III Yezdəgird (624, İstəhr – 652, Mərv) — 38-ci və ya sonuncu Sasani şahənşahı, fars imperiyasının son hökmdarı. 632–651-ci illərdə hakimiyyətdə olmuşdur. Zərdüşt təqvimi onun hakimiyyətə gəldiyi ildən hesablanır.
III Yezdəgird | |
---|---|
یزدگرد | |
| |
16 iyun 632 – 651 | |
Əvvəlki | IV Xosrov |
Sonrakı | imperiyanın süqutu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ktesifon |
Vəfat tarixi | |
Vəfat yeri | Mərv |
Fəaliyyəti | suveren[d] |
Atası | Şəhriyar |
Həyat yoldaşı | Maynanh |
Uşaqları | |
Dini | Zərdüştlük |
Vikianbarda əlaqəli mediafayllar |
Qarışıqlıqdan istifadə edilərək 632-ci ildə gənc yaşlarında hakimiyyətə gətirildi və hakimiyyətinin ilk illərində dövlət işləri ilə məşğul ola bilmədi. Dövləti onun adından yüksək rütbəli əyanlar idarə edirdilər. Onun hakimiyyətə gəldiyi vaxtlarda daxili münaqişələr, saray çəkişmələri, əyanların özbaşınalığı artmışdı. Həmin dövrdən başlayaraq ərəb hücumları kəskinləşmişdi.
Sasanilərin əzəli düşməni olan Bizansla münasibətləri qaydaya salmaq məqsədilə Bizans imperatoru Herakliusun oğlu Konstantinin qızı Maynanh ilə evləndi. Bu evlilikdə III Yezdəgirdin məqsədi ölkənin vəziyyətini yaxşılaşdırmaq və Bizansdan kömək almaq idi. Lakin bu tədbirlər imperiyanın süqutunun qarşısını ala bilmədi.
Ərəblər 633-cü ildən başlayaraq Sasanilər ərazisinə hücumlar etməyə başladılar. Tərəflər arasında ilk döyüşlər Mesopatomiya ərazisində baş vermişdir. İlk döyüş Zincirlər müharibəsi olmuşdur. Sasanilər ilə Ərəblər arasında 633–634-cü illərdə baş verən 9 döyüşdə ərəb sərkərdəsi Xalid ibn Vəlid qələbə qazanmışdır.
Ərəblərlə Sasanilər arasında 636-cı ildə Qadsiyyə döyüşü baş verdi və bu döyüş həlledici döyüş oldu. Bu döyüşdə Cavanşirin başçılıq etdiyi alban ordusu da Sasanilərə kömək edirdi. Sayca qat-qat çox olan ərəblər farsları məğlub etdi, bu döyüşdən sonra imperiyanın süqutu sürətləndi. 637-ci ildə Ərəblər imperiyanın paytaxti Ktesifonu tutdular. III Yezdəgird Xorasana qaçdı. 642-ci ildə baş verən Nəhavənd və Həmədan (bəzən İsfahan kimi də qeyd edirlər) döyüşlərində də azsaylı fars dəstələri məğlub oldu. III Yezdəgird isə 651-ci ildə Mərvdə bir oğru tərəfindən öldürüldü.
III Yezdəgirdin oğlu Firuz digər fars əyanları ilə birgə Xorasana qaçdı. Farslar orda Samanilər dövlətini qurdular. Firuz isə Çinə qaçdı. III Yezdəgirdin qızı Şəhrbanu şiələrin III imamı Hüseyn ibn Əli ilə evləndi və onun adı fars şiələri tərəfindən xüsusilə yad olunur. Tarixçilərin çoxu onu Sasani şahı III Yezdəgerdin qızı və şiələrin 4-cü imamı Əli ibn Hüseynin anası olaraq bilməkdədir. Lakin müasir dövr tədqiqatçılarının bu mövzuda şübhələri var.