II Con (fr. Jean II) və ya Xeyirxah Con (fr. Jean le Bon) (26 aprel 1319, Le-Man[d] – 8 aprel 1364, London) — Valua sülaləsinə mənsub ilk Fransa kralı.[2][3][4][5]
II İoann | |
---|---|
fr. Jean II de France | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 aprel 1319 |
Doğum yeri |
|
Vəfat tarixi | 8 aprel 1364 (44 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | VI Filipp (Fransa kralı)[1] |
Anası | Burqundiyalı Janna (Fransa kraliçası)[1] |
Uşaqları | |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Taxta çıxdığı əsnada Fransa bir neçə fəlakətlə eyni anda üzləşdi: əhalinin 40%-nin ölümünə səbəb olan vəba epidemiyası, Jakeriya adını alan kəndli üsyanları, kralın əsir düşdüyü Puatye döyüşü də daxil olmaqla, ingilislər qarşısında alınan ağır həbi məğlubiyyətlər və s.
II Con Londonda məhkum olduğu illərdə, oğlu Çarlz kral naibi olaraq hakimiyyəti ələ aldı və qarşılaşdığı bir neçə kəndli üsyanıyla mübarizəyə başladı. Bütün bu ayaqlanma və üsyanları yatırmasına baxmayaraq Çarlz atasını azadlığa buraxmaq üçün 1360-cı ildə bağlanan sülhlə cənub-qərbi Fransanın böyük bir hissəsini ingilislərə təslim etdi.
Sülhün şərtlərinə görə, ikinci oğlu Lüdoviki öz yerinə girov qoydu və böyük məbləğdə xərac toplaması şərtilə azadlığa buraxıldı. Geri döndükdən sonra ölkə iqtisadiyyatını bərpa etmək üçün maliyyə islahatları apardı və frank valyutasını yaratdı. Ölkədəki mühüm maliyyə birliklərini davam edən səlib yürüşlərinə göndərərək onlardan xilas olmaq istədi. Ancaq papa VI İnnokent onunla Avinyondakı görüşdən qısa müddət sonra vəfat etdi və bu planları baş tutmadı.
Girov saxlanılan oğlu Lüdovikin İngiltərədən qaçmasının ardından, sülh sazişinin pozulmaması üçün könüllü olaraq Londona getdi və təslim oldu. Yerinə isə oğlu Çarlzı yenidən naib ünvanıyla krallığın başına gətirdi. Londonda mərasimlə qarşılandıqdan bir neçə ay sonra 1364-cü ildə bilinməyən bir xəstəlik səbəbilə vəfat etdi.
Bu məqalə qaralama halındadır. |