IV Ceyms (Şotlandiya kralı)

IV Ceyms (ing. James IV of Scotland; 17 mart 1473, Holirud abbatlığı[d]9 sentyabr 1513, Nortamberlend qraflığı[d]) — Şotlandiya kralı.

IV Ceyms
şot.kelt Seumas IV Alba
ing. James IV of Scotland
11 iyun 1488 – 9 sentyabr 1513
ƏvvəlkiIII Ceyms
SonrakıV Ceyms
Şəxsi məlumatlar
Doğum tarixi 17 mart 1473
Doğum yeri
  • Holirud abbatlığı[d]
Vəfat tarixi 9 sentyabr 1513 (40 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti siyasətçi, monarx, əsilzadə
Atası III Ceyms (Şotlandiya kralı)[1]
Anası Danimarkalı Marqarita (Şotlandiya kraliçası)[1]
Həyat yoldaşı
Uşaqları
Ailəsi Stüartlar
Dini Roma-Katolik kilsəsi, katolisizm

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atasının 1488-ci ildə üsyançılarla döyüşdə öldürülməsinin ardından 15 yaşında ikən Şotlandiya kralı elan olundu. Donanmanın inkişaf etdirildiyi səltənəti Şotlandiya tarixinin ən parlaq illəri hesab olunur. Digər tərəfdən sənətə önəm verirdi və dövrün bir çox sənətçisini və incəsənət xadimini himayə etdi. Şotlandiyada ilk mətbəə və 2 böyük universitet məhz onun səltənətində quruldu. 1496-cı ildə parlamentin icbari təhsillə bağlı verdiyi qərarla ibtidai təhsil məcburi oldu. Dövlət gəlirləri məhz onun dövründə artırıldı. 1502-ci ildə bağlanan sülh və ertəsi il İngiltərə kralı VII Henri Tüdorun qızı Marqaritayla evlənməsi ingilislərlə münasibətləri yaxşılaşdırdı və 1603-cü ildə hər iki krallığın birləşdirilməsinə yol açdı.

1507-ci ildə Roma papası II Yuli tərəfindən Xristian İnancının Qoruyucusu ünvanını aldı.

1513-cü ildə İngiltərə kralı olan qaynı VIII Henrinin Fransaya müharibə elan etməsinin ardından, ingilislərlə sülhdən imtina etdi və Fransa kralı I Fransiski dəstəklədi. Ancaq həmin il ingilislərlə baş tutan döyüşdə məğlub edildi. O əsnada taxt naibəsi olan kraliça Araqonlu Ketrinin rəhbərlik etdiyi ingilis birliklərinə məğlub olan IV Ceyms döyüş meydanında öldürüldü. Taxt özündən sonra bir yaşlı oğlu V Ceymsə qaldı.

25 yanvar 1503-cü ildə Riçmond sarayında İngiltərə kralı VII Henri Tüdorun qızı Marqaritayla evləndi. Cütlüyün bu nigahdan 6 övladı olsa da, bunlardan yalnız biri yetkinlik yaşına çata bildi.

  • James the Fourth, Norman Macdougall (2006 with two earlier editions, regarded as definitive).
  • King James IV of Scotland, R.L. Mackie (1958, the most important previous biography).
  • Ashley, Mike. British Kings & Queens. Carroll & Graf. 2002. 280–286. ISBN 978-0-7867-1104-8.
  • Buchanan, Patricia Hill. Margaret Tudor, Queen of Scots. Scottish Academic Press. 1985. ISBN 978-0707304243.
  • Dawson, Jane. Scotland Re-formed, 1488–1587 (New Edinburgh History of Scotland). Edinburgh University Press. 2007. ISBN 978-0748614554.
  • James IV in Oxford Dictionary of National Biography, Oxford University Press, New York, 2004, Vol. 29, pp. 609–619
  • Higgins, James, Scotland's Stewart Monarchs. A Free Translation of Works by Hector Boece / John Bellenden and Robert Lindsay of Pitscottie (2020). Arxivləşdirilib 13 avqust 2023 at the Wayback Machine
  • Accounts of the Comptroller, Sir Duncan Forestar, 1495–1499, Miscellany of the Scottish History Society, vol. 9 (1958), 57–81 (in Latin).
  • Bain, Joseph, ed., Calendar of Documents relating to Scotland, 1357–1509, vol. 4, HM Register House, Edinburgh (1888)
  • Leland, John. Joannis Lelandi Antiquarii de Rebus Britannicis Collectanea. Impensis Gul. & Jo. Richardson. 1770. 258–300.
  • Loades, David. Henry VIII: Court, Church and Conflict. The National Archives. 2009. ISBN 978-1-9056-1542-1.
  • Flodden Papers, 1505–1517, ed. Marguerite Wood, Scottish History Society, (1933), French diplomatic correspondence (does not refer to the battle).
  • Letters of James IV, 1505–1513, ed. Mackie & Spilman, Scottish History Society (1953), English summaries of international letters.
  • Nield, Jonathan, A Guide to the Best Historical Novels and Tales, Ayer Publishing, 1968, ISBN 978-0-8337-2509-7
  • Fatal Rivalry: Henry VIII, James IV and the Battle for Renaissance Britain – Flodden 1513, George Goodwin (2013)
  • Gosman, Martin; MacDonald, Alasdair A.; Vanderjagt, Arjo J. Princes and Princely Culture 1450–1650, Volume 1. Brill. 2003. ISBN 978-9004253520.
  • Setton, Kenneth Meyer. The Papacy and the Levant, 1204–1571. American Philosophical Society. 1976. ISBN 978-0871691613.
  1. 1 2 3 4 5 Kindred Britain.
  2. Lundy D. R. James IV Stewart, King of Scotland // The Peerage (ing.).