II Feysəl (ərəb. الملك فيصل الثاني əl-Məlik Feysəl əs-Sani; tam adı: Feysəl bin Qazi bin Feysəl bin Hüseyn bin Əli; 2 may 1935[4][5][…], Bağdad[4] – 14 iyul 1958[4][5][…]) — İraq krallığının sonuncu kralı.
Feysəl bin Qazi bin Feysəl bin Hüseyn bin Əli | |
---|---|
ərəb. الملك فيصل الثاني | |
| |
4 aprel, 1939 – 14 iyul, 1958 | |
Əvvəlki | Qazi ibn Əli əl-Haşimi |
Sonrakı | Məhəmməd Nəcib ər-Rübai,İraq Respublikasının prezidenti |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bağdad, İraq |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Bağdad, İraq |
Vəfat səbəbi | kütləvi atışma[d] |
Dəfn yeri | Əl-Əzəmiyyə[1], Bağdad, İraq |
Təhsili |
|
Fəaliyyəti | Kral, hərbi qulluqçu |
Atası | Qazi ibn Əli əl-Haşimi |
Anası | Aliyə bint Əli |
Uşağı | 4[2][3] |
Ailəsi | Haşimilər |
Dini | Sünni İslam |
Hərbi xidmət | |
Qoşun növü | Kral Hərbi Hava Qüvvələri |
Vikianbarda əlaqəli mediafayllar |
II Feysəl uzun adı ilə Feysəl bin Qazi bin Feysəl bin Hüseyn bin Əli 2 may 1935-ci ildə Bağdadda, İraq krallığında anadan olub. Atası I Qazi 2-ci arvadının oğlunun adını Mustafa qoymaq istəsə də, sonra fikrini dəyişib öz atasının, Feysəlın adını qoydu. Sünni kral ailəsində doğulan Feysəl atası ilə çox vaxt keçirməyi sevərdi. Hər zaman texnikaya həvəsi olan oğul böyüyüb mühəndis olmaq istəsə də, sonralar atasının vəfat etməsi(4 may 1939) ilə 4 yaşında kral (regent) olur. Daha sonra suriya qadınla evlənib. Daha sonra Pakistanlı, əfqan və ərəb hətta fars əsilli qadınlarla evlənib:Pakistanlı əfqan və ərəb qadınlarından 4 uşağı olub: 2 -si qız, 2-si oğlan. Fars əsilli arvadı sonralar vəfat edib.
II Feysəl 14 iyul 1958-ci ildə Bağdadda, İraq Respublikasında vəfat edib. Vəsiyyəti ilə onu əl-Əzəmiyyə (ərəb. الْأَعْظَمِيَّة əl-Ə'ẓəmiyyə)də dəfn ediblər.
1958-ci ilin yay ayında Kral Hüseyn II Feysəldan hərbi yardım istədi. Çünki Livanda olan hadisələr İordaniyaya da sıçramışdı. İordaniyanın İraqdan istəyi nəticəsində polkovnik Əbdülkərim Qasım İordaniyaya komandan olaraq getdi. Bağdaddakı 14 iyul hadisələri gücləndi:İnsanlar artıq kralın evinə soxulmağa çalışırdılar. Kralın əmri heç kəs qiyamçılara zərər vermədi. II Feysəl öz xalqına təslim oldu. Daha sonra şahzadələr və kralın arvadı silahlandırıldı. Kral Feysəl onlar ilə gedərkən güllələndi. Xəstəxanaya aparılarkən sağ olan Kral Feysəl yolda vəfat etdi.
Əmman şəhərindəki Şəhid II Feysəl kolleci (ərəb. كُلِّيَّة الشَّهِيد فَيْصَل الثَّانِي Külliyyət əş-Şəhid Feysəl əs-Sani) onun şərəfinə tikilmiş, İordaniyada ən məşhur hərbi kolleclərdən biridir.
1951-ci ildə dərc edilmiş "Cüdoda özünüzü müdafiə etmənin yolları" adlı ərəb kitabının müəllifidir.