III Ağaxan Sultan Məhəmməd xan (ing. Sir Sultan Mahomed Shah, Aga Khan III; 2 noyabr 1877[1][2][…] və ya 1877[3], Kəraçi, Britaniya Hindistanı və ya Britaniya Hindistanı – 11 iyul 1957[1][2][…] və ya 1957[3]) — ismailik təriqətinin 48-ci imamı (1885-ci ildən), Hindistan burjua dairələri ilə əlaqədar olan siyasi xadim.
III Ağaxan | |
---|---|
Doğum tarixi | 2 noyabr 1877[1][2][…] və ya 1877[3] |
Doğum yeri | |
Vəfat tarixi | 11 iyul 1957[1][2][…] və ya 1957[3] |
Dəfn yeri | |
Vətəndaşlığı |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
III Ağaxan Sultan Məhəmməd xan 2 noyabr 1877-ci ildə o dövrlər Britaniya Hindistanının tərkibində olan Kəraçi şəhərində anadan olmuşdur. Onun anası Nəvvab Aliyə Şəmsülmülk Fətəli şah Qacarın nəvəsi idi.[5] III Ağaxan 1930–1932-ci illərdə London konfransında və 1932, 1934–1937-ci illərdə Millətlər Cəmiyyəti iclaslarında Hindistan nümayəndə heyətinə rəhbərlik etmişdir. Onun bir çox ölkədə müəssisələri var idi. III Ağaxan dini məsələlərdə islamda burjua modernizminin tərəfdarı olmuşdur. O, 11 iyul 1957-ci ildə İsveçrənin Cenevrə şəhərində vəfat etmişdir.[6]