Hollandiya mətbəxi

Niderland mətbəxi — Niderland mətbəxi əsasən müxtəlif növ pendir və şokoladlarla məşhurdur[1]. Baxmayaraq ki, Holland mətbəxi İtalyan və ya Fransız mətbəxi kimi məşhur deyil, onun populyar və asan hazırlanan xörəkləri var[2]. Ənənəvi Holland mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox milli yeməkləri ilə tanınır[3]. Niderlandın müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır[4][5]. Qeyd etmək olar ki, Holland mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır[6]. Holland mətbəxi dünyanın zəngin və dadlı mətbəxlərindən biridir[7].

Holland mətbəxi əsasən müxtəlif növ pendir və şokoladlarla məşhurdur. Baxmayaraq ki, Holland mətbəxi İtalyan və ya Fransız mətbəxi kimi məşhur deyil, onun populyar və asan hazırlanan xörəkləri var[8][9].

Yaşıl siyənəklər

[redaktə | mənbəni redaktə et]

Hollandlılar siyənək, skumbriya, durnabalığı və həmçinin dəniz məhsullardan istifadə edirlər. Çox vaxtı onlar soğanla çiy yeyilən yaşıl siyənək – maatjes haring, bulkaya qoyulan skumbriya -broodje makreel, və həmçinin hisə verilmiş durnabalığından – gerookte paling istifadə edir.Balıq həmçinindaha mürəkkəb əsas yeməklərinin əsasını təşkil edir[10][11].

Şimal sadəliyi

[redaktə | mənbəni redaktə et]

Holland mətbəxində balıq və tərəvəzlər çox vacib rol oynayır. Şimal mətbəxinin səciyyəvi xüsusiyyətlərindən biri xörəklərin assortimentinin az olmasıdır. Bu mətbəxin sadəliyi öz başlanğıcını 20-ci əsrin əvvəlində Hollandiyada qızlar üçün evdarlıq məktəbləri (Huishoudschool adlanan) açılandan götürür. Bu məktəblərdə hazırlanan xörəklər sadə idi. İndi onlar Holland mətbəxinin əsasını təşkil edir[12][13][14].

Portağal brendisi

[redaktə | mənbəni redaktə et]

Holland mətbəxində qonşu ölkələrin, xüsusilə Almaniya və Skandinaviya mətbəxlərinin tə’siri hiss olunur. Almanlılar kimi, Hollandlılar pivənı, xüsusilə laqeri çox xoşlayır – Heineken, Grolsch və Amstel kimi markalar ölkənin kənarında da məşhurdur. Kral ailəsində keçirilən bayramlar zamanı süfrəyə qeyri-adi portağal brendisi verilir[15][16].

Holland şorbaları

[redaktə | mənbəni redaktə et]

Ənənəvi xörəklər asan hazırlanır və az inqrediyentlərdən ibarətdir. Hər bir Hollandiyalı “snert” adlanan çox qatı noxud şorbasını, və həmçinin “hutspot” adlanan qazanda bişirilən kartof, tərəvəzlər və əsasən mal ətindən ibarət olan xörəyi çox sevirlər[17].

Qənaətli Hollandlılar

[redaktə | mənbəni redaktə et]

Çay, qəhvə və başqa içkilər desertlərlə verilən əsas içkilərdir. Çay və qəhvə Hollandiyada çoxdan bəri istifadə olunmağa başladı. Onlar Hindistandakı Holland koloniyalarından gətirildi və dərhal başqa Avropa ölkələrində öz populyarlığını qazandı. “Qəhvə vaxtı” (koffietijd) Hollandiyada səhər saat 10-11 arası və axşam saat 7-8 arasına düşür. Hollandiyada hər bir qəhvə fincanı ilə yanlız bir tikə tort və ya keks götürmək qaydası var, və bunun Holland qənaətçiliyi ilə bağlı olduğu deyilir. Hollandlılar südlü qəhvəni xoşlamır, onlar yalnız qara qəhvəni əsl qəhvə hesab edirlər. Hollandlılar həmçinin isti şokolad və cirəli südü çox xoşlayır. İçkilər bir çox desertlərlə müşayiət olunur. Onların sırasında “appelgebak” - darçınlı alma piroqu, “speculaas” – kövrək undan hazırlanmış darçınlı peçenye, “stroopwafels” – ortasında qatı siropu olan yumru vaflilər və yaxud “poffertjes” – balaca blinçikləri qeyd etmək lazımdır. Maraqlısı odur ki, Hollandiyanın bir çox şəhərlərində belə desertlər küçədə satılır ki, evdə onları hazırlamağa imkanı olmayan adamlar onlardan ala bilsin[18][19].

Tülpan və pendir

[redaktə | mənbəni redaktə et]

Hollandiyanı pendirlərsiz təsəvvür etmək mümkün deyil. “Gouda” və ya “edam” pendirləri dünyada ən məşhur Holland məhsullarından bir neçəsidir, və yalnız tülpanların populyarlığı pendirlərin populyarlığını üstələyir. Pendirlər yağsız süddən hazırlanır və adətən yumru formada olur. Əsl Holland qauda pendiri 12 ay ərzində yetişməlidir ki, bu müddətdən sonra o yünğul və gözəl ətirli olur. Əlbəttə, qauda pendirin bir çox sortları var. Onların bə’ziləri bir neçə həftə ərzində yetişir, lakin elələri də var ki, onların yetişməsinə kimi 7 ildən çox gözləmək lazım olur[19][20].

Hollandiyada səhər yeməyi – ağıla ilk gələn qırmızı lalələr, taxta ayaqqabılar, yel dəyirmanları və holland pendiridir. Pendirlə yanaşı, siyənək balığı da hollandların sevimli yeməklərindən olub səhər süfrəsinin ayrılmaz hissəsidir. Holland süfrəsini ətirli çay və ya qəhvəsiz bitirmək mümkünsüzdür[21][22][23][24][25][26].

  1. Kiple, Kenneth F. "The Cambridge world history of food. 2". Cambridge University Press. 2 August 2017. 28 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2017 – Google Books vasitəsilə.
  2. "William Buckels". aboutus.org. 2014-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.
  3. "Dutch Food & Eating Out - Holland.com". holland.com. 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.
  4. "Kantoor of bedrijfsruimte huren in Rotterdam of Zwolle". wereldexpat.nl. 23 December 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 May 2015.
  5. "Gastronomie: De Nederlandse keuken". Antiqbook.nl. 28 September 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 August 2017.
  6. Ukers, William H. The Introduction of Coffee into Holland // All About Coffee. New York: Tea and Coffee Trade Journal. 1922. ISBN 0-8103-4092-5. September 5, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 12, 2010.
  7. Dobelis, Inge N, redaktorMagic and medicine of plants. Pleasantville, NY: Reader's Digest. 1986. 370–371. ISBN 0-89577-221-3.
  8. Fischer, Dieter. "History of Indonesian coffee". Specialty Coffee Association of Indonesia. August 5, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 12, 2010.
  9. "Nederlands BakkerijMuseum". Bakkerijmuseum.nl. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2017.
  10. "Archived copy" (PDF). 2013-12-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
  11. De verstandige kok Arxivləşdirilib 2020-02-10 at the Wayback Machine. Marleen Willebrands ISBN 9077455205
  12. Karin Engelbrecht. "Kastelenkookboek Cookbook Review". About.com Food. 23 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 May 2015.
  13. Wintle, Michael. Diet and Modernization in the Netherlands During the Nineteenth and Early Twentieth Centuries // Thomas M. Wilson (redaktor). Food, Drink and Identity in Europe. Rodopi. 2006. 63–84. ISBN 9789042020863. 18 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2012.
  14. "Dutch Holiday Recipes on Dutchfood". About.com. 9 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2009.
  15. "Kantoor of bedrijfsruimte huren in Rotterdam of Zwolle". Wereldexpat.nl. 23 December 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 August 2017.
  16. "graansoorten". Warenkennis.nl. 21 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2017.
  17. "De geschiedenis van de mosterd - Smulweb Blog". Smulweb.nl. 5 May 2000. 4 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2017.
  18. C. Countess van Limburg Stirum: The Art of Dutch Cooking; First published in 1962 by Andre Deutsch Limited, London; p.179-p.185
  19. 1 2 "Sukerbole (Friesian sugar bread) and panettone recipe". Worldcook.net. 27 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2017.
  20. "Anijsmelk". Thedutchtable.com. 19 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2017.
  21. "Elke dag feest met aardappels, groente, vlees" (Dutch). RTL Nieuws. 28 January 2015. 19 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 June 2015.
  22. Hester, Carla Dutch food and eating habits The Holland Ring, 28 October 2008
  23. Farmers Cabbage with Smoked Sausage (Boerenkool Met Worst)[ölü keçid] Recipe Land, 14 November 2008
  24. "History of the donut". wentz.net. February 11, 2014 tarixində orijinalından arxivləşdirilib.
  25. See entries for oliebol and oliekoek in Frederic Gomes Cassidy; Joan Houston Hall. Dictionary of American Regional English: I-O. Harvard UP. 1985. səh. 874. ISBN 978-0-674-20519-2. 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.
  26. Habets, Joep Calvinistisch snoepen Arxivləşdirilib 2009-02-09 at the Wayback Machine NRC Handelsblad, 3 March 2001

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]