot səthində oynanılan komanda oyunu. Oyunda iki komanda iştirak edir. Hokkey top (ot və süni örtük), şayba (buzlu hokkey) ilə çubuqlardan istifadə edilərək oynanılır. Oyun zamanı hər komandada öz komandasının qapısını qoruyan bir qapıçı (bəzən iki qapıçı, ikincisi əvəzedicidir) və bir neçə meydan oyunçusu olur. İki növ hokkey var: buz hokkeyi və otüstü.

Hokkey
Ümumi məlumatlar
İcraçı qurum Dünya Hokkey Federasiyası
İlk oyun 1773 ; İngiltərə İngiltərə, London
Xüsusiyyətləri
Tipi komanda
Cinsiyyətə görə kişi, qadın.
Oyunçu sayı
  • Maksimum:12
Törəmələri buzüstü hokkey, otüstü hokkey və s.
Beynəlxalq arenada
Olimpiya oyunları daxildir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dünyanın əksər ölkələrində "hokkey" termini dəqiqləşdirilmədən otüstü hokkeyə aiddir. Halbuki Rusiya, İsveçrə, Kanada, İsveç, ABŞ-da, Şərqi və Şimali Avropanın əksər ölkələrində bu termin adətən buz hokkeyinə aiddir.[2]

Azərbaycanda otüstü hokkey daha populyardır. Otüstü hokkey Azərbaycanda 1960-cı illərin sonlarında inkişaf etməyə başlayıb. 1970-ci ildən başlayaraq Azərbaycan komandaları kişilər arasında ilk SSRİ otüstü hokkey çempionatında iştirak edir. 1979-cu ildən SSRİ qadın otüstü hokkey çempionatında Azərbaycanı qadınlardan ibarət komanda təmsil edib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra otüstü hokkey respublikanın ən uğurlu komanda idman növlərindən biri olaraq qalıb.[3]

Antik Yunanıstanda buynuza bənzər çubuqla oynanılan oyun. E.ə.600-cü əsrə aid berelyef.

Əyri çubuqlar və toplar olan oyunlara bir çox mədəniyyətlərin tarixində rast gəlmək olar. Qədim Misirdə çubuqlar və top olan komandaları təsvir edən 4000 illik oyma aşkar edilib. İrlandiyada oynanılan hörlingin tarixi eramızdan əvvəl 1272-ci ilə aiddir. Təxminən eramızdan əvvəl 600-cü ildə buynuzla və ya buynuza bənzər çubuqla, keras (κρρας) ilə oynanıldığı üçün keretizein (κερητεειν) adlandırılan oyun Qədim Yunanıstan təsvirində əks olunub.[4] Daxili Monqolustanda dahurlar təxminən 1000 ildir ki, müasir otüstü hokkeyə bənzəyən beikou oyunu oynayırlar.[5]

Orta əsrlərdə hokkey oyunlarına dair məlumatların əksəriyyəti idman və oyunlarla bağlı qanunvericilikdə tapıla bilər. 1527-ci ildə İrlandiyada qəbul edilmiş "Qoluey Nizamnaməsi", top oyunlarının müəyyən növlərini, o cümlədən "qanyak" ("hookie" kimi yazılır) çubuqlardan istifadə edən oyunları qadağan edirdi.[6]. XIX əsrə qədər tarixi oyunların müxtəlif forma və növləri fərqlənməyə və ayrı-ayrı idman növlərinə birləşməyə başladı. Qaydaları və oyun vəziyyətlərini, habelə daxili və beynəlxalq rəqabəti idarə etmək üçün milli və beynəlxalq qurumları birləşdirmək üçün təşkilatlar formalaşmağa başladı.

Sözün etimologiyası

[redaktə | mənbəni redaktə et]
Qış mənzərəsi. Esays van de Velde, 1623-cü ilə adi rəsm, London Milli Qalereyası. London
Qışda ferma. Esays van de Velde, 1624-cü ilə adi rəsm

"Hokkey" sözünün mənşəyi məlum deyil. "Hokkey" sözünün ilk qeyd edilmiş istifadəsi 1773-cü ildə Riçard Consonun (təxəllüsü Usta Mişel Ancelo) "Gənclərin İdman və əyləncəsinə daxil olan müəllifin xatirələri, gənclərin tərbiyəsi" (Juvenile Sports and Pastimes, to Which Are Prefixed, Memoirs of the Author: Including a New Mode of Infant Education) adlı kitabında XI fəsil "Hokkey oyununda yeni təkmilləşdirmələr" (New Improvements on the Game of Hockey) adlanırdı.

Britaniya mənbələri "hockey" termininin mənşəyini "howki" və ya "hoki" sözü ilə əlaqələndirirlər. Orta əsrlərin əvvəllərində İngiltərənin bir sıra qraflığında məhsul bayramları məhz belə adlanırdı. Bu bayramlarda əyri çubuqlarla topu düşmən zonasına ötürmək məqsədilə oyun keçirilirdi. Maraqlıdır ki, indi də ABŞ-ın cənub ştatlarında fəhlələr hokkidən — torpağı becərmək üçün çapan kimi alətdən istifadə edirlər.[7]

Başqa bir versiyaya görə, "hokkey" sözü hindu tayfası olan mohok dilindən götürülmüşdür. Onlar ot üzərində oxşar oyunu oynayırdılar. Bu, "ağrıyan" mənasını verən "hogyi" adlanırdı. Fakt budur ki, oyundan sonra uduzanlar cəzalandırılırdı. Üçüncü versiya "hokkey" sözünün mənşəyini qədim fransızca "hoke" ("hoquet") ilə əlaqələndirirlər, bu da əyri çoban çomağı deməkdir.[7]

Hokkeyin növləri

[redaktə | mənbəni redaktə et]
  • Buzüstü hokkey (Şayba ilə hokkey) — şayba adlanan kiçik rezin disklə buz üzərində oynanılır. Kanada vətəni hesab olunur. Rusiyada, Skandinaviya ölkələrində, Çexiyada və digər ölkələrdə də məşhurdur.
  • İnline hokkey və dördlü hokkey konki üzərində oynanan buz hokkeyinin analoqlarındandır.
  • Küçə hokkeyi — küçədə, sərt səthdə, hokkey və ya tennis topu və ya xüsusi şayba ilə oynanılır. ABŞ, Kanada, Çexiyada populyardır.
  • Bol (topla) hokkey — küçə hokkeyinin xüsusi bir variasiyasıdır. Buz hokkey meydançalarına bənzər, lakin plastik döşəmə və kiçik bir sərt topla oynanılır. Avadanlıq hokkey avadanlığına bənzəyir, lakin xüsusilə süni örtük üçün hazırlanmışdır. ABŞ, Kanada, Çexiya, Slovakiyada populyardır. Qlobal səviyyədə bu, Beynəlxalq Küçə Hokkeyi və Bandi Federasiyası tərəfindən tənzimlənir.
  • Stolüstü hokkey
  • Qısa hokkey — 10 dəqiqəlik müddətdə daha kiçik meydançada daha az oyunçunun iştirak etdiyi buzlu hokkeyin versiyasıdır.[8][9]
  • Otüstü hokkey — kiçik sərt topla xüsusi sintetik səthdə (əvvəllər ot) oynanılır. Dünyada ən populyar və geniş yayılmış hokkey növü ingilisdilli mənbələrdə çox vaxt sadəcə olaraq "hokkey" adlandırılır. Beynəlxalq Otüstü Hokkey Federasiyasına 126 ölkə daxildir. Bu hokkey növü Hollandiya, Almaniya, İspaniya, Belçika, İngiltərə, İrlandiya, Argentina, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Respublikası, Hindistan,Pakistan, Malayziya da və s. ölkələrdə populyardır.
  • İndorhokkey — həndbol meydançasında oynanan otüstü hokkeyin analoqudur.
  • Bandi (bandi və ya rus hokkeyi) — kiçik, sərt topla buz üzərində oynanılır. Rusiya, İsveç, FinlandiyaNorveçdə populyardır.
  • Mini-bandi (rink bandi, eləcə də rinkball) — buz hokkey meydançasında oynanan bandi oyunudur.
  • Floorball — plastik çubuqlar və yarı plastik top ilə oynanan qapalı hokkey oyunudur.
  • Çimərlik hokkeyi, qum kokkeyi — qumlu platformada çubuqlar və dəri top ilə oynanan hokkey.[10][11]
  • Dörd hokkey (ing.ing. roller hockey, roller hockey (quad), hardball hockey или rink hockey) və ya roller skate — 60-dan çox ölkə oynayır, lakin onlardan yalnız 5-i dünya çempionu olub: İspaniya — 17 dəfə, Portuqaliya — 16, Argentina — 5, İtaliya — 4 və ilk iki titul İngiltərəyə gedib. Çubuqlar demək olar ki, otüstü hokkeydəki kimidir və oyunda oyunçular diyircəkli konkilər (dörd təkərli) üzərində oynayırlar.
  • Şaquli hokkeyxizək hokkeyi əlillər üçün hokkey növləridir.
  • Sualtı hokkey və onun variasiyası — buzlu hokkey.
  • Ringette hokkey — müstəsna qadın komanda idman növüdür. Xüsusilə Kanada, Finlandiya, İsveç, ABŞ və Çexiyada məşhurdur.

Azərbaycanda hokkey

[redaktə | mənbəni redaktə et]

Hokkeyin növlərindən otüstü hokkey Azərbaycanda daha populyardır. Azərbaycanda otüstü hokkey 1960-cı illərin sonlarında inkişaf etməyə başlayıb. 1970-ci ildən başlayaraq Azərbaycan komandaları kişilər arasında ilk SSRİ otüstü hokkey çempionatında iştirak edir. 1979-cu ildən SSRİ qadın otüstü hokkey çempionatında Azərbaycanı qadınlardan ibarət komanda təmsil edib.[3]

Azərbaycan müstəqillik əldə etdikdən sonra otüstü hokkey respublikanın ən uğurlu komanda idman növlərindən biri olaraq qalıb.[3]

2005-ci ildə Azərbaycanın kişilərdən ibarət komandası Avropa çempionatının dördüncü divizionunun gümüş medalını, 2011-ci ildə isə üçüncü divizionu qazanıb. Qadınlardan ibarət komanda daha uğurlu çıxış seriyasına malikdir. Belə ki, onlar 2005-ci ildə Avropa çempionatının ikinci divizionunu qazandıb. Ən yüksək nailiyyəti 2007-ci ildə Avropa çempionatında 5-ci yer olub. 2009-cu ildə azərbaycanlı hokkeyçilər altıncı yerdə qərarlaşıb. 2013-cü ildə ikinci divizionda bürünc medal qazanıblar.

Azərbaycannın qadınlardan ibarət komandası Yay Olimpiya Oyunlarına bir neçə dəfə çıxmağa yaxın olub. 2008-ci ildə qadınlar arasında lisenziyalı olimpiya turniri Bakıda keçirilib.[12]

2015-ci ildə Azərbaycan Otüstü hokkey Federasiyası ciddi maliyyə problemləri ilə üzləşir və bu isə beynəlxalq turnirlərdə iştirakdan məhrum edilməyə, cərimələrə səbəb olub.[13] 12 noyabr 2016-cı ildə federasiya Beynəlxalq Otüstü Hokkey Federasiyasından müvəqqəti olaraq xaric edilib.[14] Bu Azərbaycanda otüstü hokkeyinin məhvinə səbəb olub.[3]

2018-ci ilə kimi respublikanın paytaxtı Binəqədi rayonundakı 8 nömrəli Olimpiya Ehtiyatları İdman Məktəbində işləyən otüstü hokkeyinin son bölməsi bağlanıb. Təcrübəli azsaylı azərbaycanlı məşqçilərdən biri də vaxtaşırı Belçikada təlimlər keçirən Ceyhun Mirzəyevdir. Qalan mütəxəssislər və oyunçular peşələrini dəyişməyə məcbur olublar.[3]

  1. Zaman-zaman xokey kimi də qeyd olunur.
  1. Azərbaycan dilinin orfoqrafiya lüğəti (az.). Elm nəşriyyatı. 2021. səh. 265. ISBN 978-9952-523-37-9. hokkey
  2. Liebeck, Elaine; Pollard, Helen, redaktorlar The Oxford Paperback Dictionary (4th). Oxford, England: Oxford University Press. 1994. ISBN 0-19-280012-4.
  3. 1 2 3 4 5 Media.Az. "Хоккей на траве, которого больше нет. Media.Az рассказывает, как сложилась судьба тренеров и спортсменов". media.az (rus). 2020-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
  4. Oikonomos, G. Κερητίζοντες. 6. Archaiologikon Deltion. 1920. 56–59. 2015-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-18.
  5. McGrath, Charles. "A Chinese Hinterland, Fertile with Field Hockey". en:The New York Times. 2008-08-22. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-23.
  6. Birley, Derek. Sport and the Making of Britain. Manchester University Press. 1993. səh. 309. İstifadə tarixi: 2014-06-22.
  7. 1 2 Чемпион булу серләре: хоккей/ авт-төз. Г. Сибгатова. — Казан: Татар. кит. нәшр., 2010. — 71 б.: рәс. б-н.
  8. "Шорт-хоккей". 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20.
  9. "Шорт-хоккей на сайте ассоциации шорт-хоккея России". 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20.
  10. "Beach_Hockey". 2021-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-15.
  11. "«Молния» выиграла, «КГБ» потерял титул: в Омске прошёл Кубок «Авангарда» по хоккею на песке". 2021-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-15.
  12. "ЖЕНСКАЯ СБОРНАЯ АЗЕРБАЙДЖАНА ПО ХОККЕЮ НА ТРАВЕ УСПЕШНО СТАРТОВАЛА НА ЛИЦЕНЗИОННОМ ТУРНИРЕ В БАКУ". azertag.az (rus). 2020-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
  13. "Члены сборной Азербайджана по хоккею на траве провели акцию перед зданием федерации". Информационное Агентство Репорт (rus). 2020-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
  14. "AZERBAIJAN | FIH". www.fih.ch. 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
  • Bowlsby, Craig. 1913: The Year They Invented The Future of Hockey (2013)
  • Ellison, Jenny. and Jennifer Anderson, eds. Hockey: Challenging Canada’s Game (2018)
  • Gidén, Carl; Houda, Patrick; Martel, Jean-Patrice. On the Origin of Hockey. Createspace. 2014. ISBN 9780993799808.
  • Gruneau, Richard. and David Whitson. Hockey Night in Canada: Sport, Identities, and Cultural Politics (1993),
  • Hardy, Stephen and Andrew C. Holman. Hockey: A Global History (U of Illinois Press, 2018). online review 600 pp
  • Holzman, Morey, and Joseph Nieforth. Deceptions and Doublecross: How The NHL Conquered Hockey (2002),
  • McKinley, Michael. Putting A Roof on Winter: Hockey’s Rise from Sport Spectacle (2000), on Canada and U. S.
  • Podnieks, Andrew; Szemberg, Szymon. World of hockey: celebrating a century of the IIHF. Fenn Publishing. 2007. ISBN 9781551683072.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]