Ağin — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd.[2]
Kənd | |
Ağin | |
---|---|
40°35′29″ şm. e. 43°42′09″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Şörəyel mahalı |
Rayon | Ağin rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.470 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +374 242 |
Gümrü şəhərindən 22–23 km cənub-qərbdə, Arpaçayın üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ağit kimi[3], Qafqazın 5 verstlik xəritəsində Ağin formasında[4] qeyd edilmişdir.
Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «daxma, koma, mağara» mənasında işlənən in sözünün[5] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur.
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-78-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişdir[6].