II Kambiz (qədim farsca. Камбӯджия; e.ə. 559[1], Ekbatan – e.ə. 522, Ekbatan) — E.ə. 530-522-ci illərdə Əhəmənilər hökmdarı. E.ə. 525-522-ci illərdə Misir fironu. II Kirin böyük oğlu.
II Kambiz | |
---|---|
qəd. fars Kambūǰiya; akkad. Kambuziya; lat. Knbwzy; q.yun. Καμβύσης | |
E.ə. 530 – E.ə. 522 | |
Əvvəlki | II Kir |
Sonrakı | Qaumata |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Ekbatan, Həmədan |
Vəfat səbəbi | qanqren |
Dəfn yeri | Pasarqad |
Fəaliyyəti | suveren[d] |
Atası | II Kir |
Anası | Kassandana |
Həyat yoldaşları | Roksana və Atossa |
Ailəsi | Əhəmənilər sülaləsi |
Dini | Zərdüştilik |
Vikianbarda əlaqəli mediafayllar |
II Kir massagetlərlə döyüşdə həlak olduqdan (e.ə. 530) onun oğlu II Kambiz Əhəməni taxt-tacına sahib oldu. Kirin digər oğlu Bardi isə Babilistanın canişini vəzifəsində qaldı. II Kambiz ölkədə baş vermiş həyəcanları yatırdıqdan sonra Misir yürüşünə çıxdı. Orduya bütün işğal olunmuş ölkələrdən hərbi dəstələr cəlb etdi. E.ə. 525-ci ilin yazında Misirin Pelusiya şəhəri yaxınlığında qanlı döyüş baş verdi. Misirlilərin güclü müqavimətinə baxmayaraq Pelusiya döyüşü farsların qələbəsi ilə başa çatdı. Bundan sonra Sais şəhəri döyüşsüz təslim oldu. Memfis şəhəri qısa mühasirədən sonra II Kambizin əlinə keçdi. Misir fironu III Psammetik əsir düşdü. II Kambiz Misir fironu elan edildi. O, Misirdə XXVII sülalənin əsasını qoydu. Kambiz Nubiyanı ələ keçirmək üçün cənuba tərəf irəlilədi. Lakin bu yürüş uğursuz oldu. Bununla əlaqədar Memfis əhalisi üsyan qaldırdı. Kambiz geriyə qayıdıb üsyanı yatırdı və üsyançılara divan tutdu.
II Kambiz Doğum: ? Vəfat: e.ə. 522
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri II Kir |
Əhəmənilər imperiyası Şahı e.ə. 530- e.ə. 522 |
Xələfləri Qaumata |