Şəhrəbanu və ya Şəhrbanu (fars. شهربانو; bilinmir, İran – 658) (adının mənasi, torpağın xanımı)— III Yəzdigirdin qızı, İslami qaynaqlara görə Hüseyn ibn Əlinin (ə) həyat yoldaşı, şiələrdə dördüncü imam hesab edilən Əli ibn Hüseynin (ə) anası. Lakin təqzibedilməz elmi-tarixi faktların işığında tarixçilərin araşdırmaları göstərir ki, onun Hüseyn ibn Əlinin (ə) həyat yoldaşı və Əli ibn Hüseynin (ə) anası olması bir tarixi mifdir.
Şəhrəbanu | |
---|---|
fars. شهربانو | |
Doğum tarixi | bilinmir |
Doğum yeri | |
Vəfat tarixi | 658 |
Həyat yoldaşı | |
Uşağı | |
Atası | III Yezdəgird |
Vikianbarda əlaqəli mediafayllar |
Halbuki, Mürtəza Mütəhhəri, Seyyid Cəfər Şahidi və Doktor Əli Şəriəti kimi böyük ilahiyyatçı, və tarixçilər İmam Hüseynin (ə) Şəhrəbanu ilə evlənməsi hekayəsinin həqiqiliyinə şübhə ilə yanaşıp və bu rəvayətləri rədd ediblər.[2][3]
Tarixi nöqteyi nəzərdən Sasani hökmdarı lI Xosrov (591–628) və süryani xristian etiqadlı, indiki Suriya ərazisindən olan Şirinin (bax : Xosrov və Şirin) nəticəsidir. Nənəsi afrika əsilli, qaradərilidir. Belə ki, II Xosrovun Şirinlə izdivacından doğulmuş, III Yəzdigirdin atası olan Şəhriyar afrikalı bir cariyə ilə evlənmişdi.[4]. Bəhai dininin qurucusu Bəhaullah öz şəcərəsini də Şəhrəbanuya bağlayırdı.[5] Əl-Məsudinin yazdıqlarına görə III Yəzdigirdin iki oğlu və üç qızı var idi, qızlarının adı Adraq Şahar Banu və Mərdavand idi.[6] Bəzi şiə tarixçilərinə görə Əli ibn Hüseynin doğulmasından sonra vəfat etmişdir.[7] Bu Şəhrbanunun təxminən 659-cu ildə vəfat etdiyini deməyə əsas verir. Ərəb orduları Sasaniləri məğlub edib paytax Mədaini ələ keçirərkən Şəhrbanunu qul kimi Mədinə bazarına gətirirlər. Qabusnamə əsərinin müəllifinə görə bu zaman Mədinədə olan Salman Farsi işə qarışaraq Şəhrbanunu Hüseyn ibn Əlinin arvadı olmasını təklif edir, çünki adlı-sanlı şahzadə xanıma başqa aşağı dərəcəli birini rəva bilmir.[8] Bəzi mənbələrin yazdıqlarına görə III Yəzdigirdin digər qızı yəhudi Eqzilarxı, yəni ərəb ağalığında yaşayan yəhudilərin dini başçısı Bostanai ilə evlənib.[9]
Şəhrbanunun İran ərazisində ölməməsinə baxmayaraq Tehranda onun adına bir movzeley və onun bu ərazidə vəfat edildiyinə inanılır.[10]
Şəhrbanu tarixi şəxsiyyəti şiəlik inancı ilə islamaqədər İran-fars ənənələrinin arasındakı bir körpüdür. Baxmayaraq ki, bu sasani şahzadəsinin imamların anası kimi təqdim edilməsi bir tarixi uydurmadır və Şiəliyin İran ərazisində yayılmasında bir legitimlik vasitəsi olub. Bu mif kifayət qədər islami mənbələrdə şübhə altına qoyulmayıb və hələ də çox insan onun doğruluğuna inanır.[11][6] Belə ki, əlimizdə olan 9-cu əsrə aid ən qədim mənbələrdə İmam Zeynəlabdinin, dördüncü imamın anasının, Sind vilayətindən bir hindli cariyənin olması və adının Qazala və ya Solafa olması açıq-aşkar bəllidir. Ebn Saʿd (ö. 844–45) and Ebn Qotayba (ö.889) bu barədə dəqiq məlumat verir.[12] Üstəlik Ərəblərin Sasanilər ilə savaşlarını və İranın işğalının detallı təsvirlərini verən dövrün tarixçilərinin, nə ərəb, nə də ki digər, heç biri bu kimi vacib məsələdən qətiyyən bəhs etmir. Bircə o faktı xatırlatmaq kifayətdir ki, Firdovsi Şahnamə əsərində Sasani şahlarının son aqibətlərindən bəhs etsə də bu mövzudan o da bəhs etmir. Özünün əl-Kamel əsərində dilşünas Mobarrad (ö.900-cü il) ilk dəfə olaraq , Əli Zeynəlabidinin anası olan hind cariyəsi olan Solafanın əslində III Yezdəgirdin qızı olmasını yazır. O həmçinin Fars qadınlarının alicənablığından və onların necə nəzakətli olmasından bəhs edir.[13] Eyni zamanlarda, tarixçi Yaqubi (ö.904) və din alimləri Musa Novbaxti və Sad ibn Abd-Allah (ö. 912–13) ilk şiə müəllifləridir ki, Şəhrbanu haqqında əfsanə tarixi fakt kimi təqdim edirlər və onu imam Hüseynin xanımı olmasından bəhs edirlər.[14] Ən təəcüblüsü isə budur ki, 10-cu əsr şiə və həmçinin sünni alimləri bu tarixi əfsanəyə doğruluq köynəyi geyindirmək üçün bəzən uydurma hədislərdən sitatlar gətirirlər. Ṣaffar Qomi (ö. 902–903) bu müəlliflərdəndir. İlk dəfə olaraq Saffar Qomi Şəhrbanu haqqında məlumatları hədis kimi təqdim edir, yəni müqəddəs istinad kimi. Onun uydurma tarixi faktları çox təəsüff ki sonradan digər islam alimləri və tarixçiləri tərəfindən tarixi fakt kimi qəbul edilib. Məsələn, müəllif yazır ki, Şəhrbanu İmam Əli ilə farsca danışıb.[11] Əmir Moezzinin elmi kitabında deyildiyi kimi, İmam Zeynələbdini və ondan sonra gələn imamları həm vəlayət mərtəbəsində Əli və Fatiməyə, həm də qədim fars-İran tarixinə bağlamaq üçün Şəhrbanu personajı bir xüsusi funksiya daşıyıb.[15] 9–12-ci əsrdə islami mənbələrdə İmam Hüseyn ilə Şəhrəbanun evliliyi haqqında onlarla tarixi istinad tapmaq olar, lakin onların hamısı bu 9–10 əsr ilkin uydurma mənbələri və sənədi-istinadı olmayan imamlara, o cümlədən 8-ci imama aid edilən hədislərdir.[16]
İmam Səccadın (ə) anası Həzrət Şəhrəbanu (ə) axırıncı Sasani padşahı, III Yəzdgirdin qızı idi. Ona Səlamə və Qəzalə də deyirdilər. İslam ordusu İranı fəth etdikdən sonra Şəhrəbanu əsir kimi Mədinəyə gətirilmiş və burada öz seçimi ilə imam Huseynlə (ə) ailə qurmuşdu. Onun hansı xəlifənin (Ömərin, Osmanın, ya da Əlinin (ə)) xilafəti dövründə ailə qurması barədə üç ehtimal irəli sürülür. Şəhrəbanunun ilk övladı olan imam Səccad (ə) hicrətin 37-ci, yəni imam Əlinin (ə) xilafətinin üçüncü ilində (ya da hicrətin 36-cı ilində, imam Əlinin (ə) xilafətinin ikinci ili) doğulduğu üçün bu evlənmənin Osmanın, ya da Əlinin (ə) xilafəti dövründə baş verdiyi daha dəqiq ehtimaldır. Çünki imam Huseynin (ə) Şəhrəbanu ilə evləndiyi ilk on ildə onların uşaqlarının olmaması inandırıcı görünmür. ("Bihar", c.46, səh.10)
Rəvayətə görə, İranın Mədain şəhəri İslam ordusu tərəfindən fəth olunmamışdan əvvəl Şəhrəbanu bir gecə yuxuda görüb ki, Peyğəmbər (s) imam Huseynlə (ə) birlikdə Mədaindəki sarayın eyvanına daxil olur və ona xitab edərək buyurur: "Ey əcəm padşahının qızı! Mən səni Huseynə (ə) nişanladım".
O, sonrakı gecə də isə yuxuda Həzrət Zəhranı (ə) görüb ki, Xanım Zəhra ona deyir: "Sən oğlumun nişanlısı və mənim gəlinimsən. Tezliklə müsəlmanlar qalib gələcəklər və sən də onlara əsir olacaqsan. Nigaran olma, tezliklə ərin, oğlum Huseynin (ə) vüsalına çatacaqsan". ("Bihar", c.46, səh.11; "Rəyahinuş-şəriət", c.3, səh.11)
İmam Huseynin (ə) Şəhrəbanu ilə evlənməsi barədə imam Baqirin (ə) buyurduğu sözlər
İmam Muhəmməd Baqir (ə) buyurur: "Yəzdgirdin qızı (Şəhrəbanu) əsir kimi Mədinəyə gələndə, Mədinənin qızları onun tamaşasına düzülmüşlər. O, məscidə daxil olanda məsciddə olanlar heyrətə gəlmişlər. Ömər ona baxanda, o, üzünü gizlətmiş və farsca demişdir: "Vay! Hörmüzün ruzigarı qara gəldi".
Ömər (farsca bilmədiyi üçün): "Bu qız məni söyür?" – söyləmiş, sonra isə onu satmaq qərarına gəlmişdir. Əmirəl-möminin Əli (ə) Ömərə buyurub: "Sənin buna haqqın yoxdur. Seçmək ixtiyarını öz öhdəsinə qoy. Hər kimi bəyənsə, mehriyyəsini həmin şəxsin beytul-maldakı payından hesabla".
Ömər Əlinin (ə) təklifini bəyənmiş və seçmək ixtiyarını Şəhrəbanunun öhdəsinə qoymuşdu. Şəhrəbanu qabağa gələrək, əlini imam Huseynin (ə) çiyninə qoymuşdur. İmam Əli (ə) ondan soruşub: "Adın nədir?" O cavab verib: "Cahanşah".
Həzrət Əli (ə): "Sənin adın Şəhrəbanuvəyh olsun!" – söyləmiş, sonra isə imam Huseynə belə (ə) buyurmuşdu: "Ey Huseyn! Şübhəsiz, bu qızdan sənin üçün yer üzünün ən yaxşı insanı dünyaya gələcək". ("Usuli Kafi", c.1, səh.467)
Şəhrəbanu əsir kimi Mədinəyə gətiriləndə, Həzrət Əli (ə) ondan soruşdu: "Atandan fil süvariləri (və İran ordusunun məğlubiyyəti) barəsində hansı sözləri xatırlayırsan?"
Şəhrəbanu cavabında dedi: "Yadımdadır, atam o zaman deyərdi ki, hər zaman Allahın iradəsi qalib gəlsə, bütün arzular onun müqabilində xar və nakam olar. Hər zaman ömürün, izzət və şövkətin sonu çatsa, ölüm vaxtı çatacaq. Onun qabağında təslim olmaqdan başqa çarə yoxdur".
Həzrət Əli (ə) buyurdu: "Doğrudan da atan necə də gözəl bir söz deyib! Bütün işlər İlahi müqəddəratın müqabilində xar və təslim olar. Hətta, əcəl çatan zaman belə, insanın xahişlərinə və gördüyü tədbirlərinə qalib gələr".
Həzrət Şəhrəbanu imam Səccadı (ə) dünyaya gətirəndə dünyasını dəyişib.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |