I Alfonso (isp. Alfonso I de Braganza) (10 avqust 1377, Eştremoş[d], Portuqaliya krallığı – 15 dekabr 1461, Şaviş[d]) — ilk Braqanza hersoqu və Portuqaliyanın monarx ailələrindən Braqanza sülaləsinin banisi.
I Alfonso | |
---|---|
Əvvəlki | - |
Sonrakı | I Fernando |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 avqust 1377 |
Doğum yeri |
|
Vəfat tarixi | 15 dekabr 1461 (84 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | əsilzadə |
Atası | I Con |
Anası | İnes Peres |
Həyat yoldaşları |
Beatris Perera Norenalı Konstansa |
Uşaqları |
Afonso Braqanza İzabella Braqanza I Fernando |
Ailəsi | Braqanza sülaləsi |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Don Alfonso 1377-ci ildə Portuqaliya kralı I Conun İnes Peresdən olan nigahdan kənar övladı olaraq doğulmuşdur. Bəzi mənbələrdə anasının yəhudi əsilli bir ayaqqabı təmirçisinin qızı olduğu qeyd olunur. Don Alfonso 10 yaşında ikən atası Lankasterli Filipa ilə rəsmi şəkildə evləndi. Ancaq yeni kraliçanın saraya gəlişi olduqca səs-küylü oldu. Belə ki, o saraya gələndə kralın uzun müddətdir münasibət saxladığı İnes Peres dərhal saraydan qovuldu və daha sonra Filipanın əmriylə monastrda rahibə olaraq yaşamağa məcbur edildi. Don Alfonso və 5 yaşlı bacısı Beatris isə kraliçanın himayəsinə alındı.
Nigahdan kənar doğulmasına baxmayaraq, atası tərəfindən çox sevilən Don Alfonso, kralın yaxın dostu və mühüm komandir Nuno Alvares Pereranın qızı Beatris Perera ilə evləndirildi. Bu evliliklə Portuqaliyanın aristokrat təbəqəsinə daxil olan Don Alfonso, qaynatasının ardından Barselos qraflığına yüksəldi. Ardından siyasi və hərbi fəaliyyətə başlayan Don Alfonso 1415-ci ildə atası, qardaşları və digər mühüm ordu mənsublarıyla birlikdə Seutanın fəthinə qatıldı. 1433-cü ildə atasının vəfatından sonra taxta çıxan ögey qardaşı I Duarteylə münasibətləri olduqca yaxşı idi. Ancaq qardaşı çox keçmədən vəfat etdi və onun 6 yaşlı oğlu V Afonso Portuqaliya kralı elan olundu. Krallığı isə kralın anası Araqonlu Eleonora, daha sonra isə Don Alfonsonun qardaşı İnfant Pyotr kral naibi olaraq idarə etdi. 30 dekabr 1442-ci ildə hələ də naib olan qardaşı İnfant Pyotr tərəfindən Braqanza hersoqluğuna yüksəldi və beləcə, Braqanza ailəsinin əsası qoyuldu.
Ancaq çox keçmədən Don Alfonsoyla naib olan qardaşı arasında münasibətlər pisləşdi. Belə ki, 1445-ci ildə 13 yaşlı gənc kral V Afonso İnfant Pyotrun qızı İzabellayla nişanlandı. Kralı öz qız nəvələrindən biriylə evləndirməyi istəyən Don Alfonsonun etirazlarına baxmayaraq cütlük 6 may 1447-ci ildə evləndi. Ancaq bu nigahla İnfant Pyotrun naibliyinə son qoyuldu. Don Alfonsonun da təhrikiylə gənc kral artıq qaynatası olan əmisi İnfant Pyotra qarşı kin bəsləməyə başladı. Artan gərginliyin ardından başlayan vətəndaş müharibəsi 20 may 1449-cu ildə İnfant Pyotrun döyüş meydanında həlak olmasıyla sonlandı. Ögey qardaşının ölümündən sonra siyasi nüfuzu güclənən Don Alfonso mühüm dövlət vəzifələrində xidmət etdi.
İlk evliliyi 8 noyabr 1400-cü ildə Nuno Alvares Pereranın qızı Beatris Perera ilə baş tutdu və bu nigahdan 3 övladı dünyaya gəldi:
İkinci evliliyi isə 1420-ci ildə həm Kastiliya kralı II Henrinin, həm də Portuqaliya kralı I Ferdinandın nigahdan kənar övladlarından doğulan Konstansa ilə baş tutdu. Bu nigahdan övladı olmadı.