III Tiberi (yun. Τιβέριος)(VII əsr – 15 fevral 706, Konstantinopol) — Bizans imperatoru.[1][2][3]
III Tiberi | |
---|---|
Əvvəlki | Leonti |
Sonrakı | II Yustinian |
Şəxsi məlumatlar | |
Doğum tarixi | VII əsr |
Vəfat tarixi | 15 fevral 706 |
Vəfat yeri | |
Vəfat səbəbi | başın kəsilməsi |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | Admiral |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında yetərli məlumat yoxdur. 698-ci ildə imperator Leontinin şimali Afrikaya göndərdiyi donanmada xidmət etdiyi, əslən alman olduğu bilinir. Bu yürüşdə məğlub olan Bizans donanması Konstantinopola geri dönərkən, Tiberinin rəhbərliyi altında Krit adası yaxınlığında üsyan etdi. Hələ yolda ikən onu imperator elan etdilər və paytaxtdakı dəstəkçilərinin də köməyilə döyüşmədən Konstantinopola daxil oldular. Ələ keçirilən imperator Leontinin burnu və dili kəsilərək paytaxtda bir kilsəyə həbs olundu.
Hakimiyyəti ələ aldıqdan sonra şərqi Anadoludakı ərəb nüfuzunun azalmasıyla məşğul oldu. 700-cü ildə göndərdiyi orduyla bölgəni yenidən Bizans hakimiyyətinə qatdı. Sərhəd bölgələrindəki qalaları təhkim etdirdi. 703 və 704-cü illərdə ərəblərin Kilikiyaya etdiyi ardıcıl hücumları dəf etdi.
Digər yandan vaxtilə imperator Leontinin devirib sürgün etdiyi II Yustinianı tamamilə aradan qaldırmaq niyyətində idi. Bunu anlayan Yustinian qaçıb Xəzər xaqanı Busirə, daha sonra isə Bolqar çarı Tervel xana sığındı. Onunla birlikdə topladığı bulqar ordusuyla 705-ci ilin yazında Konstantinopolu mühasirəyə aldı. Ancaq keçmiş imperator Yustinian gizli bir su yoluyla şəhərə daxil oldu.
Taxtdan endirilən Tiberi qaça bilsə də, ertəsi il ələ keçirilib Konstantinopola gətirildi. 15 fevral 706-cı ildə sələfi Leontiylə birlikdə zəncirlənərək şəhər meydanında edam olundu. Hər ikisinin cəsədləri dənizə atıldı.