II Feysal (İraq kralı)

II Feysəl (ərəb. الملك فيصل الثانيəl-Məlik Feysəl əs-Sani; tam adı: Feysəl bin Qazi bin Feysəl bin Hüseyn bin Əli; 2 may 1935[4][5][…], Bağdad[4]14 iyul 1958[4][5][…]) — İraq krallığının sonuncu kralı.

Feysəl bin Qazi bin Feysəl bin Hüseyn bin Əli
ərəb. الملك فيصل الثاني
II Feysəl
II Feysəl
bayraq
İraq krallığının sonuncu kralı
4 aprel, 1939 – 14 iyul, 1958
ƏvvəlkiQazi ibn Əli əl-Haşimi
SonrakıMəhəmməd Nəcib ər-Rübai,İraq Respublikasının prezidenti
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bağdad, İraq
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Bağdad, İraq
Vəfat səbəbi kütləvi atışma[d]
Dəfn yeri Əl-Əzəmiyyə[1], Bağdad, İraq
Təhsili
  • Harrou Məktəbi[d]
Fəaliyyəti Kral, hərbi qulluqçu
Atası Qazi ibn Əli əl-Haşimi
Anası Aliyə bint Əli
Uşağı 4[2][3]
Ailəsi Haşimilər
Dini Sünni İslam
Hərbi xidmət
Qoşun növü Kral Hərbi Hava Qüvvələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Feysəl uzun adı ilə Feysəl bin Qazi bin Feysəl bin Hüseyn bin Əli 2 may 1935-ci ildə Bağdadda, İraq krallığında anadan olub. Atası I Qazi 2-ci arvadının oğlunun adını Mustafa qoymaq istəsə də, sonra fikrini dəyişib öz atasının, Feysəlın adını qoydu. Sünni kral ailəsində doğulan Feysəl atası ilə çox vaxt keçirməyi sevərdi. Hər zaman texnikaya həvəsi olan oğul böyüyüb mühəndis olmaq istəsə də, sonralar atasının vəfat etməsi(4 may 1939) ilə 4 yaşında kral (regent) olur. Daha sonra suriya qadınla evlənib. Daha sonra Pakistanlı, əfqan və ərəb hətta fars əsilli qadınlarla evlənib:Pakistanlı əfqan və ərəb qadınlarından 4 uşağı olub: 2 -si qız, 2-si oğlan. Fars əsilli arvadı sonralar vəfat edib.

II Feysəl 14 iyul 1958-ci ildə Bağdadda, İraq Respublikasında vəfat edib. Vəsiyyəti ilə onu əl-Əzəmiyyə (ərəb. الْأَعْظَمِيَّةəl-Ə'ẓəmiyyə)də dəfn ediblər.

1958-ci ilin yay ayında Kral Hüseyn II Feysəldan hərbi yardım istədi. Çünki Livanda olan hadisələr İordaniyaya da sıçramışdı. İordaniyanın İraqdan istəyi nəticəsində polkovnik Əbdülkərim Qasım İordaniyaya komandan olaraq getdi. Bağdaddakı 14 iyul hadisələri gücləndi:İnsanlar artıq kralın evinə soxulmağa çalışırdılar. Kralın əmri heç kəs qiyamçılara zərər vermədi. II Feysəl öz xalqına təslim oldu. Daha sonra şahzadələr və kralın arvadı silahlandırıldı. Kral Feysəl onlar ilə gedərkən güllələndi. Xəstəxanaya aparılarkən sağ olan Kral Feysəl yolda vəfat etdi.

Adına əbədiləşdirilmiş yerlər

[redaktə | mənbəni redaktə et]

Əmman şəhərindəki Şəhid II Feysəl kolleci (ərəb. كُلِّيَّة الشَّهِيد فَيْصَل الثَّانِيKülliyyət əş-Şəhid Feysəl əs-Sani) onun şərəfinə tikilmiş, İordaniyada ən məşhur hərbi kolleclərdən biridir.

Dərc edilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]

1951-ci ildə dərc edilmiş "Cüdoda özünüzü müdafiə etmənin yolları" adlı ərəb kitabının müəllifidir.

  • İraqa damğa vuranlar. Bakı ş.1997-ci il.
  • Orta Doğunun kahramanları. İzmir Kültür ve yayım evi 2009.
  1. Əl-Əzəmiyyə (الْأَعْظَمِيَّة əl-Ə'ẓəmiyyə) Bağdaddan bir qədər uzaqlıqda qəsəbədir.
  2. 4 uşağının olduğu söylənilir
  3. uşaqların 1-i əfqan,2-i pakistanlı,1-i ərəbdir.
  4. 1 2 3 Фейсал II // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. 1 2 Faysal II // Encyclopædia Britannica (ing.).