Homer Simpson (ing.Homer Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri.
İlk dəfə 19 aprel 1987-ci ildə "The Tracey Ullman Show"-nun "Good Night" hissəsində görünmüşdü.
2010-cu ildə Entertainment Weekly Homeri "son 20 ilin böyük personajı" (ing.the greatest character of the last 20 years) adlandırıb.[1]TV Guide onu 2002-ci ildə 50 ən böyük cizgi personajların siyahısında (ing.Top 50 Greatest Cartoon Characters) Baqz Bannidən sonra yerləşdirib;[2]Bravo kanalı isə onu 100 ən böyük televiziya personajı (ing.100 Greatest TV Characters) siyahısında, harada ki Homer sadəcə dörd cizgi personajıdan biri olub, beşinci yerə daxil edib;[3] Channel 4 sorğusuda isə o, bütün zamanların ən böyük televiziya peronajı kimi seçilib.[4]
Den Kastellaneta Homeri səsləndirdiyinə görə bir neçə dəfə "Outstanding Voice-Over Performance" nominasiyada Primetime Emmy mükafatını əldə edib: 1992-ci ildə Lizanın ponisi (ing.Lisa's Pony), 1993-cü ildə Mister Plou (ing.Mr. Plow),[5] 2004-cü ildə Bu gün klounam (ing.Today I Am a Clown)[6] və 2009-cu ildə Ata daha pisi bilir (ing.Father Knows Worst) seriyasına görə.[7] Ancaq, o Bu gün klounam seriyasıda ancaq Homeri yox, bir neçə personajı səsləndirdiyinə görə həmin mükafatı alıb.[6]
Homerin IQ-su - 55 hal. HOMR seriyada onun başından uşağlıqdan orada olan karandaşı çıxarddılar və IQ-su 50 hala yüksəldi (deməli 10 oldu), lakin sonra Homer karandaşı yerinə qaytmağa istədi və hər şey öz yerinə qayıdıb.
Homerin ancaq sağ böyrəyi var. Çünki sol böyrəyini atasına verib.
Homer həmişə təkrarladıyı "D'oh!" sözü o qədər populyar olub ki, onu Oksford lüğətində qeyd ediblər