III Ceyms (ing. James III of Scotland; 10 iyul 1451, Sterlinq qalası[d] – 11 iyun 1488, Stirlinq) — Şotlandiya kralı.
III Ceyms | |
---|---|
ing. James III | |
3 avqust 1460 – 11 iyun 1488 | |
Əvvəlki | II Ceyms |
Sonrakı | IV Ceyms |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 iyul 1451 |
Doğum yeri |
|
Vəfat tarixi | 11 iyun 1488 (36 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | siyasətçi |
Atası | II Ceyms (Şotlandiya kralı)[1] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Stüartlar |
Dini | katolisizm, Roma-Katolik kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Atasının 1460-cı ildə sui-qəsdlə öldürülməsinin ardından hələ 9 yaşında ikən Şotlandiya kralı elan olundu. Səltənətinin ilk 10 ili yerli əsilzadələrin taxt naibliyi uğrunda girişdiyi siyasi mübarizə ilə keçdi. 1469-cu ildə təkbaşına hakimiyyəti əlinə alan III Ceyms zəif xarakterli bir kral idi və səltənətinin geri qalanı 2 böyük üsyanla mübarizə apararaq keçdi. 1482-ci ildə ingilislərlə müttəfiq olan qardaşı Aleksandr Stüart taxt uğrunda üsyan etdi və bu üsyan III Ceymsin bir müddət həbs tutulmasına səbəb oldu.
Çalxantılı səltənəti 1488-ci ildə üsyan edən əsilzadələrlə döyüşdə həlak olmasıyla nəticələndi və taxt üsyançı birliklərin sevimlisi olan böyük oğlu IV Ceyms tərəfindən ələ keçirildi.
1469-cu ilin iyulunda Danimarka kralı I Kristianın qızı Marqaritayla evləndi və cütlüyün bu nigahdan 3 oğlu dünyaya gəldi.