II Maymun (Dərbənd əmiri)

II MaymunDərbəndin son əmiri.[2]

II Maymun
Dərbəndin XV əmiri [1]
Vəzifədədir
1065-ci ildən
ƏvvəlkiMənsur ibn Əbdülmalik
SonrakıƏbdülmalik ibn Ləşkəri
Şəxsi məlumatlar
Doğum yeri Dərbənd
Vəfat tarixi
Vəfat yeri Dərbənd
Milliyyəti ərəb
Atası Mənsur ibn Əbdülmalik
Həyat yoldaşı Qaytaqlı bir qadın

Hakimiyyəti[redaktə | mənbəni redaktə et]

Atası Mənsur ibn Əbdülmalikin öldüyü il doğulmuşdu və doğulan kimi də əmir olmuşdu. Onun dövründə kürdlərin qarətçi yürüşlərinə məruz qalan Dərbənd daha sonra I Fəribürzün intiqam hücumuna məruz qaldı. 1065-ci ilin aprelində rəislərdən biri olan Müfərric ibn Müzəffər Sərirə qaçdı və oradan Qaytağa keçdi. 6 yaşındakı Əbdülmalik ibn Ləşkərii də özü ilə götürüb Dərbəndə gələn Müfərric Maymunu devirdi.

Əmirliyə qayıdışı[redaktə | mənbəni redaktə et]

Əbdülmalik ibn Ləşkərinin 1075-ci ildə həbs edilməsindən sonra xalq Maymunu 20 avqustda yenidən taxta dəvət etdi. Lakin həmin ilin dekabrında səlcuqlar tərəfindən devrilən II Maymundan sonra əmirlik birdəfəlik Şirvanşah mülkü oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. V.Minorski -Şirvan və Dərbənd tarixi, səh 46
  2. V.Minorski -Şirvan və Dərbənd tarixi