Hvason-12 (ingiliscə: Hwasong-12; Chosŏn'gŭl: 화성 12; Hanja: 火星 12) və ya alternativ adı ilə KN-17[2] – Şimali Koreya tərəfindən istehsal olunmuş orta mənzilli ballistik raket. Hvason-12 ilk dəfə 14 aprel 2017-ci il tarixində Şimali Koreya dövlətinin qurucusu hesab olunan Kim İr Senin doğum günü münasibətilə təşkil olunan hərbi parad zamanı nümayiş olunmuşdur.[3]
Hvason-12 | |
---|---|
Tipi | Ballistik raket |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 14 may 2017[1] - davam edir |
İstismara başlanması | 2017 |
İstismar edənlər | Şimali Koreya |
İstehsal tarixçəsi | |
İstehsalçı | Şimali Koreya |
Xüsusiyyətləri | |
Ağırlığı | 28 ton |
Hündürlüyü | 16 m |
Vikianbarda əlaqəli mediafayllar |
Cəhd | Tarix | Ərazi | Nəticə | Əlavə məlumat |
---|---|---|---|---|
1 | 4 aprel 2017
06:12 |
Sinpo | Uğursuz | Yer səthindən 189 km yüksəkliyə qədər qalxan raket 60 km məsafə qət etdikdən sonra dənizə düşmüş və sınaq uğursuzluqla nəticələnmişdir.[4] |
2 | 15 aprel 2017
05:51 |
Sinpo | Uğursuz | Raket havaya qalxdıqdan 4-5 saniyə sonra partlamışdır.[5] |
3 | 28 aprel 2017
05:33 |
Pukçanq | Uğursuz | Raket 25 mil (40 km) məsafə qət etdikdən sonra partlamışdır.[6] |
4 | 14 may 2017
04:58 |
Kusonq | Uğurlu | Yer səthindən 2,111.5 km yüksəkliyə qədər qalxan raket 787 km məsafə qət edərək Yapon dənizinə düşmüşdür. Sınağın uğurla başa çatdığı elan olunmuşdur.[7] |
5 | 29 avqust 2017 | Sunan | Uğurlu | Yer səthindən 550 km yüksəkliyə qədər qalxan raket Yaponiyaya məxsus Hokkaydo adasının üzərindən keçərək ümumilikdə 2700 km məsafə qət etdikdən sonra Sakit Okeanda yerləşən yapon adalarının 1180 km şərqinə düşmüşdür.[8] |
6 | 15 sentyabr 2017 | Sunan | Uğurlu | Yer səthindən 770 km yüksəkliyə qədər qalxan raket Yaponiyaya məxsus Hokkaydo adasının üzərindən keçərək ümumilikdə 3700 km məsafə qət etdikdən sonra Hokkaydo adasından 2200 km şərqdə Sakit Okeana düşmüşdür. Şimali Koreya tərəfindən bu tarixə qədər həyata keçirilmiş ən uzun məsafəli raket sınağı olmuşdur.[9] |