II Həsən (Xaçın knyazı)

II Həsən (doğum tarixi bilinmir – 1287[2]) – Xaçın knyazı.

II Həsən
erm. Հասան Բ
IV Yuxarı Xaçın knyazı
ƏvvəlkiI Qriqor Dop
SonrakıII Qriqor Dop
Şəxsi məlumatlar
Doğum tarixi ?
Vəfat tarixi
Atası I Qriqor Dop
Anası Mamkan xatun
Uşaqları II Qriqor Dop, Atanas[1]
Ailəsi Dop sülaləsi
Dini xristian

Hakimiyyəti Yuxarı Xaçın (Zar) ərazisini əhatə etmişdir. I Qriqor Dopun oğludur. Ağin hakimləri Vaçutyanlar nəslindən Mamkan xatunla evli olmuşdur.[3] II Həsən haqqında olan əsas tarixi mənbələr kilsə kitabələridir. Mənbələrdə qeyd edilir ki, onun hakimiyyətinə tabe olan ərazilər Göyçə gölünün şərq sahillərinə qədər uzanırdı.[4] Xronologiyalardan birinə görə II Həsən Həsən Cəlalın oğlu I İvane Atabəylə bir yerdə 1287-ci ildə vəfat etmişdir.[5]

Xaçatur Keçareçinin “Nalə” əsərində də II Həsən xatırlanır.[2] Ölümündən sonra taxta oğlu II Qriqor keçmişdir. Digər oğlu Atanas isə 12601270 Xudavəng monastırına rəhbərlik etmişdir.[1]

  1. 1 2 Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 104
  2. 1 2 Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 103
  3. Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 102—103
  4. Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 102.
  5. "Г. Григорян, Очерки истории Сюника IX—XV вв, стр., 99-100". 2009-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.