Hvan Hyon-cin

Hwang Hyunjin (azərb. Hvan Hyoncin‎) və ya səhnə adı ilə Hyunjin (20 mart 2000[1], Seul) — Cənubi Koreyalı oğlan qrupu Stray Kids-in üzvüdür.[2]Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasına (KOMCA) görə, onun adına 17 mahnı var.

Hyoncin
ing. Hwang Hyunjin
Ümumi məlumatlar
Doğum adı 황현진
Ləqəbi Jinnie
Doğum tarixi (23 yaş)
Doğum yeri Seul
Vətəndaşlığı
Milliyyəti Cənubi Koreya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2017-günümüz
Janr K-pop
Albom şirkəti JYP Entertainment
Üzvlüyü Stray Kids
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında[redaktə | mənbəni redaktə et]

İlk İllər[redaktə | mənbəni redaktə et]

Hyuncin (현진) 20 mart 2000-ci ildə Cənubi Koreyaın Seul şəhərində anadan olub.Seul Sonqil İbtidai Məktəbini və Seul Songne Liseyini bitirib. O, bəzən Las-Veqası ziyarət edirmiş, burada Sam adını istifadə edirdi.O, JYP Entertainment-ə orta məktəbin üçüncü sinfində oxuyarkən qoşulub. Bir dəfə anası ilə alış-veriş edərkən JYP Entertainment tərəfindən stajyer olmaq üçün ona təklif göndərilib.2 il stajçı olmuşdur. Qrupun vizualı, əsas rəqqası, repçisidir.

Karyera[redaktə | mənbəni redaktə et]

Debütdən öncə[redaktə | mənbəni redaktə et]

Stajçı olaraq Hyoncin Stray Kids realiti şousunda Stray Kids üzvləri və İtzy üzvləri ilə birlikdə iştirak etdi.Hyoncin-in dediyinə görə, JYP Entertainment-ə qoşulduqda heç bir şeydə lazımi bacarıqları yox idi, ona görə də hər şeyi sıfırdan öyrənməli idi. Hyoncin debütünü görünüşünə görə deyil, bacarığına görə etmək istəyirdi. Təcrübə illəri asan keçmədi, ilk vaxtlar rəqsdə o qədər də yaxşı deyildi və ona nifrət edirdi. Ancaq sonralar bu fikri dəyişdi, birlikdə məşq etdiyi təcrübəçilər sayəsində rəqsdən necə həzz alacağını öyrəndi. Ona bir çox insan narahat olmamalı olduğunu görünüşünə görə ,çox səy göstərmədən debüt edəyini dedi, lakin Hyoncin bu cür şərhləri bəyənmədi, buna görə də o, bacarıqları sayəsində qrupun bir hissəsi olmaq üçün rəqs, rep və vokal üzərində səylə çalışdı.

Debüt və sonrakı fəaliyyətlər[redaktə | mənbəni redaktə et]

19 dekabr 2017-ci ildə Stray Kids-in Hyoncin də daxil olmaqla 9 iştirakçı ilə debüt edəcəyi məlum oldu.

Stray Kids debüt vitrininin açılışı: Op. 01: I Am Not 25 mart 2018-ci ildə Seuldakı Jang Chung Arenada baş tutdu.

26 avqust 2018-ci ildə üç Stray Kids iştirakçısının xoreoqrafiyası ilə video yayımlandı: Minho, Hyoncin və Feliks. Orada iştirakçıların hər biri öz rəqs tərzini nümayiş etdirib. Video SKZ-PLAYER layihəsi çərçivəsində yayımlanıb.

2019-cu ilin fevralında məlum oldu ki, ilk dəfə Hyoncin və Çani (SF9) 16 fevralda yayımlanan Show! Music Core-da aparıcı olaraq Minaya (Gugudan) qoşulacaqlar.[3] Əlavə olaraq Hyoncin, V-live-da canlı yayımlar apardı: HYUNJIN's counseling center (azərb. Hyoncin-in məsləhət mərkəzi‎) və Hyunjin's Practice Room (azərb. Hyoncinin Təcrübə Otağı‎)."HYUNJIN's counseling center"-də o, pərəstişkarları ilə müxtəlif həyat vəziyyətləri və problemlər haqqında danışdı."Hyunjin's Practice Room" isə o, müxtəlif sənətçilərin musiqi xoreoqrafiyasını edirdi.

2019-cu ildə Hyoncin və I.N. ilə A-Teen 2-nin 16 epizodunda kamoe rolu oynadılar, bu epizod iyun ayında yayımlandı.[4][5]

10 may 2020-ci il tarixində, SKZ-PLAYER-in bir hissəsi olaraq, Billi Ayliş-in "when's end" mahnısı üçün Hyoncin yeni xoreoqrafiyası ilə video yayımlandı.

20 dekabr 2020-ci il tarixində SKZ-PLAYER-in bir hissəsi olaraq Stray Kids-in youTube kanalında "꼬마별" (azərb. "kiçik ulduz"‎) mahnısı üçün video yayımlandı.

TC Candler-ə görə Hyoncin, 36-cı yeri tutaraq "2020-ci ilin ən yaraşıqlı 100 siması"na daxil oldu.

O, MinhoSunmin ilə birlikdə Day6-dan Young K-nın aparıcılığı ilə "Day6 Kiss The Radio (DeKiRa)" verilişində qonaq olub.

Fevralın 22-də anonim bir şəxs Hyoncini orta məktəbdə ona sataşmaqda ittiham etdi. 27 Fevral 2021-ci ildə Hyoncin ona qarşı olan ittihamlar səbəbiylə rəsmi bir fasilə verdi. O, həmçinin əlyazma üzrxahlığını da paylaşdı . Həmin vaxt Stray Kids "Kingdom: Legendary War"-da (azərb. Krallıq: Mnet üçün əfsanəvi müharibə‎}iştirak edirdi və Hyoncin yalnız şounun ilk epizodunda göründü. 23 avqust 2021-ci ildə Hyoncin və Stray Kids-in tam heyəti ikinci tammetrajlı albomu 'NOEASY'-ni buraxdılar. 26 iyun 2021-ci ildə Stray Kids üçüncü rəqəmsal sinqlı olan "Mixtape: Oh (애)" adlı mahnı yayımlandı.Bu musiqi videosunda iştirak etməsi ilə şirkət iyulda Hyoncinin aktiv fəaliyyətə qayıdacağı açıqladı.

10 iyul 2021-ci ildə Stray Kids youtube kanalında Sam Tinnesz və Yacht Money tərəfindən ifa olunan "Play With Fire" mahnısında Hyoncin tərəfindən səhnələşdirilən xoreoqrafiyanın videosu yayımlandı. 16 sentyabr 2021-ci ildə İtalyan brendi ETRO, Minho, Hyoncin və Feliks ilə birlikdə Etro Earthbeat kampaniyasını reklam edən xoreoqrafiyalı video yayımladı. Həmçinin, Minho, Hyoncin və Feliks ETRO ilə əməkdaşlıq edən ilk K-pop idollarıdır. 19 oktyabr 2021-ci ildə çəkilişin pərdəarxası görüntüləri Stray Kids YouTube hesabında yerləşdirildi. 2021-ci ilin oktyabrında Hyoncin "Mnet Studio Choom Artist" tərəfində ayın sənətkarı seçildi. Oktyabrın 11-də onların YouTube kanalında xoreoqrafiyanın hissələri və keçmişi ilə bağlı xatirələrini bölüşdüyü müsahibəsindən fraqmentlər olan tizer yerləşdirilib. Bu tizer həmçinin Hyoncinin JYP Entertainmentdə xoreoqrafiyaya hazırlaşdığı anları da göstərdi. Tam video oktyabrın 17-də, gecə yarısı (Koreya vaxtı ilə) yayımlandı.Xoreoqrafiya Post Malone-un "Motley Crew" mahnısı üçün MOTF (Beom Kim & Haeri Park) tərəfindən hazırlanmışdır. 2021-ci ilə TC Candler-ə görə Hyoncin, "2021-ci ilin ən yaraşıqlı 100 siması"-nda 14-cü yeri tutdu.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://straykids.jype.com/Default/Profile.
  2. "Hyunjin (Stray Kids) Profile and Facts". 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-06.
  3. "SF9's Chani And Stray Kids' Hyunjin Appointed As New MCs For "Music Core"". Soompi (ingilis). 1550122613. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-21.
  4. "Stray Kids' Hyunjin And I.N Are Ready For Their Acting Debut In This "A-Teen 2" Preview". Koreaboo (ingilis). 2019-06-10. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-21.
  5. "[V Report] Stray Kids appear in web drama". kpopherald.koreaherald.com. 2021-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-21.