Oldenburq sülaləsi (dan. Huset Oldenborg; ing. House of Oldenburg) — Avropanın alman mənşəli monarx ailəsi. Danimarka, İslandiya, Yunanıstan, Norveç, Rusiya, İsveç, Şlezviq, Holşteyn və Oldenburqu idarə edən bu ailə, xüsusilə də XV əsrdən etibarən Danimarkada möhkəmlənmişdir. Hazırda Birləşmiş krallığının taxt sırasındakı 10 namizədiylə yanaşı, hazırkı Danimarka kraliçası (II Marqrete), Norveç kralı (V Harald), sabiq Yunanıstan kralı (II Konstantin) və Böyük Britaniyanın son kral-konsortu (Filip Mauntbetten) da bu sülalənin Glüksburq qolunun oğul şəcərəsinə mənsubdur.
Oldenburqlar | |
---|---|
House of Oldenburg | |
Banisi | I Elimar |
Sonuncu hökmdar |
II Nikolay (Rusiya) XIII Karl (İsveç) II Konstantin (Yunanıstan) II Fridrix Avqust (Oldenburq) IX Xristian (Saks-Launburq) IX Xristian (Şlezviq-Holşteyn) |
Hazırkı rəhbər | Xristofor Şlezviq-Holşteyn |
Əsası qoyulub | 1101 |
Titullar | |
Cari
Sabiq |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sülalənin əsası Oldenburq qrafı I Xristianın 1448-ci ildə Danimarka, 1450-ci ildə Norveç və 1457-ci ildə İsveç taxtını ələ keçirməsiylə qoyuldu. Ailə o illərdən bəri Danimarkadakı hakimiyyəti əlində saxlayır.