III Antioks

III Antiox (q.yun. Αντίοχος Γ' ο Μέγας; E.ə. 241 – E.ə. 187) — Selevkilər imperiyasının hökmdarı.

III Antiox
q.yun. Ἀντίοχος Μέγας
Doğum tarixi təq. e.ə. 242[1][2]
Vəfat tarixi e.ə. 187[1]
Fəaliyyəti suveren[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antiox Midiya satrapı, qardaşı Aleksandri Fars satrapı təyin ədir. Lakin Molon Selevkilər sülaləsinə qarşı üsyan qaldırır. E.ə. 222–220-ci illərdə o, öz hakimiyyətini genişləndirir. Lakin Molonun hakimiyyəti uzun sürmur. O, döyüşlərin birində məğlub olur, əsir düşməsin dəyə özünü öldürür.

III Antiox sərkərdəsi Diokeni Midiyaya hakim təyin edir. Molonun üsyanina qonşu vilayətlər və ölkələr ərzaq və ordu qüvvəsilə yardim göstərirdilər. Könüllü yardım göstərənlərin içərisində Azərbaycan əhalisi də varmiş, Artabazan isə ölkənin hökmdari imiş.

III Antiox Molonun üsyanını yatırdıqdan sonra Azərbaycana soxulur. Azərbaycan dövləti hələ Əhəmənilər imperiyası dövründə öz varlığını saxlayırdı və Makedoniyalı İsgəndər bu əraziyə laqeyd yanaşmışdı. Adərbayqan əhalisi döyüşkən və cəsur olmuşdur.Artabazanin hakimiyyəti illərində çox güman ki, Adərbayqanın tərkibinə şərqi Ermənistan və şərqi Gurcustanin ərazisi də daxil imiş.

Artabazan Selevki ordusuna müqavimət göstərə bilmir və III Antioxun təklif etdiyi şərtlər əsasında sülh müqaviləsi bağlamağa razılıq verir. Müqavilənin şərtləri barədə qaynaqda məlumat yoxdur. Lakin aydındır ki, Adərbayqan e.ə. 220-ci ildə Selevkilərdən asılı vəziyyətə düşür. E.ə. 190-cı ildə baş vermiş Maqneziya döyüşündə III Antiox Roma ordusuna məğlub olur. Bir nəçə il sonra o, həlak olur və Selevki dövlətinin parçalanmasi sürətlənir.[3]