III Əbdülmalik (Dərbənd – Dərbənd) — Dərbəndin son əmiri.[2]
III Əbdülmalik | |
---|---|
may 1065 – oktyabr 1065 | |
Əvvəlki | Mənsur ibn Əbdülmalik |
Sonrakı | I Fəribürz (Maymun ibn Mənsur) |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat yeri | |
Milliyyəti | ərəb |
Atası | II Ləşkəri |
Anası | Qaytaqlı bir qadın |
Atası II Ləşkərinin öldürüldüyü il doğulmuşdu və anasının vətəni olan Qaytaqda böyümüşdü. 1065-ci ilin aprelində rəislərdən biri olan Müfərric ibn Müzəffər Sərirə qaçdı və oradan Qaytağa keçdi. 10 yaşındakı Əbdülmaliki də özü ilə götürüb Dərbəndə gələn Müfərric Maymunu devirdi.
Əmirliyi əslində əmirin qəyyumu Müfərric idarə edirdi. Şirvanşahın hücumlarından qorunmaq üçün Müfərric əvvəlcə Məmlan ibn Yezidi Dərbəndə gətirtsə də, sonra fikrindən daşındı. Oktyabr ayında böyük bir qüvvə ilə yürüşə keçən Şirvanşah I Fəribürz Dərbəndi ələ keçirdi və Dərbənd əmirliyinin müstəqilliyinə son qoydu. Dərbənd həmişəlik Şirvanşahlar dövlətinə birləşdirildi.
İşğaldan sonra Qaytaq ölkəsinə qaçan Əbdülmalik səlcuqların Şirvana basqınından istifadə edərək 27 oktyabr 1068-ci ildə Dərbəndə qayıdaraq şəhəri geri aldı. 28 dekabr 1068-ci ildə rəislərin arasındakı münaqişələrlə bacarmayan əmir yenidən Qaytağa qayıtdı. Şahzadə Əfridun (sonrakı I Əfridun) Dərbəndə canişin olaraq gəldi. 1070-ci ildə xalq yenə üsyan edərək Əfridunu devirdi və əmiri Qaytaqdan çağırdı. 1075-ci ildə isə yenidən devrildi. Qaytağa qaçan əmir xalq tərəfindən Qimeydi kəndi yaxınlığında tutuldu və həbs edildi.